Yunanıstan Respublikasının səfiri Tərcümə Mərkəzində
05.02.15

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzin direktoru Afaq Məsud qonağı salamlayaraq, qurumun fəaliyyət istiqamətləri, dil və tərcümənin təkmilləşdirilməsi üzrə həyata keçirdiyi layihələr barədə, eləcə də bu illər ərzində qədim yunan fəlsəfəsindən tərcümə və nəşr edilən əsərlərdən danışıb: “Bu əsərlər müxtəlif illərdə Mərkəzin “Xəzər” dünya ədəbiyyatı” jurnalında dərc olunub. Bu il isə Mərkəz məşhur yunan filosofu və ədibi Sofoklun “Antiqona” əsərinin tərcüməsini həyata keçirib. Kitab hal-hazırda istehsalat prosesindədir. Əsərin yaxın zamanlarda Akademik Milli Dram Teatrın səhnəsində tamaşaya qoyulması da planlaşdırılır”.

Bunun ardınca, direktor dünya dillərinə tərcümə olunan ədəbiyyatların çox zaman həvəskar tərcüməçilər tərəfindən həyata keçirilməsi probleminə toxunub: “Səfirlərlə görüşlər zamanı məlum olur ki, müxtəlif ölkələrin ədəbiyyatı bizim dilə və bizim ədəbiyyatımız  başqa dillərə kimlər tərəfindənsə tərcümə olunur. Sonrakı araşdırmalar çox vaxt bu işin qeyri-peşəkar həvəskarlar tərəfindən, müəyyən qrantlar almaq niyyəti ilə həyata keçirildiyini aşkarlayır. Bədii tərcümə – ciddi sənət hadisəsi olmaqla yanaşı, həm də təmsil etdiyi xalqın, ölkənin mənəvi mentallığının göstəricisidir. Bu sahəyə dövlət səviyyəli maraqlar prizmasından yanaşılması vacibdir”.

Direktor həmçinin, “Tərcümə Mərkəzinin kitabları” başlığı altında nəşr edilən kitablardan, beynəlxalq kitab sərgilərində qazanılan uğurlardan danışıb: “Fəaliyyətə başladığımız bu beş ayda Mərkəz Höteborqda, İstanbulda, Şarcada, Qahirədə keçiriən Beynəlxaq Kitab sərgilərində Azərbaycanı uğurla təmsil edib. Yaxın günlərdə Minskdə, apreldə Londonda və Turində, mayda Praqada, iyulda Tokioda keçiriləcək sərgilərə hazırlaşırıq. Ötən həftə 46-cı Qahirə Kitab Sərgisinə qatılan Mərkəz sərginin 2015-ci ilinin Fəxri Qonağı seçilib”.

Daha sonra cənab D.Tsounqas fikirlərini bölüşüb: “Azərbaycanda belə bir təşkilatın yaradılması olduqca sevindiricidir. Bu Mərkəz mənə doğmadır, ona görə ki, dil və ədəbiyyat üzrə təhsil almışam. Bildiyiniz kimi, yunan dili bütün Avropa dillərinin əsasını təşkil edir. Mən bununla fəxr edirəm, amma təkcə yunan dilini bilmək bizə kifayət eləmir. Artıq 60 ildir ki, Yunanıstanda xarici dillər tədris olunmağa başlayıb. Biz klassik yunan mütəfəkkirlərinin əsərlərinin xarici dillərə tərcümələrinə ehtiyac duyuruq, eyni zamanda başqa xalqlar da, düşünürəm, bu işdə maraqlıdırlar.  Sevinirəm ki, azərbaycanlı alim Əli Sultanlı yunan müəlliflərinin əsərlərini tədqiq edib, dəyərli bir kitab yazıb. Mən həmin kitabı və Bakı Slavyan Universitetinin nəşr etdiyi N.A.Kunun “Qədim Yunanıstanın mifləri və əfsanələri” kitabını Milad bayramında ölkəmizin Parlament üzvlərinə, dövlət adamlarına hədiyyə göndərdim. İstərdik ki, Nobel mükafatı almış iki yunan yazarının – Odysseas Elytis və Giorgos Seferisin əsərləri dilinizə tərcümə olunsun.

Təəssüf ki, Yunanıstanda Azərbaycandakı Tərcümə Mərkəzi kimi dövlət qayğısıyla fəaliyyət göstərən qurum yoxdur, ancaq yazıçı və tərcüməçilər assosiasiyası fəaliyyət göstərir. Çalışacağam ki, Tərcümə Mərkəzi ilə həmin qurumlar arasında sıx əlaqələr qurulsun”.

Tərcümənin spesifik sahələr üzrə təkmilləşməsi məsələsinə gəlincə, səfir bildirdi: “Ölkəmizdə spesifik sahələr üzrə tərcüməçilərin hazırlanması üçün fakültələr mövcuddur. Lakin hər hansı spesifik sahə üzrə ali təhsil almış şəxsin belə, tərcümə işi ilə məşğul olması üçün aidiyyətli qurumların xüsusi razılığı alınmalıdır”.

Salonikidə və Afinada keçirilən Beynəlxalq Kitab Sərgilərində Tərcümə Mərkəzinin iştirakını arzu etdiyini bildirən səfir Mərkəzin 2016-cı ildə YUNESKO-nun təşkilatçılığı ilə Salonikidə keçiriləcək Aristotel irsinə həsr olunmuş beynəlxalq tədbirdə də iştirak etməsini arzuladığını bildirdi.

“İstərdik ki, Azərbaycan bu tədbirdə də Fəxri Qonaq qismində iştirak etsin”.

 Sonda səfir Azərbaycan şairlərinin yunan dilində çap olunan kitabı və yunan klassiklərinin əsərlərini Tərcümə Mərkəzinin kitabxanasına hədiyyə edəcəyini bildirdi.

Artpress.az 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.