Həmid Piriyev - Çərçivələr
27.01.15

Pyes

Qəhrəmansız səhnəcik
Səhnə qaranlıqdır. Musiqi başlanır.


Az sonra işıq yanıb sol tərəfdəki şəkili işıqlandırır. Çərçivənin içində beş-altı yaşlarında iki uşağın bir yerdə çəkilmiş şəkli. Uşaqların biri qız, biri oğlandır. Qız sarışındır. Gülümsəyir, hər iki yanağında zənəxdan var. Oğlan da gülümsəyir. Təkcə sol yanağında zənəxdan var. Oğlan qumraldır. Şəklin salındığı taxta çərçivə təptəzədir. Üstünə işıq düşdükcə parıldayıb bərq vurur.

İşıq sönür. Saniyə çıqqıltısı.
Bir neçə saniyə sonra işıq yanıb sol tərəfdəki şəkli işıqlandırır. On iki-on üç yaşlarında qızla oğlanın şəkli. Qız sarışın, oğlan qumraldır. Hər ikisi gülümsəyir. Qızın hər iki yanağında, oğlanınsa sol yanağında zənəxdan var. Çərçivə təzədir. İşıq düşdükcə parıldayır.

İşıq sönür. Saniyə çıqqıltısı.
Bir neçə saniyə sonra işıq yanıb ortadakı şəkli işıqlandırır. Biri qız ikisi oğlan olmaqla üç gənc. Qız sarışındır. Gülümsəyir, hər iki yanağında zənəxdan var. Oğlanlardan biri qumraldır. Gülümsəyir, sol yanağında zənəxdan var. İkinci oğlan qaraşındır. Gülümsəmir. Bir az qəmgindir. Çərçivə təzədir. Amma işıq düşdükcə parıldamır.

İşıq sönür. Saniyə çıqqıltısı.
Bir neçə saniyə sonra yanıb ortadakı şəkli işıqlandırır. Bayaqkı şəkildəki qızla gülümsəyən oğlanın şəklidir. Adamların duruşları və mimikaları eynidir, amma paltarları başqa. Çərçivə təzədir, amma parıldamır.
İşıq sönür. Saniyə çıqqıltısı.

Bir neçə saniyə sonra işıq yanıb ortadakı şəkli işıqlandırır. Gəncliklə qocalıq arasındakı yaşlarda qadınla kişi. Qadın sarışındır. Gülümsəyir, amma gözlərində kədər var. Üzü bir az qırışsa da zənəxdanları aydın seçilir. Kişininsə dodağında iztehzalı gülüş var. Çərçivə bir az köhnəlib.

İşıq sönür. Saniyə çıqqıltısı.
Bir neçə saniyə sonra yanıb sağdakı şəkli işıqlandırır. Qoca qadınla kişi. Hər ikisinin saçı ağarıb. Heç biri gülümsəmir. Üzlərində kədərqarışıq peşmanlıq sezilir. Çərçivə çox köhnədir.
Işıq sönür. Bu dəfə saniyə çıqqıltısı gəlmir.
Dərhal işıq yanıb sol tərəfdəki şəkli işıqlandırır. Birinci şəkildəki uşaqlar. Amma heç biri gülümsəmir, qəmgindirlər. Çərçivə çox köhnədir.

İşıq sönür. Saniyə çıqqıltısı.
Bir neçə saniyə sonra işıq yanıb sağ tərəfdəki şəkili işıqlandırır. Şəkil yoxdur, yerinə qara fon. Çərçivənin bir tərəfi sınıqdır.

Işıq sönür. Musiqi qurtarır.

18 yanvar

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.