Seyfəddin Hüseynli: “Keyfiyyətcə yeni mərhələnin vaxtı yetişib”

22.12.14

Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” jurnalının yeni sayı hazırlanıb.

Bu yeni say, ilk növbədə, “Dünya ədəbiyyatı”nın nəşrində obyektiv səbəblərlə bağlı yaranan bir neçə illik fasiləyə son qoyulmasının təzahürü kimi əlamətdardır. Digər tərəfdən də, “Dünya ədəbiyyatı”nın ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynlinin baş redaktorluğu ilə hazırlanan ilk sayı olması baxımından diqqəti çəkir.

Dərginin yeni sayının Ukrayna ədəbiyyatına həsr olunduğunu bildirən baş redaktor Seyfəddin Hüseynli bununla bağlı açıqlamasında deyib:

 
“Son illər Azərbaycanda dünya ədəbiyyatının tərcüməsi və nəşri yönündə xeyli işlər görülüb, vacib addımlar atılıb. Sözsüz ki, ilk növbədə, dövlətin qayğısı, dəstəyi ilə bu istiqamətdə çox faydalı işlər görülüb. Ancaq Azərbaycan Yazıçılar Birliyinin, onun nəzdindəki mətbu orqanların, eləcə də ölkənin ayrı-ayrı yaradıcı şəxslərinin, müxtəlif özəl qurum və nəşriyyatların da bu sahədə ciddi əməyi var. Bütün bunlar çox yaxşıdır və mühüm bir mərhələ kimi mədəniyyət tariximizdə artıq öz layiqli yerini alıb. Amma bu mərhələnin bir zəif tərəfi var ki, o da dünya ədəbiyyatının Azərbaycanda sistemsiz, pərakəndə şəkildə, ayrı-ayrı məşhur müəlliflərin timsalında tanıdılması, yalnız ən çox tanınan, önəmli bilinən hansısa əsərlərin tərcümə və nəşr edilməsidir. İfrat özfəaliyyətçilik, həddən artıq fraqmentarlıq,uğursuz eksperimentlərin axırında kəmiyyətin keyfiyyəti qat-qat üstələməsi də həmin mərhələnin nöqsanlı təzahürləridir. Özünün bütün müsbət və qüsurlu cəhətləri ilə birlikdə bu mərhələni artıq bitmiş saymaq olar. Onda deməli, bu sahədə keyfiyyətcə yeni mərhələnin vaxtı yetişib. Bu isə dünya xalqlarının ədəbi irsinə, xaricdə yaranmaqda olan ədəbiyyata sırf konseptual yanaşma ilə, bacardıqca sistemli, məqsədyönlü münasibət nümayiş etdirməklə mümkündür. Yəni, məsələyə tək-tək müəlliflər halında yox, hər bir ölkənin ədəbiyyat tarixinə geniş nəzər salmaq, Azərbaycan oxucusunda bu barədə tam bir təsəvvür, bütöv təəssürat yaratmaq müstəvisində baxmaq zamanı çatıb. Fərqli ölkələrin ədəbiyyatını həm çox sayda əsərlər, həm də cərəyan, janr, üslub, forma, məzmun baxımından fərqli, zəngin nümunələr verməklə tanıtmaq, bizim sahə ilə bağlı, dünyada çoxdan yayılıb üstünlük qazanan, alqışlanan təcrübədir.

Bu yolla xarici müəllifləri həm milli və beynəlmiləl, həm də tarixi və müasir ədəbi kontekstdə daha aydın görmək, daha dəqiq qiymətləndirmək olur. Bizim də artıq həmin yolu seçməyimizdə böyük fayda var. Odur ki, “Dünya ədəbiyyatı” öz konsepsiyası olan, yeni dövrlə səsləşən jurnal kimi nəşrini davam etdirir. Artıq ilk nəticəni alınmış hesab eləmək olar. Jurnalın yeni sayının çox böyük hissəsi Ukrayna ədəbiyyatına həsr edilib. Bizim nəşr Ukrayna ədəbiyyatının Azərbaycanda belə geniş həcmdə, əhatəli miqyasda, toplu və sistemli halda ilk təqdimatıdır. Jurnalımızın çap prosesində olan yeni sayında Ukrayna ədəbiyyatı, xüsusən onun Azərbaycanda az bilinən müasir dövrü, son bir neçə onillikdəki ədəbi proseslərin nəticələri öz əksini tapıb”.

Seyfəddin Hüseynli jurnalın bu sayı üçün məhz Ukrayna ədəbiyyatının seçilməsinin səbəblərini belə izah edib: “Ukrayna özünün tarixi taleyi, milli dərdləri və qayğıları ilə Azərbaycana çox oxşayır. Bu ölkə öz mədəniyyətinin, ən çox da ədəbiyyatının xarakterinə, inkişaf səviyyəsinə  görə Azərbaycanla yaxından səsləşir.

Xüsusən son zamanlar ədəbiyyata gətirilən mövzular, ədəbi əsərlərdə əksini tapan düşüncə və ideyalar baxımından Azərbaycanla Ukrayna arasında xeyli bənzərlik var. İndiki dövrdə ölkələrarası ədəbi əlaqələrin inkişafında bu cür amillər vacib rol oynayır. Belə əlverişli zəmində müqayisə və mübadilə üçün daha geniş imkanlar açılır. Seçimimiz birinci növbədə buna əsaslanıb. Amma məsələnin uyğun texniki cəhətləri, əlamətdar tarixlərə söykənən tərəfi də mühümdür. Əvvəla, Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin artıq bəlli bir tarixi, möhkəm təməlli keçmişi var. Bu yöndə əvvəllər də bəzi addımlar atılıb, təmaslar qurulub, tərcümələr edilib. Üstəlik, “Dünya ədəbiyyatı”nın ilk baş redaktoru, indi isə ədəbi Əlaqələr Mərkəzinin rəhbəri olan dəyərli şairimiz Səlim Babullaoğlunun təşəbbüsləri, AYB-nin davamlı dəstəyi nəticəsində son illər Ukrayna ədibləri ilə güclü və effektiv təmaslar qurulub. Ona görə də konkret bir ölkənin ədəbiyyatına aid xüsusi nömrə hazırlamaq məsələsi gündəmə gələndə, özü də jurnalın nəşrinin yenicə bərpa edildiyi vaxtda, Ukrayna ilə bu mövcud ədəbi əlaqələr bazası işimizə çox yaradı. Həmin əlaqələrin sayəsində biz “Dünya ədəbiyyatı”nın Ukrayna xüsusi sayını hazırlayıb çapa verdik. Ukraynada isə, gələn ilin əvvəlində 90 illiyi qeyd olunacaq, “Vsesvit” ədəbi dərgisinin Azərbaycan ədəbiyyatı ilə bağlı ayrıca buraxılışı çap mərhələsindədir”.

Ukrayna ədəbiyyatını mümkün qədər əhatəli təqdim etməyə çalışdıqlarını deyən baş redaktor S.Hüseynlinin bildirdiyinə görə, jurnalda otuza yaxın müəllifin yaradıcılığından nümunələrə yer verilib:

“Dünya ədəbiyyatı”nda yer ayırdığımız Ukrayna ədibləri sırasında 2014-cü ildə 200 illiyi qeyd edilən böyük şair və rəssam, əfsanəvi sənətkar Taras Şevçenko da var, deyək ki, ən yeni ədəbi nəslin təmsilçilərindən olan 25 yaşlı şair və dramaturq Miroslav Layuk da. Ümumilikdə isə, Ukrayna ədəbiyyatının Vasıl Stus, Vyaçeslav Klyokov, Pavlo Movçan, Vasıl Gerasimyuk, Mixail Slaboşpitski, Boris Oleynik, Yuri Andruxoviç, Lyubov Qolota, Yuri Buryak, Sergey Qrabar, Kost Moskalets, Oksana Paxlyovska, Mariya Matios, İqor Pavlyuk, Dmitro Drozdovski, Aleksandr Kabanov, Dmitro Stus, Aleksey Zaraxoviç, Marianna Kiyanovska, Vladimir Kostelman, Sergey Jadan, Alyona Malyuqa, Lesya Mudrak, Dmitro Çistyak, Janna Bezpyatçuk kimi, müxtəlif ədəbi nəsillərə mənsub dəyərli nümayəndələrini bu sayımızda Azərbaycan oxucusuna təqdim etmişik. Bədii materiallar – poeziya və proza nümunələri Ukrayna ədəbiyyatının həm keçmişi, həm də bugünü ilə bağlı nəzəri-təhlili, icmal-təqdimat məzmunlu yazılarla müşayiət olunur. Nəşrin ön səhifələrində isə, bu işdə bizi yaxından dəstəkləyən şəxslərdən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətlinin, Ukrayna parlamentinin deputatı Sergey Alekseyeviç Tarutanın təbrik və təqdir məzmunlu məktubları yer alıb”.

S.Hüseynli bildirib ki, tezliklə çapdan çıxacaq sözügedən saydakı materialları ana dilimizə AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi ilə, “Dünya ədəbiyyatı” jurnalıyla fəal əməkdaşlıq edən tanınmış imzalar çeviriblər:
“Yaradıcılığına yer verdiyimiz ukraynalı müəlliflər kimi, onların əsərlərini dilimizə çevirən Azərbaycan ədiblərinin də siyahısı geniş və sanballıdır. Taras Şevçenkonun jurnalın “Klassik tərcümələr” rubrikasında çap etdiyimiz əsərlərini Azərbaycan dilinə vaxtilə Əhməd Cavadla Mikayıl Müşfiq çeviriblər. Digər materialların tərcüməçiləri sırasında Səyavuş Məmmədzadə, Cavanşir Yusifli, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, Rəbiqə Nazimqızı, Qismət, Mətanət Vahid, Könül Həsənqulu, Günel Şamilqızı, Şəfiqə Şəfa başqa ədiblərimiz var”. 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.