Türkan Mehraliyeva - Kitablarım və mən

17.12.14

Ona sevgisini necə bildirəcəyni düşünürdü, bu soyuq qış gecəsində bu fikir onu rahat buraxmırdı. Saata baxdı gecədən xeyli keçmişdi əlinə aldığı kitabın bir səhifəsini belə oxumamışdı. Yeni ilə cəmi 10 gün qalırdı, birdən ağlına bu düşüncələrdən qurtulmaq üçün bir fikir gəldi. Səhərə doğru yuxuya getmişdi, telefonuna gələn zəng onu yuxudan oyatdı. Ekrana baxmadan cavab verdi. Telefonun o biri ucunda əsəbi bir səs Onun ürəyində əsnəməyə səbəb oldu.
 -Harda qalmısan? Yadınnan çıxmayıb hər halda, bu gün uşaqlarnan görüşürük bir saata burda ol. Tamam yadınnan çıxmışdı, bu gün üç ildi görmədiyi tələbə yoldaşlarıyla görüşəcəkdi.
-Məni üzürlü sayın gələ bilməyəcəm - deyib telefonunu söndürdü.
 İndi o təkcə bir şeyi fikirləşirdi axşam düşündüyü planı həyata keçirmək. Hardan başlayacağını bilmirdi. Ayağa cəld durub paltosuna geyinib iri addımlarla evdən çıxdı. Çöldə hər tərəf qarla örtülmüşdü, həmişə belə havalarda O yadına düşürdü. Onu iki il olardı tanıyırdı, bu illər ərzində onun təkcə adını birdə harda oxuduğunu bilirdi. Biraz dayanıb fikrini cəmləşdirdi kitab dükanına doğru getməyə davam etdi. Şəhərin mərkəzində yerləşən kitab dükanlarından birinə daxil olub kitab rəflərinə baxmağa başladı. Ona nə kitab hədiyyə edəcəyini fikirləşirdi, bu qədər kitab arasında özünü həm rahat həm də narahat hiss etdi. Onun hansı mövzularda kitab oxuduğunu bilmirdi. Bu dəfə özünə alırmış kimi kitablara seçməyə qərar aldı. Əlinə aldığı kitabın vərəqlərini çevirdi bu kitabı almağa qərar verib kassaya doğru addımladı. Ordan çıxarkən üzündə bir gülüş vardı, saatına baxdı düz iki saat maqazində kitab seçməknən məşğuluydu. Tez evə gedib hədiyyəni hazırlamaq istəyirdi. Evə çatanda hava yavaş yavaş qaralırdı. Ac olduğunu hiss elədi, səhərdən heçnə yeməmişdi, mətbəxə keçdi, yedikdən sonra kitabı əlinə alıb divanda əyləşdi, uzun uzadı kitabın üzünə baxdı əslində gözləri kitabda olsada fikri başqa yerlərdəydi. Əlinə qələm alıb vərəqə yazmağa başladı, nə yazacağını hardan başlayacağını bilmirdi. Qəlbində ona deyiləsi o qədər sözü varıydıki bunları vərəqə tökməyə çətinlik çəkirdi. Uzun müddət əlində qələm heçnə yazmadan durdu, sonra üç cümləynən kifayətlənib vərəqi kitabin orta səhifələrindən birinin arasına yerləşdirib bağladı. İndi bircə iş qalmışdı, Ona bu kitabı vermək. Telefonu əlinə alıb mesaj bölməsinə daxil oldu.
 "Salam. Necəsən?" yazıb göndər düyməsini basdı. Qəlbində böyük bir həyacan baş qaldırdı, cavab gələnə kimi nə hisslər keçirdiyinin özü anlaya bilmədi.
"Yaxşıyam çox sağ ol, sən necəsən? Niyə gəlmirsən biz tərəflərə?" Bu cavabı oxuduqdan sonra sevinc dolu bir hisslə mesajı təkrar təkrar oxudu. "Biz tərəflərə niyə gəlmirsən?" cümləsi onun üçün əsil yerinə düşmüşdü. Onunla görüşmək istədiyini deməyə ehtiyac qalmamışdı. Mesaja cavab yazmağa başladı. "Sabah gələcəm siz tərəflərə, sənidə görmək istəyərəm, bu mümkündü?" yazıb göndərdi.
Ayağa qalxıb özünə çay süzməyə getdi qayıdarkən telefonunu əlinə aldı, mesaj gəlmişdi həyacandan nə edəcəyini bilmirdi. Mesajı tez açdı. "Mümkündü, sabah saat ikidə dərsdən çıxacam universitetimizin yanındakı parkda olacam vaxtın olsa gələrsən səndə. Sağ ol sabah görüşənədək " Heçnə yazmadı telefonunu qırağa qoyub sabah haqqında düşünməyə başladı, səhərin tez açılmasını Onu görmək istəyirdi.
Parka vaxtından olduqca tez gəldi, dəqiqələr keçdikcə düşüncələri onu rahat buraxmırdı. Bu kitabı ona nə deyib verəcəyini düşünə düşünə uzaqdan qızlarnan gəldiyini gördü. Özü yaxınlaşmaq qərarına gəldi. Qız onu görcək üzündəki gülüş yoxa çıxdı, bu üz ifadəsi Onu daha çox həyacanlandırdı.
-Salam Nigar.
 -Salam. Gəlməyəciyini düşünmüşdüm.
-Buralardaydım dedim səni görmədən getməyim, həm də bu kitabı gətirmişəm sənə. - Həmin an qəlbi daha çox döyünməyə başladı, nə dediyini özüdə bilmirdi, ağzından sözlər xəbəri olmadan çıxırdı. Kitabı ona tərəf uzatdı. Qız Onun üzünə qəribə qəribə baxırdı.
-Nə kitabıdı belə?
-Bədii kitabdı xoşuna gələcəyini ümid edirəm, mənnən sənə yeni il hədiyyəsi. -Bu zaman utandı, kitab vermək fikrinin yanlış olduğunu düşündü.
-Çox sağ ol hədiyyəyə görə. İndi mən getməliyəm sonra imkan olsa yenə görüşərik. Hələlik.
Qız sözünü deyib yanındakılarnan yoluna davam etdi. Parkın ortasında donub qalmışdı. Nə edəcəyini bilmirdi. Bunnan sonra nə olacaq deyə düşündü. Ona ancaq gözləmək qalırdı. Aradan bir həftə keçdi hələ də onandan cavab gəlməmişdi. Günlər keçdikcə qəlbində yaranan ümidsizlik daha da çoxalırdı. Ani bir qərarla bu axşam ona özü yazacaqdı bu gözləntinin bir sonu olmalıydı.
Soyuq havanı aldırmadan yavaş yavaş addımlayırdı sanki soyuq ona təsir etmirdi, ürəyinin istiliyi bədəninə, əlinə təsir etmişdi o bu soyuqluğu görmürdü. Həmişə getdiyi yerə getmək istədi sonra bu fikrinnən daşındı yolunu dəyişib evə tərəf üz tutdu. Axşama doğru telefonunu əlinə alıb mesajı yazmağa başladı. "Salam. Necəsən? Kitab xoşuna gəldi?" yazıb göndərdi. İstəmədiyi cavabın gəlməsindən qorxurdu, özünə etiraf edə bilmədiyi bu qorxunu uzaqlaşdırmağa çalışdı. Nə qədər etsədə o qorxu daha da böyüyürdü. Mesaj gəldi, bu zaman öz özünə yenə də o utanmağı hiss etdi. "Salam. Oxudum çox gözəl kitabıydı, təşəkkür edirəm" Mesajda qoyduğu kağız barədə heçnə yazılmamışdı, bu zaman nələr hiss etdiyini özüdə anlamadı uzun bir yolda yolun sonunu görməmək kimi bir hissiydi bu narahatçılıq və qorxu. Nə yazacağını bilmirdi, gözləmədiyi anda ondan ikinci mesaj gəldi. Tez açıb oxudu. "Vərəqi oxudum, bağışla bu qarşılıqsız olacaq belə olmasını istəməzdim" Həmin an dərin bir quyuya düşdüyünü hiss elədi, özünə və ətrafındakı hər şeyə nifrətlə baxmaq istədi amma baxa bilmədi. Nəfəsi çatmırdı tez ayağa qalxıb pəncərələri açdı, qar başlamışdı üzünə dəyən dənəciklər onu oyatdı. Fikrini cəmləşdirib rəf dolu kitablarına baxdı, bu günə qədər bu kitablara nə qədər dəyər vermişdi bu dəyərin indi dahada böyüdüyünü anladı. Kitablarını insanlardan daha çox sevdiyini hiss elədi...

Avanqard.net

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.