Aliq Nağıoğlu - Qara dərd

16.12.14

Avanqard.net Aliq Nağıoğlunun hekayəlirini təqdim edir.


YAXŞI və PİS

    Əli dəhlizlə gedir.
     Sağda qapıdır. Əli otağa daxil olub, stulda oturur.
     – Bu gün yaxşı nə etmisən, Əli?
     – Mən ac bir sərçəni yemlədim.
     – Yaxşı, Əli, get.
     Əli dəhlizə çıxır. Soldakı qapını açıb, stulda oturur.
     – Əli, bu gün hansı pis iş tutmusan?
     – Mən son tikəmi yeyən sərçəni öldürdüm.
     – Yaxşı, Əli, get.
     Əli yenidən dəhlizə çıxır.
     Üzbəüz qapıdır, açmaq istəyir, amma qapı bağlıdır.      
     – Sənə hələ bura tezdir, Əli. Get, sərçə haqda düşün...        

ÇIXILMAZLIQ

     – “Sənə nifrət edirəm!”, – qadın düşünürdü.
     – “Sənə nifrət edirəm”, – kişi düşünürdü.
     – “Görməyə gözüm yoxdu səni!”, – qadın düşünürdü.
     – “Görməyə gözüm yoxdu səni”, – kişi düşünürdü.
     – “Necə də sevmək istəyirəm səni!”, – qadın düşünürdü.
     – «Səni necə də sevmək istəyirəm», – kişi düşünürdü.
     – “Necə sənin yanında olmaq istəyirəm!”, – qadın düşünürdü.
     – “Necə sənin yanında olum?!”, – kişi düşünürdü.
     – “Axı, biz nə edək?!”, – hər ikisi düşünürdü.
     – “Birlikdə olaq!”, – qadın düşünürdü.
     – “Ayrılaq...”, – kişi düşünürdü.
     – “Necə də sənə nifrət edirəm!”, – qadın düşünürdü.


QARA DƏRD

1
     
     Oğulcığazım! Oğlum oldu! Aman Allah, necə də bapbalacasan! Bədheybətsən,
qırmızısan! Yox ey, yox, ən qəşəngsən! Bu gen dünyanın ən gözəl adamı sənsən! Uşaqlar bərkdən ağlayırlar, qışqırırlar, sənsə sevincək gülürsən, güləndə dodaqların büzülür. Uzun ömür, xoş günlər nəsibin olsun, mənim körpəm! Sevimlim mənim!
                                                               
                                                                  2
    
     Bax, bu ev quşlarıdır, bala, bu da pişikdir. Qorxma, şəkərim! Çəkinmə, sığal çək. Rəhm elə, qoru bütün canlıları, balacam mənim! Onlara havadar çıx. İnsanların yanında zəifdilər, müdafiəsizdilər. And verirəm sənə! Dediklərimi yadında saxla.
                                                               
                                                                  3
   
      Burax, ananın əlindən əlini çək, oğlum. Bura uşaq bağçasıdır. Bunlar sənin dostlarındır, gözümün işığı. Onları qoru, gözəl balam, burda sənə həmişə yaxşı olacaq. Get onların yanına, mənim balacam!

                                                                  4
    
     Məktəbdə dərslərinə ciddi fikir ver, bala. Bekara oynama, şuluqluq eləmə, müəllimə diqqətlə qulaq as. Öyrəndiklərini yaxşı-yaxşı yadında saxla. Böyüyəndə ağıllı-kamallı, ləyaqətli insan olarsan, mənim əzizim. Necə də üzüyola, çalışqansan sən!

                                                                  5

     Bax, bu qalstuku bağla, mənim balam, bax bunu, atanınkını. Təzə olmasa da,
sənə çox yaraşır! Son zəng insan ömründə bir dəfə olur. Artıq yekə kişisən! Həm də gözəl, qədd-qamətli! Səni istəyən qız da qəşəngdi, ömrüm-günüm!

                                                                  6

     Kişi kimi qulluq elə, oğlum. Borcunu yerinə yetir. Eşidirsən!! Zabitlərinin
dediklərinə əməl elə. Unutma ki, biz səni gözləyəcəyik, boş vaxtlarında məktub yaz. Həm sevirik, həm də narahatıq səndən yana. Yadında saxla ki, sənə görə gecə də, gündüz də nigaranıq, mənim bircəciyəzim!

                                                                   7

     Bu da sən, mənim balam! Bu necə oldu, qanım-canım mənim? Niyə sən?! Nədən məhz səni?!
     Necə böyümüsən, həddi-buluğa çatmısan! Ancaq necə də arıqsan, əziz balam! Bu nədir belə? Qırışlardı?! Günəş səni necə yandırıb-yaxıb, övladım? Saçına ağ tüklər düşüb. Susursan, heç mənə baxmırsan? Bu mənəm, sənin anan! Oğ-lu-u-m!
     Necə gözəl güllər gətiriblər sənin dostların! Sənin sevdiyin zanbaq güllərdir. Ancaq qırmızı deyil, qaradılar. Dərddən boğuluram, ürəyim çəkilir! Sənin yan-yörəndə dostlarındı, tanış və yad adamlardı. Hüznlü baxışlarını yerə dikiblər, məyusdular, sənin səsini-sözünü xatırlayırlar. Şən, saf, xoş xasiyyətinə görə səni necə sevirdilər. Ürəyim mənim! Səninlə nə baş verdi, mənim balam! Sevgilin ağ gəlinlik paltarını geyəcəkdi, amma o da qara, matəm libasındadı. Quruyub qalıb, heç kəslə kəlmə də kəsmir, hətta ağlaya da bilmir, səssizcə inildəyir, zarıldayır. Sənə verilən medalı da gətiriblər. Babana təqdim etdilər. Atan da iyirmi il əvvəl bu torpağın yolunda qurban getdi. Danışanlar deyir ki, sən yaxşı əsgərdin, gözəl yoldaşdın. Əgər bura yığışanlar səndən yana ağlayırlarsa, əllərimi öpüb mənə “Ana!” deyirlərsə, demək, bu belədir.
      Sən məni, xəstə bacını necə tək qoyub gedə bildin! İndi biz bu dünyada nə edəcəyik, sənsiz nə təhər olacaq?
      Necə də mehriban, qayğıkeş idin. Hər kəsə əl tutmaq istəyirdin! Mənim oğlum! Mənim günəşim söndü! Bizi əbədilik tərk etdin. Gözlərimin işığı tükəndi. Qəlbimi zülmət bürüyüb. Laçın balam! Qanadlarını qırdılar, uça bilmədin, mavi göyün ənginliyini görə bilmədin. Sənin şən-şux gülüşlərini ömürlük dayandırdılar, susdurdular. İndi sən həmişəlik mənimləsən, oğlum. Artıq sən orda olduğuna görə, ora da mənə qorxulu deyil.  
     Yox! Yox, götürməyin, torpaqlamayın! Qoy hələ bir az da oğlumla baş-başa qalım. Məni saxlamayın! Məni onun yanına buraxın! Oğlum, oğlum, mənim balam!
     Heç nə istəmirəm, sənsiz dözə bilmirəm, gözümün nuru! Sevincim, taleyim mənim!
     Son ehtiramını bildirərək məzarı üstə əklilləri qaydaya salan əsgərlər və zabitlər avtomatlardan göyə atəş açıb sakitcə avtobusa minirlər. Müəllimlər, tanışlar, yadlar da qəbiristandan gedirlər. Qohumlar, dostlar bir az aralıda dayanıblar. Elə bu zaman ana yavaşdan soruşur:
     - İndi mən nə edəcəyəm? Tək, yalqız!
     Kimsə bədxahcasına eşitdirdi:
     - Tək olmayacaqsan. Bundan sonra həmişə, hər yerdə biz birlikdə olacağıq. Artıq tanışıq, indi ta qohumlaşdıq. Mən neç vaxt səni tərk etməyəcəyəm.
     - Kimsən sən?- Ana səksəkəli soruşdu.
     - Tanıya bilmədin?!
     Qara dərd qıyqacı gülümsünərək ananın ürəyindəki dar, tikanlı çənbərin cəftəsini həmişəlik vurdu. 

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.