Gülnarə İsrafilqızı -
Sevgini vərəqə pıçıldamaq istəyirəm
30.12.14
Sevgini vərəqə pıçıldamaq istəyirəm sətir-sətir Varlığında əriyib ölmədən. Əlində ağ göyərçin uçmaq istəyir. Qanadına gəlinlik sarılıb ümidlərin. Yazmaq istəyirəm nəfəsimi sətirlərə. Yaza bilmədiyim səhifədən. payız yarpağı tək saralan təbəssümü həsrətin dodağından endirərək bəzəmək istəyirəm qızılı rəngdə. Birdə gözümdəki kədəri gülabla yumaq! Sabahın üzündən tökülən aydınlıqdan doğulmaq! Uzanır əlim, sənə aidd xəyallarıma.
Gözümə həkk olub rəsmi
Gülün solmuş ləçəyində ətir qoxlamaq istəyirəm. O isə çoxdan ətrini itirib... Bir yay gecəsində üzülüb tağından. Göz yaşları suvarır kökününü pöhrələmək üçün. Bəlkədə göz yaşları qurutdu pöhrələri. Bəlkədə solmuş ümidlər Ümid solmaz, ölməz deyiblər ama... O çiçək qədər zərif. Ölən çiçəyin matəmi bitmədi ürəkdə. Doğuldu, gəncləşdi, qocaldı dərd. Saçlarına dən düşdü dağların qarı kimi. Qırışdı üzü... Göz yaşını silən olmadı. Əlimin rəngi ağardı dən-dən. Göz yaşını silməkdən. Qopmayacam, üzülməyəcəm. Baş-başayıq şam yeməyində, Göz-gözəyik qəm mən. Sevdiyi üçün tərk etmir məni. Mən də onu tərk etməyəcəm Gözümə həkk olub rəsmi...
|