2014 - nə qazandıq, nə itirdik?
30.12.14

Yola saldığımız 2014-cü il təkcə yeni maraqlı hadisələrlə yanaşı, itkilərlə də yadda qaldı. Ötən ilin xülasəsinə gəlin, əvvəlcə xoş hadisələrlə başlayaq.

 

 

Yeni qurumlar

 

2014-cü ildə Azərbaycan ədəbiyyatının, elminin inkişafı üçün əlamətdar olan iki qurum yaradıldı.

 

Bunlardan biri mayın 7-də Azərbaycan Respublikasının sərəncamı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondudur. Fondun yaradılmasının məqsədi elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin etməkdir.

 

Prezidentin 23 may tarixli sərəncamı ilə yaradılan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin məqsədi isə tərcümə olunan materiallarda Azərbaycan dilinin düzgün işlədilməsi ilə bağlı ölkədaxili və beynəlxalq müstəvidə ictimai-siyasi, elmi-texniki, ədəbi-mədəni mübadilələrin və əlaqələrin dil və tərcümə baxımından tənzimlənməsi, ölkə üzrə tərcümə prosesinin elmi, texniki, tibb, hüquq və digər sahələrdə təşkili və təkmilləşdirilməsi işinə nəzarətin həyata keçirilməsidir.

 

Mərkəzin yaradıldığı qısa müddət ərzində artıq bir sıra tərcümə əsərlərinin çapı həyata keçirilib. Mərkəzin nəzdində həftəlik “Aydın yol” qəzeti nəşrə başlayıb. “Xəzər” jurnalının işi yüksək səviyyədə tənzimlənib.  

 

 

“Qadın” adlı kitablar

 

2014-cü il bir sıra yazarların yeni kitablarının çapı ilə də yadda qaldı. Bu kitabların hamısının adını qeyd etmək mümkün olmasa da bəzilərinin təqdim edirik. Belə ki, 2014-cü ildə Rasim Qaracanın “On bir gecə”, Seymur Baycanın “Ana ürəyi” romanı və “Həyatımın ən xoşbəxt günü” adlı hekayələr toplusu, Cavid Zeynallının“Leyla”, Həmid Herisçinin “Solaxay”, Nəriman Əbdülrəhmanlının “Qurban”, Cəlil Cavanşirin “Qadın corabları”, Səxavət Sahilin “İsanın qadını”, Kəramət Böyükçölün “Səkkizinci gün”, Natiq Məmmədlinin“Körpüdə ümid”, Səidə Haqverdiyevanın “İsanın yatağındakı qadın” və başqa kitablar çap olunub.

 

Mətləb Ağanın “11-ə qədər”  Səhər Əhmədin “Görüşməyənədək” adlı şeir kitablarını da qeyd etmək yerinə düşər.

 

2014-cü il Nobel Ədəbiyyat Mükafatı çoxlarının düşündüyü kimi nə Milan Kunderaya, nə də Haruki Murakamiyə deyil, dünyada bir o qədər tanınmayan Patrik Modianoya verildi. O, “Ən ağlasığmaz insan talelərini təsvir edən və işğal altındakı həyatı göstərən təxəyyül və ifadə sənətinə görə” Nobel mükafatına layiq görülüb.

 

İtkilər...

 

Ötən ilin ən böyük itkilərindən biri, şübhəsiz ki, İsa Muğanna oldu. Böyük yazıçı aprelin 1-də vəfat edib.

 

İsa Mustafa oğlu Hüseynov 12 aprel 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. “Saz”, “Tütək səsi”, “Teleqram”, “Kollu-koxa” “Məşhər”, “İdeal” kimi əsərlərin müəllifi olan yazıçı Azərbaycan ədəbiyyatının, romançılığının inkişafında misilsiz xidmətlər göstərib.

 

Bakı şəhərində ürək çatışmazlığından vəfat edən İsa Muğanna Fəxri Xiyabanda dəfn olunub.

 

"Spektr", "Döngə", "Burulğan", "Səni axtarıram", "Bağışla" kimi telepyesləri ilə tamaşaçıların ürəyini fəth etmiş yazıçıAslan Qəhrəmanlı yanvarın 19-da 74 yaşında Bakıda vəfat etdi. O, doğulduğu Ağstafa rayonunda dəfn edildi.

 

Dostların “abi” adlandırdıqları, özünün həyatsevərliyi, optimizmi ilə seçilən şair-publisist Tofiq Abdinin 72 yaşında qəfil vəfatı çoxlarını sarsıtdı. Şair fevralın 24-də ürək tutmasından vəfat etmişdi.

 

Uzun müddət qara ciyər sirrozundan əziyyət çəkən şair-rəssam Adil Mirseyid iyulun 17-də dünyasını dəyişdi. Şair Ağdaşda dəfn olundu.

 

Yazıçılar Birliyinin katibi, filologiya elmlər doktoru Arif Əmrahoğlu 19 iyul tarixinə vəfat etdi. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

Görkəmli yazıçı Ələviyyə Babayeva sentyabrın 23-də dünyasını dəyişdi. Onun 93 yaşı var idi.

 

Yazıçı-publisist Cəmil Əlibəyov 26 oktyabr tarixində 86 yaşında dünyasını dəyişdi.

 

Şair Dərviş Cavanşir dekabrın 15-də vəfat etdi. Onun ilk dövrlərdə yazdığı ədəbi-publisistik əsərləri və şeirləri Cavanşir Eloğlu imzası ilə çap olunub.

 

 

Yüz illik tənhalığın sonu

 

2014-cü il dünya ədəbiyyatında da itkilərlə yadda qaldı. Belə ki, aprelin 17-də Nobel Ədəbiyyat Mükafatı sahibi, magik realizm cərəyanının ən böyük nümayəndəsi, yazıçı Qabriel Qarsiya Markes Meksikada vəfat etdi. 1927-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olan yazıçı “Polkovnikə məktub yoxdur”, “Gözlənilən bir qətlin tarixçəsi”, “Patriarxın payızı”, “Vəba günlərində eşq” və başqa əsərlərin müəllifidir.

 

Yazıçıya dünya şöhrəti gətirmiş “Yüz ilin tənhalığı” əsəri ötən əsrin ən böyük romanlarından biri hesab olunur.

 

Sağlığında vaxtaşırı müxtəlif qalmaqallı xəbərlərlə gündəmə gələn yazıçı öləndən sonra da qalmaqala səbəb oldu. ABŞ-ın Texas Universitetinin Markesin arxivini alması vətənində böyük etirazlara səbəb oldu.

 

Amerika ədəbiyyatının dünyaca məşhur imzalarından biri Maya Angelou mayın 28-də vəfat etdi.

 

Afrikalı yazıçı, Nobel ədəbiyyat mükafatı laureatı Nadin Qoldimer isə iyulun 13-də dünyasını dəyişdi. /kulis.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.