Lev Tolstoyun məktubları - Yerimi bilsən belə, dalımca gəlmə
24.12.14

Avanqard.net Xanım Aydının tərcüməsində Lev Tolstoyun məktublarını təqdim edir.


L.N.Tolstoyun Sofiya Andreyevnaya son məktubu

    Evi tərk etməyim səni məyyus edəcək. Təəssüf edirəm, amma məni anlamağa çalış və inan ki, mən başqa cür edə bilməzdim. Evdəki vəziyyətim daha dözülməzdir. Bundan başqa indiyədək yaşadığım dəbdəbə içində ömr edə bilmərəm. Bütün mənimlə yaşıd qocalar kimi, ömrümün son günlərini səs-küydən uzaq bir yerdə, sakitlikdə keçirmək istəyirəm.
    Xahiş edirəm məni anlayasan. Yerimi bilsən belə, dalımca gəlmə. Sənin gəlişin həm mənim, həm də sənin üçün ağır olacaq. Həm də ki, qərarım dəyişməyəcək. Mənimlə yaşadığın 48 il üçün sənə təşəkkür edirəm. Qarşında nə günahım olubsa əhv elə və mən də öz növbəmdə bütün qəlbimlə nə səhfin varsa,  bağışlayıram. Sənə düşdüyün bu vəziyyətlə barışmağı tövsiyyə edirəm. Mənim barəmdə pis fikirləşmə.


 Maksim Qorkiyə

    9 fevral 1900-cü il.
    Əziz, Aleksey Maksimıç, (əgər adınızı səhf yazmışamsa üzrlü hesab edin) sizə gec cavab yazdığıma və açıqca göndərmədiyimə görə üzr istəyirəm. Mən sizi tanıdığım və sevdiyim üçün şad oldum. Aksanov deyərdi ki, elə insanlar var ki, onlar öz yazdıqları kitabdan daha yaxşı (o deyirdi ki, daha ağıllı), elə insanlar da var ki, daha betərdirlər. Sizin yazılarınızı bəyəndim, insan kimi daha da çox sevdim.  Görün sizi necə tərif edirəm, səmimiyyətiniz ləyaqətinizin əsasıdır.
    Salamat qalın, əlinizi möhkəm sıxıram.
    Ümidvaram ki, məktubum sizə çatanda sağlamlığınızdan şikayətçi olmayacaqsınız. Çexovun "Mənim həyatım" hekayəsi necə də gözəldi. Mən onu tanıdığıma şad oldum.


 Q.V.Makarova

    17 mart 1908-ci il.
    Sizin uşaqlara yazdığınız hekayələri oxudum. Onlardan çoxu gözəldir. Tək mən yox, hekayələri oxumağa verdiyim kəndli uşaqlar da bu fikirdədilər. Onlar hekayələri oxuyur, yadda saxlayır və başqalarına da danışırdılar. Ən çox hekayələrinizdə bəyəndiyim odur ki, əsərdən doğan mənəvi və ya əyani nəticə sözlə deyilmir. Nəticə çıxarmaq uşaqların öz öhdəsinə buraxılır. Mən bu maraqlı təcrübəni kəndli uşaqlarla apardım. Və onlar hekayələrin mənasını mənə ətarflı anladırdılar. Tövsiyyə edirəm ki, yazı dilinizi nisbətən sadələşdirəsiniz. Amma ümumilikdə hekayələr mənalı və gözəldir. Siz bu işi mütləq davam etdirin.
    Göndərdiyiniz kitablara görə təşəkkür edirəm. Salamat qalın!


 M.A.Staxoviçə

    5 fevral 1901-ci il.
    Əziz Mixail Aleksandroviç, göndərdiyiniz kitaba və qolçaqlara görə sizə təşəkür edirəm. Arsibaşevin "Qan" hekayəsi üçün söylədiyiniz fikirlər sizin ədəbi zövqünüzün yüksəkliyini bir təsdiq edir. Yeni yazıçıların dilə qarşı etinasızlığı və bəzi ümumi çatışmamazlıqları saymasaq, "Qololobov", "Gülüş", "Üsyan" hekayələri də yaxşıdır. Arsibayevsə istedadlı gəncdir. Lakin özünəinam hissi fikirlərinin düzgün inkişafına mane olur.
    Az qala çox vacib bir məsələni unudurdum. Mənim yazılarımı yaydığına görə Aleksandr Mixayloviç Badyanskiy adlı bir şəxsi Xarkov həbsxanasına salıblar. O fikirlərimlə tam razı olmasa da, mənim ona hörmətim böyükdür. Aleksandr yaşlı və xəstə bir adamdır. Daxili işlər nazirinin verdiyi qəribə təlimatdan sonra həbsxanadakı bütün birnəfərlik kameralarda olan ağır cinayətkarları ümumi kameralara yerləşdirərək, cəza müddətlərinin 1/3-i qədər də əlavə həbs verilib. Aleksandrı da bu cür ediblər. Bundan sonra onun vəziyyəti lap pisləşib. Əgər imkanınız varsa, bu işdə mənə köməklik göstərin. Bu əsl xeyirxah bir iş olardı.


 P.İ.Biryukova

    
    19 iyul 1910-cu il.
    Əzizim Poşa! Sizin məktubunuzu aldığım üçün şad oldum. Qəlbdən-qəlbə yol var. Bilirəm ki, mənimçün siz dəyərli olduğunuz qədər, sizinçün də mən dəyərliyəm. Mariya Aleksandrovnagildə yanğın olub. Yazığın bütün əlyazmaları yanıb. O, bu ağır itkiyə çox çətin qatlaşdı. Biz o qadından çox şey öyrənməliyik. Onu hamı sevir, ona hamı yardım etməyə hazırdır. Sizin sözlərinizi də mütləq ona çatdıraram.  Bizdəsə baş verənlər yanğından daha betərdir. Sofya Andereyvna, Çertkova olan nifrətindən çox gərgin və rahatsızdır. Amma düşünürəm ki, ona yaxşı olub, bu bir az da mənim xeyrimədir. Mütləq ailənizlə birlikdə bizə qonaq gəlin. Sofya Andreyevnanın indiki halı pərişan olsa da, sizin müsafirliyinizə sevinəcək və sizi layiqincə qarşılayacaq. Olmasa da ya Çertkov, ya da Nikolayevgildə sizi yerləşdirərəm. Saşayla mən rahatlığınız üçün əlimizdən gələni edərik. Sizinlə bir yerdə olmağı çox istəyirəm.
    Sağ olun. Tezliklə gəlin. Həyat yoldaşınıza da salam deyin.


 P.İ.Biryukova

    20 avqust 1902-ci il
    Əziz dostum Poşa! Sanki yüz ildir ki, sizə məktub yazmıram, bu məni kədərləndirir. Çünki siz mənə sevinc bəxş edən və dayaq olan tək və ən yaxşı dostlarımdansınız. Gəlin dostluq bağlarımızı heç vaxt qırmayaq. Sizə xatərələrimi yazacağımı söz vermişdim. Amma sözümün üstündə dura bilmədim. Mən keçmişimi vərəqləməyə çalışdım. Ötən günləri yada salmaq, yaxşını, pisi xatırlamaq necə də ağırdır. Onları qələmə alsaq, oxucular üçün çox maraqlı olar. Oxuyub deyərlər ki, biz bunu yaxşı insan kimi tanıyırdıq, amma o, əclafın biri imiş. Həqiqətən də mən öz taleyimi gözdən keçirəndə etdiyim axmaqlıqlara baxıb düşündüm ki, əgər mən - hamı tərəfindən bəyənilən, nümunə sayılan insan bu cür səhflər etmişəmsə, onda başqaları barəsində nə demək olar?! Bu bir az da mənim digərlərindən daha məharətli olmağımdan asılı idi. Bütün dediklərim gəlişi gözəl deyil, səmimi deyirəm. Danışdıqlarımın hamısını yaşamışam. Bircə bunu deyə bilərəm ki, xəstəliyim mənə çox kömək edib. Mən Tanrımla və ya özümlə üz-üzə dayanandan sonra içimdəki pislikləri qovdum, dəyişildim. Özümdə əvvəllər hiss etmədiyim bir çox pis cəhətləri aşkarladım. Və bir az yüngülləşdim. Məncə insanlara "sağlam olun" demək əvəzinə, "xəstə olun" demək lazımdır.
    Deyirlər siz Paşa və uşaqlarınızla birgə yaxşı yaşayırsınız. Elə edin ki, hər çey indi olduğu kimi davam etsin. Təki sizin həyatınızda hər şey daha da yaxşı olsun. Darıxmayın. Eşitmişəm ki, sizdə çox adam qalır. Çətindir belə. Amma buna da şükür etmək lazımdır.
    Xatirələrim barədə sizə yalandan vəd vermək istəmirəm. Lakin, bu imtina eməyimi də bildirmir. Mənim vaxtım və gücüm olsa çalışaram ki yazım. Sadaladığım çətinliklərdən uzaq qalaraq, yalnız yaxşı və pis dönəmləri qeyd etmək fikrimdəyəm. Sağolun. Öpürəm sizi.
   

 F.P. Kupçinsiyə

    20 senytabr 1910-cu il.
    Kitabınızı aldım. Göndərdiyiniz üçün təşəkkür edirəm. Elə bilirdim müharibəni gözlərimdə olduğundan daha dəhşətli təsəvvür edə bilmərəm. Lakin kitabınız məndə gözlənilməz təəssüratlar yaratdı. Siz bu yalanı, cinayəti, onun nəticələrini elə gözəl və hərtərəfli işıqlandırmısınız ki, hər bir oxucuya bu cür təsir bağışlayacaq. Bu kitabın tezliklə yayılmasını istəyirəm, amma onun başqa dilə tərcüməsini öz üzərimə götürmürəm. Mən çox yaşlanmışam və xəstəyəm.  Xahiş edirəm ki, arzunuzu yerinə yetirə bilmədiyimçün məndən inciməyəsiniz. Kitabınızı sizə geri göndərirəm. Dərin hörmətlə deməliyəm ki, tutduğum nöqsanları sizə bildirməməliyəm. Çünki onlar ümumilikdə əsərinizi zəiflətmir. Bu çatışmamazlıqlar dəhşətli müharibənin təsviri zamanı istifadə etdiyiniz qan gölü, meyid təpəsi, onları tapdayıb keçən insanlar və s. kimi idafələrdir. Belə şişirdilmiş təsvirlər oxucunun həyacanını azaldır. Əgər həmin o şişirdilmiş təsvirləri, bəzi yerlərdə təbiət lövhələrini, bəzi insanların hisslərini bu cür qabarıq şəkildə yox, bir az fərqli göstərsəniz əsəriniz daha da səviyyəli olar. Bu sadəcə mənim fikrimdir. Və bunları sizə bildirməyimi özümə borc bildim.


 L.N. Andreyevə

    2 sentyabr 1908-ci il
    Əziz Leonid Nikolayeviç! Sizin gözəl məktubunuzu aldım. Baxmayaraq ki, özüm də kimlərəsə ithaflar etmişəm, amma indiyə qədər ithafın nə olduğunu bilmirdim. Anlayıram ki, bu sizin mənə hörmətiniz və sevginizdir. Bu sevgi məktubunuzda da duyulur. Mənimçün çox xoşdur.
    Məktubunuzda öz əsərlərinizdən təvazökarlıqla yazırsınız. Mən sizin yazılarınızdan yox, ümumiyyətlə yazıçılıq barəsində öz fikirlərimi bölüşmək istəyirəm. Bu sizə gərək ola bilər. Məncə, yazıçı onda gecə-gündüz əl çəkməyən, düşünməyə vadar edən fikirləri yazmalıdır. Şöhrət və pula hərislik isə yazının səmimi və səviyyəli olmasına mane olur. Bundan çəkinmək lazımdır. İkincisi isə, indiki dövrün yazıçılarının oxucuya orijinal, qeyri-adi fikir çatdırmaq, təəccübləndirmək istəməsidir. Bu birinci sadaladıqlarımdan daha betərdir və sadəlikdən uzaqdır. Sadəliksə gözəlliyin əsasıdır.  Sadə və istedadsız bir yazı yaxşı olmaya bilər, lakin sadəlikdən uzaq və suni bir yazı heç vaxt yaxşı ola bilməz! Üçüncüsü isə tələsməkdir. Bu heç yaxşı deyil, həm də öz fikirlərinin ifadəsinin səmimi olmamasına dəlalət edir. Çünki əgər həqiqətən də, yazıçının gözəl bir əsər yazmaq istəyi varsa, o əmək sərf etməkdən və vaxt itkisindən çəkinməyəcəkdir. Dördüncüsü isə indiki dövrün oxucu tələbatını ödəmək və zövqünü oxşamaqdır. Bu lap pisdir. Həm də ki, əsərin bütün mahiyyətini öncədən aşağı səviyyəyə salır. Əsərdə əsas o deyil ki, bütün yaxşı əməllər oxucuya öyüd-nəsihət versin. Əsas onları qeyri-adi mənə və insanlara məlum olamayan formada çatdırmaqdır.
    Bu dediklərimin sizə xeyri ola bilər. Siz yazmısınız ki, əsərlərinizin yaxşı cəhəti onların səmimiliyidir. Mən həm bu səmimiyyətin xoşniyyətli insanların xeyrinə olduğunu bilirəm. Əsərləriniz haqqında fikirlərinizdə də çox təvazökarsınız. Onların bu cür şöhrət qazanmağı sizi dəyişə bilərdi, amma olduğunuz kimisiniz.
    Bədii ədəbiyyatla çox az maraqlanıram və az oxuyuram. Lakin yazdıqlarınıza əsasən deyə bilərəm ki, siz əsərləriniz üzərində bir az da işləyərək yüksək səviyyəli edib onları mükəməlləşdirməlisiniz.
    Məktubunuzu aldığıma görə sevindim. Bu tərəflərə gəlsəniz sizinlə görüşməyə şad olardım. /Ədəbiyyat qəzeti/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.