Yeqzar Cəfərli - Tərkedilmişlər
05.01.15

HEKAYƏ

Hadisə 25 il öncə baş vermişdi - deyildiyinə görə. Bəlkə də heç baş verməmişdi, uydurma idi. Ancaq ilk baxışdan fikir verəndə heç də burada uydurmalıq bir şey yox idi. Necə deyərlər, “kor kor, gör gör”. Hər şey göz qabağında idi. Hörmətsiz məhəllənin hörmətli ağsaqqalı Hörmət kişi bu əhvalatı danışanda açığını desəm, əvvəl-əvvəl bir az şübhəyə qapıldım. Dedim, “yox canım, belə şey olmaz. Biz məgər neçənci yüzildə yaşayırıq?!”.

O vaxtlar biraz balaca idim. Boyum o qədər balaca idi ki, qonşuların hasarlarından boylanıb onların həyətlərinə baxa bilmirdim. Hətta bu bir qırağa bir dəfə atam demiş, hamının başına tük gələndə mənim başıma maraqlı bir hadisə gəlmişdi. Yalan olmasın, 5-6 yaşım olardı, anamla marşurutla yaşadığımız qəsəbəyə gəlirdik. Anamla yanaşı oturmuşduq avtobusda. Bizimlə qonşu oturacaqda da cavan bir qız əyləşmişdi, hardasa 24-25 yaşı olardı. Qız çox açıq-saçıq geyinmişdi. Sinəsinin ucları əməlli-başlı görünürdü. Məndə gözümü çəkmədən ona baxırdım. Birinci dəfə idi belə maraqlı hal yaşayırdım. Axırda avtobusdan düşəndə həmin qız əlindəki alçaları mənə verdi. Yazıq qız elə bilib ki, onun əlindəki alçalarda gözüm qalıb. Yəqin fikirləşib ki, uşaqdı meyli çəkib...

Mətləbdən çox kənara çıxmamaqçun türklər demiş, gələlim əsas məsələnin üzərinə. Hörmət kişi adından da göründüyü kimi çox hörmətli kişi idi. Dediyinə görə bu adı atası vermibmiş ona. Atası düşünüb, daşınıb ki, uşağın adını hörmət qoysun ki, böyüyəndə, hörmət, nüfuz sahibi olsun, sözü keçərli olsun, bir dediyini iki etməsinlər. Yazıq kişi hardan biləydi ki o böyüyəndə hörmət əlaməti yalnız onun adındakı altı hərfdə qalacaq...

Hörmət kişinin gözləri ümumiyyətlə görmürdü. Bu hal onda anadangəlmə deyildi, görmə qabiliyyətini itirməsi illər öncəki hadisənin yekunu idi necə deyərlər. Hörmət kişi cavan vaxtlarında əxlaqsız bir qıza nəyi var aşiq olmubmuş, qızı alıb evə gəlin gətirmək istəyirmiş. Atası bu məsələlərdə çox ciddi idi. Həmişə deyirdi ki, “haçansa biləm ki mənim qarım (arvadına “qarı” deyirdi) cavan vaxtı hansısa başqa oğlanla məktublaşıb o saat onu boşayaram, gözünün yaşına baxmadan!” Hörmət kişi də bu əxlaqsız qız üstündə atası ilə savaş şəraitində yaşayırdı. Nə qədər acı da olsa deməliyəm ki, bir dəfə əsəbiləşib hətta atasına şillə də vurmuşdu. Bundan bir neçə gün sonra avtomobil qəzasına düşərək, beynindən tramva almışdı, beləliklə də hər iki gözünü itirmişdi. Onsuz da xəstə olan atasının xəstəliyi biraz da irəli gedərək xərçəng xəstəliyinə keçmiş, çox keçmədən xərçəng onu özü ilə o dünyaya aparmışdı. O əxlaqsız qız da Hörmətin belə hala düşdüyünü görüb o biri sevdiyi oğlanla (hansı ki, Hörmətlə sevişəndə həmin oğlanı əlində ehtiyat, müasir dillə desək “kozur” saxlayırdı) qoşulub qaçdı. Bütün bunlara görə Hörmət kişi həmişə özünü “tərkedilmiş” adlandırırdı. Hörmət kişi etdiyi hərəkətdən dolayı çox peşman olmuşdu. Dəfələrlə atasının məzarının üstə gedib vedrələrlə göz yaşı tökmüşdü. Həmişə o məzardan qayıdandan bir-iki həftə keçər-keçməz qəbistanlıq bütünlüklə yaşıl ota bürünürdü. Bu bir yana qalsın e. Yazıq kişi o qədər peşman olmuşdu ki, əllərini sobaya salıb ütmüşdü bir ara...

Hörmət kişidən ətraflı danışmağım onu oxuculara daha yaxşı tanıtmaqdan ibarət idi. Gələk onun əziz-xələf oğlu İzzətdən macəralarına..

Bu macəralarla tanışlıq sizə Hörmət kişini daha yaxından tanıtdıracaq. İzzət hardasa mənimlə eyni yaşda idi, bir-iki bayram fərqimiz olardı ya olmazdı. Xasiyyətcə çox təkəbbürlü və özündən razı idi. Bütün günü avaraçılıqla, əyri-üyrü işlərlə məşğul idi. Üç ədəd qoyunu var idi. Özü də bu qoyunlara “sürü” deyirdi. Deyirəm, yaxşı ki, çox şeyi yoxmuş. Qoyunların da maşallah haram yeməkdən enləri ilə uzunları bərabər idi. Qonşuların kimsəsiz həyətləri, yolun qırğındakı yenicə əkilən körpə ağacların budqaları və nisbətən yaşlı ağacların yarpaqları bu qoyunların əsas qida mənbəyi idi. Birdən düşünərsiniz İzzəti “tərkedlimişlər” sırasına qatasınız, o zaman sizdən inciyə bilərəm. O heç də “tərkedilmiş” deyildi. Oğlanın tər-təmiz, oğlan əli dəyməmiş (özü demiş) gül üzlü sevgilisi var idi. Adı da Sevgi idi qızın. Bütün günü qız İzzəti fikirləşirdi, İzzət də qızı. Çünki İzzət qızın əsas gəlir mənbəyi idi. Sevginin necə “namuslu” qız olduğunu bütün məhəllə əzbər bilirdi. Elə özü də bunu yaxşı bilirdi. Lakin özünü elə aparırdı ki, elə bil dünyada iki kişi var elə ikisi də özüdü. Bir dəfə qız barədə ondan soruşdum:

-Görürəm yaman vurulmusan aaa?!

-Yox əşşi başın xarab olub, başına at təpib nədi, neynirəm e onu...

Həmişə də bir söz var idi, onu deyərdi. Yaxşı qızı istəyərlər, pis qızı pisləyərlər...

Bütün bunları o deyirdi. Mən də deyirdim vallah halaldı atasına oxşamadı. Bu dediyim sözlərin yanlış və absurd olduğunu onun telefonundakı qaralama mesajı oxuyandan sonra tam başa düşmüş oldum. Zatən “tərbiyəli” qoyunları olan adamdan bundan başqa nə gözləmək olardı ki?! Qaralama mesajda yazılmışdı: “Həyatım Sevgi, sənsiz yaşaya bilmərəm, ölərəm. Sən mənim hər şeyimsən. Nəyin bahasına olur-olsun səni özümə arvad edəcəm. Öldü var, döndü yox...

Bir az öncə sevgi haqqında bir-iki fikir səsləndirib, oxucuları şübhəyə saldım. İndi istəyirəm ki, bu sübhəli fikirlərə aydınlıq gətirim. Yəni sevgi dolu Sevginin sevgi dolu sevgi həyatını sizə sevdirim. Sevginin 18 yaşı var idi. Düz iki bundan öncə Sevgi feysbukda bir oğlanla tanış olmuşdu. Oğlana baxsan deyərdin ki, əməlli-başlı modeldi. Bu oğlan özünü “tərkedilmişlər” sırasında görməyən Sevgini “tərkedilmiş”lərə qatan yeganə qüvvə idi. Sevgi bu məhəbbət hekayəsini saytların birində paylaşmışdı. Sevgi yazırdı: “İki il bundan qabaq feysbukda gözəl bir oğlanla tanış oldum. Onda 16 yaşım var idi. Bu oğlan çox xoşuma gəlirdi. O vaxtlar biraz ehtiraslı idim. O oğlanın şəklini görəndə özümü itirirdim, ürəyim xarab olurdu. Nəisə bir müddət danışdıqdan sonra görüşməyə qərar verdik. Günlərin bir günü məktəbdən bir saat tez çıxıb görüşə getdim. Görüşümüz parkların birində baş tutdu və bu mənə yaxında qaldığını bildirdi və evinə dəvət etdi. Mən də hörmətsizlik olmasın deyə onu qırmadım. Nə biləydim ki axırı belə olacaq?! (guya ki mən istəmirdim axırı belə olsun... yalansa mənim ata-babama lənət). Qısası bu yavaş-yavaş mənə toxunmağa başladı, yataq otağına apardı. Sonra da ki... Bakirəliyimi ona qurban verdim. Papa bilsə məni öldürəcək...”.

Qəribəsi onda idi ki “öldürəcək” sözündən sonra gülmək işarəsi də qoymuşdu. Bu onun nə qədər şən, həyat dolu, vecsiz bir qız olduğunu göstərirdi. İzzət başı batmış bunların hamısını bilirdi. Amma neyləmək olar ki, hamıda kişilik damarı olmur. Kişilik damarı paylananda bu ya yatıb, ya da başı qoyunlarına qarışıb. Sevgi texnologiya ilə ayaqlaşmağı bacarırdı. WhatsApp-dan tutmuş, facebook-a, odnaklassnikidən tutmuş twitter-ə kimi bütün sosial şəbəkələrdə var idi. WhatsApp-dakı siyahıda yuxarıdan aşağıya doğru 161-ci sevgilisinin adı İzzət idi.

Bu sevgi macərası atasının qulağına çatanda kişini od götürdü.

-Mənim kişiliyim yol verməz ki, sən bu əxlaqsızı evimizə gətirəsən. Gül kimi qızlar var. Get birini bəyən alaq dəə...

Hörmət kişi bu sözləri söyləyə-söyləyə dizləri əsirdi. Çünki bu sözlər ona yad deyildi. İllər öncə atası ona eynən bu sözlərlə müraciət etmişdi və atasının cavabı beşqardaş (yəni şillə) olmuşdu. Hörmət kişi oğlundan biraz aralıda dayanmışdı. Çünki gec-tez bu beşqardaş onun da qapısını döyə bilərdi. Oğlu isə atasının bu sözlərinə cavab verərək:

-Məni məcbur eləmə keçmişi vərəqləyim. Kişilikdən danışanıma bax da...

Əslində İzzət bu sözlərlə özünü də “kişi” kimi təsqid edirdi.

Atası bu sözləri eşidən kimi donub qalırdı, deməyə söz tapmırdı.

İzzətlə Sevgininki çox çəkmədi. Sevgi İzzət kimi çoxlu oğlanı “tərkedilmiş”lər cərgəsinə qatmışdı. Bu onun üçün bir içimlik su idi. Çünki “tərkedilmişliy”in gözəl bir bir hiss olmasını gözəl bir oğlanın sayəsində başa düşmüşdü.

Günlərin bir günü Sevgi İzzətə mesaj yazaraq hər şeyin bitdiyini bildirdi. Mesajın mətni aşağıdakı kimi idi: “Sən yaxşı oğlan deyilsən, mənim kimi namuslu, tərbiyəli qıza layiq deyilsən. Get başqa qapıya”...

İzzətsə bu sözlərdən sonra əməlli-başlı sarsılmışdı. Onun sonunun nə olduğunusa oxucuların öhdəsinə buraxıram. Sevgi yəqin ki, papasının onu növbəti dəfə “öldürmə”sini istəyirdi. Mən də bu sözlərdən sonra iki gülmək işarəsi qoyuram. Birini özüm üçün, birini də bu hekayəni oxuyanlar üçün. Bu hekayənin oxuyanlar istəsə onlarçün qoyulan gülmək işarəsini silə bilər. Amma xahiş edirəm, mənimkinə dəyməsinlər...

 

Yenililklər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.