Tərcümə Mərkəzinin təmsil olunduğu 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisinin açılışı olub
29.01.15

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təmsil olunduğu 46-cı Qahirə Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi olub. Açılışda Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev, konsul Emil Rəhimov, Azərbaycan diasporasının üzvləri, Qahirə Universitetinin tələbələri və Mədəni İrsin İnkişafı üzrə “Halqa” təşkilatının nümayəndələri iştirak ediblər.

Sərgidə Azərbaycanı təmsil edən Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin stendini Misir Ərəb Respublikasının baş naziri İbrahim Məhləb, Misir Vəqflər naziri Məhəmməd Muxtar Cümə, Misir Mədəniyyət naziri Cabir Usfur, Misir Sənaye və Ticarət naziri Munir Fəxri və “əl-Ahram” qəzetinin idarə heyətinin sədri Əhməd Nəccar ziyarət ediblər. Misir Ərəb Respublikasının Baş Naziri İbrahim Məhləb Azərbaycan stendini ziyarət edərkən, ölkəmiz barədə fikirlərini bildirib: “46-cı Beynəlxalq Qahirə Kitab Sərgisində Azərbaycan ilk dəfə iştirak edir.  Azərbaycan bizim üçün ən əhəmiyyətli ölkələrdəndir. Stendinizdə yer alan maraqlı nəşrlər diqqətimizi çəkdi. Sizə fəliyyətinizdə uğurlar arzu edirik”.

Daha sonra səfir Şahin Abdullayev fikirlərini bölüşüb: “Çox sevindirici haldır ki, 46-cı Beynəlxalq Qahirə Kitab sərgisində Azərbaycan da iştirak edir. Bu sərgi dünyada Frankfurtdan sonra ikinci böyük kitab sərgisi hesab olunur. Azərbaycanın belə bir möhtəşəm sərgidə iştirakı təqdiredici haldır. Ölkələr və xalqlararası münasibətlərin qurulmasında, mədəniyyətin, ədəbi-mədəni mübadilələrin rolu danılmazdır. Kitab sərgiləri mədəniyyətlərin təbliğində böyük rol oynayır. Misir tərəfi bu sərgiyə ilk dəfə qatılan Azərbaycanın iştirakına böyük önəm verir. Gördüyünüz kimi baş nazir və digər nazirlər stendimizi ziyarət edib ölkəmiz haqqında dəyərli fikirlər bildirdilər. Arzu edirik ki, Tərcümə Mərkəzi Azərbaycanı gələcək illərdə də bu sərgidə təmsil etsin”.

Azərbaycanın sərgidə iştirakı, həmçinin, Misir On Tv, Nil Mədəniyyət tele-kanallarında və “Əl-Yaum Əl-Sabi” elektron-qəzetində də geniş işıqlandırılıb. Azərbaycan stendində Qarabağ həqiqətlərinə, dövlət və dövlətçiliyimizə aid kitablar, Tərcümə Mərkəzinin nəşrləri və ölkə nəşriyyatlarında çap edilən ən dəyərli nəşrlər nümayiş etdirilir. Xatırladaq ki, Beynəlxalq Qahirə Kitab Sərgisi dünyanın ən böyük Kitab Sərgilərindən hesab olunur.

Artpress.az







Yenililklər
18.10.19
“Bir şeir” yarışmanın qalibləri mükafatlandırıldı
18.10.19
Türkiye üzerinde oynanan satranç oyunu
16.10.19
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı keçirilib
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.