Səyavuş Sərxanlı - Ən ağır xəstədir ürəksiz həkim...
16.01.15


HƏKİM HAQQINDA DÜŞÜNCƏLƏR



O, dost yaranıbdır günəşlə, ayla,
Ondan zülmət qaçar, ondan qəm qaçar.
Açdığı palata qapılarıyla
Dar gündən xoş günə qapılar açar.

Bir arzu söndümü, ümid keçdimi-
Qəlbinin oduyla alışdırar o.
Öz ağ xalatında gur işıq kimi
Ölümün gözünü qamaşdırar o.

Ömürlər üstündə ömür yandırıb,-
Özünü nə qədər qocaldar həkim.
Hər dəfə bir ömrü qanadlandırıb,
Hər dəfə özünü ucaldar həkim.

Duyuram, ətri var onda baharın,
Açdığı ürəklər toy-düyündədir.
Həyatdan məzara gedən yolların
Cilovu həkimin əllərindədir.

İnsanlıq sərhədi böyüyən yerdə
Əzab sərhədləri kiçilməlidir.
Bütüb duyğuların saflığı bəlkə
Həkim duyğusuyla ölçülməlidir!

Yol çəkər hicrandan vüsala kimi,
Yüz ili yaşayır bircə gündə o.
Ucalar basılmaz bir qala kimi
Həyatla ölümün sərhədində o.

Ömrün çıraq-şıraq sönən anları
Onun sinəsini dəlib keçirlər.
Bütün ölümlərin meridianları
Həkim ürəyindən gəlib keçirlər.

Onun səsindəki ən gizli qəm də
Xəstəyə dağ yükü olub deyirəm.
Harda bir otağa həkim girəndə
Ora ümid seli dolub deyirəm.

Cərrah bıçağına lap heyranam mən,-
Qurmaqdır, tikməkdir yarmaqları da.
Ən güclü cərəyan məftillərindən
Güclüdür həkimi barmaqları da.

İnsan kədərindən qıraqda qalmaq
Vicdana gülməkdir, ürək, ay ürək!
İnsan taleyinə biganə olmaq
İnsan öldürməyə bərabər demək!

Nə xəyanət bilər, nə də ki, hiylə,
Mikrob - ölüm hara, insanlıq hara?!
Gülər ağ saçların qəhqəhəsiylə
Bütün xırdalara, xırdalıqlara.

Ən böyük şəfqət var insan səsində,
Bu sözçün göylər də yerə enərdi.
İnsansız, həkimsiz yer kürəsi də
Gərəksiz top kimi diyirlənərdi.

Bütün ürəklərdə qopan ağrılar
Həkim ürəyinə yazılır sanki.
Torpaqda hər dəfə qazılan qəbir
Onun sinəsində qazılır sanki.

Elə bil ağarır, yanır od kimi,
Ürəyi köksündə tonqalmı yenə?
Məzarlıq yolları bir tabut kimi
Yüklənər həkimin çiyinlərinə!

Sanki təbiətlə giribdir bəhsə,-
Əbədi, narahat, ömür olubdur.
Bütün ölənlərlə bir ölübdüsə,
Bütün körpələrlə bir doğulubdur.

Ən ağır xəstədir ürəksiz həkim,
O öz əlləriylə sağalmalıdır.
Ən böyük canidir biliksiz həkim,
O yer kürəsindən qovulmalıdır.

Kədərlə toqquşar ömrü uzunu,
Ağ günü soyunub geyinəndi o.
Xəstəsi sağalıb ayaq tutdumu,-
Körpə uşaq kimi sevinəndi o.

Taleyi qovuşar sazaqla, qarla,-
Sınsa da əməli, sınmaz inadı.
Etiraf edərlər əczaçılar da,
İnsan - təbiətin şah dərmanıdır.

Bir söz də deməyə can atır qəlbim,
Bu söz qanadlansın hamıya çatsın!-
Ən ağır xəstəni ən gözəl həkim
Ürəklə sağaltsın, sözlə sağaltsın.

Odur nurlandıran saysız ev-eşikləri,
O şamın başına dolanar aləm!
Bizi yaradan da qınamaz məni,
Ona yür üzünün allahı desəm!..

"Tibb kadrlari uğrunda" qəzeti, 1973

Yenililklər
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
06.03.20
“Ustad” jurnalının 34-cü sayı nəşr olunub
06.03.20
Səxavət Sahil - Təmənnasız yazmaq
05.03.20
Misirdə yeni mumiyalar məskəni aşkar edilib
05.03.20
Səməd Mənsurun əsərlərindən ibarət toplu çapdan çıxıb
05.03.20
Vasif Əlihüseyn - Darıxmağın beşiyidi bu şəhər 
05.03.20
“İmadəddin Nəsimi - tədqiqlər, məqalələr, məruzələr” kitabı nəşr olunub
04.03.20
Şərif Ağayar - Cana yaxın hekayələr
04.03.20
Qismət Rüstəmov - "Təki başqa ölkədə kitabım çıxsın” düşüncəsi çox primitiv düşüncədir
03.03.20
Rəhman Bədəlov: "Zərdabi və onun “Əkinçi” qəzeti bizim hər şeyimizdir." - VİDEO
03.03.20
Yazıçılara rəhminiz gəlsin - Çingiz Abdullayev yazır
03.03.20
“Suğra və oğulları” filmi bu il kinosevərlərə təqdim olunacaq
03.03.20
Mirzə Baxış Nadimin şeirlər toplusunun ikinci kitabı çapdan çıxıb
03.03.20
Professor Asif Hacıyevin yeni monoqrafiyası çapdan çıxıb
03.03.20
Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20
Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” metrostansiyası qarşısındakı heykəli belə olacaq - VİDEO
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.