"Taleyin ağ və qara üzü"- Pol Qoqen
22.12.14

Tərcümə edən Ulduz Zeynalova

Qoqenin həyatı bir qaçış idi – Sivil həyatdan maniakal bir qaçış.

Pol Parisdə anadan olmuşdur, 7 yaşına kimi  dayısının  Peruanda yerləşən iqamətgahında tərbiyə almışdır. O, buranın ekzotik təbiətini sevmiş, ritmli həyatının və buradakı insan sadəliyinin vurğunu olmuşdur. Beləliklə, 1855-ci ildə anasıyla geriyə dönən Pol üçün Fransa heç də doğma olmadı. Elə buna görə də rəssam  uzaq ölkələrə səyahət edirdi.
Onun 47 yaşı olanda (1895-ci il) qərara gəlir ki, həmişəlik Poleneziyaya- Taiti adalarına köçsün.
  O, bu adada rahatlıq tapmır və çox əziyyətlər çəkir. Qoqen burada müstəmləkə administratoru ilə dalaşır, ona görə də işə düzələ bilmir. Yığdığı pullar tez bir zamanda qurtarır. Pola yalnız bir yol qalır, rəsm çəkib satmaq ümidiylə Fransaya göndərmək. Burada metsenatlar Qoqenin işləriylə elə də maraqlanmırdılar. Ona görə də Qoqen borca yüklənir. Onun sağlamlığında da problemlər yaranmağa başlayır: ayaqlarında iltihabi proses  gedir, ürəyi ağrayır, gözündə koniktivit, dəri xəstəliyi və qan qusması kimi xəstəliklərə düçar olur. Baş gicəllənməsi onu işləməyə qoymur.
 “Gücümü bərpa etməyə bir parça çörəyim belə yox” - Pol öz tanışı olan Daniel Monfredə 1897 –ci ilin payızında yazırdı : “ Özümü su ilə saxlayıram, hərdən yava və manqo meyvələri yeyirəm, bir də şirin suda yaşayan xırda xərçənglərlə qidalanıram”.
   Qoqeni depressiya boğurdu, o özünü öldürməyə qərar verir.
Amma ölümdən qabaq o, bir rəsm çəkmək istəyir. Elə bir rəsm ki, vəsiyyətnamə kimi qalsın.
  “Mən fikirləşirəm ki, - rəssam Monfredə müraciət edirdi – bu kətan əvvəlkiləri geridə qoyacaq...Mən bu rəsmə bütün enerjimi və bütün ehtirasımı qoymuşam.” 1897-ci ildə dekabrın axırlarında “ Hardan gəldik? Biz kimik? Hara gedirik?” əsəri yaranır. 1898-ci ilin yanvar ayının əvvəlində Qoqen zəhər qutusunu götürüb dağlara gedir. Orda ölməyə qərar verir.
  1898-ci ildə elə bil Qoqenə taleyin rəhmi gəlir: yaratdığı əsərləri asta-asta satılmağa başlayır. Dövlət idarəsində kargüzarlıq işinə düzəlir, gözündəki konyuktiviti sağalır . O, bütün boş vaxtlarını malbert qarşısında keçirir. Yaradıcılığının yeni etapı başlayır.
   Qoqen, bir sıra silsilə rəsm əsərləri yaradır – tematik yaxın olan “Hardan gəlmişik? Biz kimik? Hara gedirik?” əsərinə tematik cəhətdən yaxın, lakin ondan fərqli və daha da işıqlı.
  “Hardan gəldik? Biz kimik? Hara gedirik?”rəsminin xüsusiyyəti ondadır ki, bu əsər soldan sağa yox, sağdan sola (oxunur) kabbalistik yazılar kimi.
Pol Qoqen sirlərlə, miflə çox maraqlanırdı.
1.Yatmış uşaq – Yer üzünə gəlməmiş insan ruhunu simvolizə edir. Sənətşünas Marina Prokofyevanın dediklərinə görə ,”Qoqen mistikaya inanırdı və sufiliklə maraqlanırdı. O fikirləşirdi ki,insan ruhları dünyaya gəlməmişdən uşaq cildində göylərdə olur”.
2. İt – Bədbəxtliyi simvolizə edir.İnsanların bədbəxtliklərini öncədən xəbər verir.
3. Üç qadın – İnsan ruhunun cismani pərdədə gəlişinə simvolizə edir və özünüdərketməyə can atır. “Bu qadınlar özünütənqiddə batıb qalmırlar, özlərindən şübhə etmirlər, fikirləşmədən özlərini maddi-təminatın xoşbəxtliyinin ixtiyarına verirlər” – Marina Prokofyeva belə söyləyir.
4. Kişinin ağacdan yaxşılıq və pislik meyvəsini dərməsi – İnsanda kainat sirrinə qarşı oyanma anlayışını simvolizə edir.
Bir sufi kimi Qoqen bilirdi ki , dünyanın yaranma sirrinə həvəs insanda əvvəlcədən var idi, kimisində bu həvəs oyanırdı, kimisində isə yox.
5. Əli başında olan insan fiquru – Burada Qoqen insanın ikinci bilik mərhələsini canlandırır, “lənətəgəlmiş suallar”a cavab tapmayanda ümüdsizlik yaranır.
6. Qırmızıda olan iki insan fiquru – “ Marina Prokofyeva danışır – Qoqenin çəkdiyi rəsmdə , insan ruhunun üçüncü mərhələsini canlandırır,orda insan təhlil etmək bacarığını əldə edir. Burada iki müdrik insan bir - birlərinin fikirlərini yoxlayırlar.
7. Quş – Mənəvi yolu simvolizə edir. Qoqen bunu qədim misir incəsənətindən götürmüşdür.
8. Qara geyimli qadın – biliyin ən yüksək mərhələsini simvolizə edir və o, yer kürrəsinin təcəssümünü dərk etmə dərəcəsinə çatır. Ruhun məğzi ondadır ki, o, əzab və iztirabla özünü möhkəmləndirir. “ Qara geyimli qadın kədərlidir, lakin o, təmkinlidir – Prokofyeva bunu vurğulayır, ona aydındır ki, əzaba məhkum olmuş insanları bu dünyada gözləyən, onların seçdiyi dini yol, ardıyca isə qəbr mükafatı – fərəhli dinclik”.
9. Çeşmə - əbədilik simvolu.
10. İlahi heykəl – göylərdə ruhu xilas edib, dirilməsini canlandırır.
11. Yeniyetmə fiquru – Mayalanma dərəcəsinə çatan, özünüdərketməyə can atan və açıqlaya bilməyən, ancaq bədən həyatı ilə tanış olan ruhlara simvolizədir.
12. Keçi, pişik balası və küçük – Bu Qoqenin sözlərinə görə  qayğısız yaşamın, maddi təbiətin hökmranlığına, mənəvi əziyyətin olmadıqlarına simvolizədir.
13. Çılpaq qadın – Hiss edilən həzz və maddi həyat ardınca qaçanlara simvolizədir.
14. Qarı – Bədəni ölümə məhkum etməyə simvolizədir. “ Onun inkişaf etməyən ruhu – Marina Prokofyeva deyir – formasızlığa məhkum olunacaq, o, əziyyətin nə olduğunu bilməyəcək, sevinc hissi də ona yad olacaq”.
15. Caynağında kərtənkələ olan quş – Qoqenin dediyinə görə bu ölüm saatından qaçılmazlıq simvoludur.
16. Fransız dilində rəsmin adı – D ou venons? Que sommes nous? Ou allons nous? Hal- hazırda bu rəsm əsəri Amerikada (Boston) zərif incəsənət muzeyində saxlanılır.

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.