“Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün xüsusi buraxılışının təqdimatı keçirilib
03.02.15

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Ədəbiyyat məcmuəsi”nin gənc alimlər üçün Xüsusi buraxılışının təqdimat mərasimi keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açıb. Qeyd edib ki,ölkədə gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Həmçinin, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, bir sıra dövlət proqramlarının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi ulu öndərin gənclərə böyük qayğısı idi. Bu gün də Azərbaycan rəhbərliyi tərəfindən gənclərin problemlərinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Bütün bu qayğı və diqqətin gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratdığını, habelə dövlət orqanlarının diqqətinin gəncliyin problemlərinin həllinə yönəldildiyini vurğulayan akademik İsa Həbibbəyli Dövlət proqramlarından irəli gələn vəzifələr işığındaAkademiyada aparılan islahatların atrıq uğurlu nəticələrə yol açdığını bildirib. Akademiyanın yeni inkişaf mərhələsində gənclərin üzərinə düşən vəzifələrdən danışan akademik İsa Həbibbəyli bu gün elmi-tədqiqat müəssisələrində gənc alimlərin fəal surətdə elmi axtarışlara qoşulduğunu, akademiyanın ictimai-siyasi həyatında gənclərin rolunun yüksəldiyini xüsusi vurğulayıb. İnstitut rəhbəri akademiyanın qədəm qoyduğu müasir inkişaf mərhələsində Ədəbiyyat İnstitutunun gənc əməkdaşlarının da rolunun artdığını diqqətə çatdıraraq elmi-tədqiqat müəssisəsində gənc alimlərinböyük fəallıq göstərərək elmi axtarışlara daha həvəslə can atdıqlarını qeyd edib. Akademik İsa Həbibbəyli institutda nəşr edilən, Ali Attestasiya Komissiyasınıntövsiyə etdiyi elmi nəşrlər sırasında yer alan “Ədəbiyyat məcmuəsi”nin növbəti sayının gənc alimlərin yaradıcılığına həsr edilməsini təsadüf deyil, bunun zərurətdən yarandığını bildirib. Tamamilə gənc alimlərin elmi məqalələrinin yer aldığı jurnalın bu nömrəsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan akademik İsa Həbibbəyli göstərilən istiqamətdə bir sıra yeni tədbirlərin nəzərdə tutulduğunu bildirərək gənc alimlərə uğurlar arzulayıb.

Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli gündəlikdə nəzərdə tutulan digər bir məsələ - “İlin gənc alimi”  nominasiyası üzrə mükafatlarınqaliblərinin adlarını da açıqlayıb. 2014-cü ildəki elmi fəaliyyətlərinə görə “İlin gənc alimi” nominasiyası üzrə qalib gəlmiş filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Akimova, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı və institutun elmi işçisi Nərgiz Cabbarlıya mükafatları akademik İsa Həbibbəyli təqdim edib.

Tədbirdə “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri, professor Tahirə Məmmədin “Ədəbiyyat nəzəriyyəsi”nin gənclər sayının ədəbi-nəzəri aspektləri” və “XX əsr Azərbaycan ədəbiyyatı (sovet dövrü)” şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Tehran Əlişanoğlunun “Aktual elmi-ədəbi gənclik və müasirlik” mövzularında məruzələri dinlənilib. Məruzələrdə məcmuənin gənclərsayının bir sıra məziyyətlərindən, elmi istiqamətləri və əhəmiyyətindən bəhs edilib.

Sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, Ədəbiyyat İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Eşqanə Babayeva, “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Maral Yaqubova, “Ədəbi tənqid” şöbəsinin elmi işçisi Nərgiz Cabbarlı və doktorant Mehman Həsən çıxış edərək gənc alimlərə göstərilən diqqət və qayğıdan danışaraqelmi nəşrlərin xüsusi buraxılışına və verilən mükafatlara görə institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
 /ayb.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.