"Dünya ədəbiyyatı" dərgisinin yeni sayı çapdan çıxıb
13.01.15

Azərbaycan yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan «Dünya ədəbiyyatı» dərgisinin yeni sayı işıq üzü görüb.

Dərginin yeni sayı əsasən Ukrayna ədəbiyyatına həsr olunub və bu nömrənin hazırlanmasına dəstək vermiş Ukrayna Ali Radasının deputatı Sergey Tarutanın oxuculara ünvanladığı təbriklə açılır. S.Taruta Azərbaycanda «Dünya ədəbiyyatı» dərgisinin «Ukrayna ədəbiyyatı» xüsusi sayının işıq üzü görməsini əlamətdar hadisə kimi səciyyələndirib: «Bu, bizim ölkələrimizin, xalqlarımızın və ədəbiyyatlarımızın yaxınlaşması yolunda olduqca vacib layihə və mədəni hadisədir.

Ukraynanın öz tarixinin o qədər də asan olmayan bir dövrünü yaşadığı bugünlərdə hazırkı layihə daha əlamətdar görünür. Əminəm ki, müasir Ukrayna ədəbiyyatı, çağdaş ukraynalı müəlliflər öz layiqli oxucularını tapacaq, oxunacaq».

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli isə təbrikində ölkələrimizin tarixən bir-birinə həm siyasi, həm iqtisadi baxımdan dəstək olduğunu, mədəni əlaqələrimizin daim yüksələn xətlə inkişaf etdiyini vurğulayıb: «Ukrayna-Azərbaycan ədəbi əlaqələri bu mənada xüsusi yer tutur. Çağdaş Ukrayna ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə çevrilməsi və “Dünya ədəbiyyatı” dərgisinin xüsusi sayı kimi nəşr olunması alqışlanmalı haldır».

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun təbrik məktubunda «Dünya ədəbiyyatı» dərgisinin Ukrayna buraxılışının ədəbiyyatsevərlər üçün dəyərli hədiyyəyə çevriləcəyinə inam ifadə olunub.

Baş redaktor Seyfəddin Hüseynli oxuculara unvanlanan yazısında “Dünya ədəbiyyatı”nın öz konsepsiyası olan, yeni dövrlə səsləşən dərgi kimi nəşrini davam etdirdiyini vurğulayıb: «Bizim nəşr Ukrayna ədəbiyyatının Azərbaycanda belə geniş həcmdə, əhatəli miqyasda, toplu və sistemli halda ilk təqdimatıdır.

Bu sayda Ukrayna ədəbiyyatı, xüsusən onun Azərbaycanda az bilinən müasir dövrü, son bir neçə onillikdəki ədəbi proseslərin nəticələri öz əksinin tapıb». Baş redaktorun qeyd etdiyi kimi, dərginin bu sayı Ukrayna ədəbiyyatının müxtəlif nəsillərə mənsub, fərqli ədəbi dünyagörüşlərə malik otuza qədər nümayəndəsinin yaradıcılığı haqda aydın təsəvvür yaratmaq cəhdidir.

Dərginin «İcmal» rubrikasında Mətanət Vahidin tərcüməsində Dmitro Drozdovskinin «Müasir Ukrayna nəsri XXI əsrin interyerində: tekst+kontekst» məqaləsi yer alıb.

«Proza» bölümündə Ukrayna yazarlarından Mariya Matios, Yaroslav Melnik, Yuri Andruxoviç, Kost Moskalets, Vyaçeslav Klokov, Mixail Slaboşpitski, Lyubov Qolota, Sergey Qrabarın nəsr nümunələri Siyavuş Məmmədzadə, Elçin Hüseynbəyli, Cavanşir Yusifli, Seyfəddin Hüseynli, Rəbiqə Nazimqızının tərcüməsində təqdim edilib.

Jurnalın «Rakurs» rubrikasında Dmitro Stusun «Taras Şevçenko şəxsiyyəti müasir Ukrayna mədəni məkanında» yazısı Rəbiqə Nazimqızının tərcüməsində verilib.

«Poeziya» bölümü klassik tərcümələrlə açılır, burada Taras Şevçenkonun şeirləri Mikayıl Müşfiq və Əhməd Cavadın çevirisində təqdim olunub. Həmin bölmədə Boris Oleynik, Vasıl Stus, Pavlo Movçan, Yuri Buryak, Vasıl Gerasimyuk, İqor Pavlyuk, Oksana Paxlyovska, Lyubov Qolota, Aleksey Zaraxoviç, Marianna Kiyanovska, Dmitro Drozdovski, Vladimir Kostelman, Aleksandr Kabanov, Sergey Jadan, Lesya Mudrak, Dmitro Çistyak, Miroslav Layuk, Alyona Malyuqa və Janna Bezpyatçukun şeirləri Siyavuş Məmmədzadə, Səlim Babullaoğlu, Qismət, Günel Şamilqızı, Könül Həsənqulu, Şəfiqə Şəfanın tərcüməsində dərc edilib.

Seyfəddin Hüseynlinin təqdimatında verilən «Tərcümə təcrübələri» Dmitri Merejkovski, Cerom Klapka Cerom, Mixail Bulqakov və Kurt Vonnequtun əsərlərini əhatə edir.
Dərgidə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair Səlim Babullaoğlunun «İçəridən baxış: 2005-2011-ci illərdə tərcümə işinin vəziyyəti» adlı məruzəsinin tam mətni dərc olunub.
Dərgini son səhifələri bu sayda əsərləri yer alan ədiblər haqda bioqrafik məlumatlar üçün ayrılıb.

“Dünya ədəbiyyatı” dərgisini yaxın günlərdə şəhərdəki köşklərdən və kitab mağazalarından əldə etmək olacaq. Dərginin qiyməti 5 manatdır. /525.az/

Yenililklər
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.