Qismət: “Bütün enerjimizlə işə başlamışıq” - MÜSAHİBƏ
06.02.15

Artpress.az Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmovun müsahibəsini təqdim edir.
 
Azərbaycan Yaradıcılıq Fondunun bu günə qədərki fəaliyyəti haqqında məlumat verməyinizi xahiş edirəm.
 
- Fondun bugünə qədərki fəaliyyətini bir müsahibədə əhatə etmək çətindir, amma elə bilirəm ki, tarixə bir balaca ekskurs edib, görülən əhəmiyyətli işlərin müəyyən hissəsindən danışa bilərik. Son bir neçə günümü Fondun bugünə qədərki fəaliyyətini aybaay əks etdirən geniş xronikanı oxumaqla keçirmişəm deyə, ötən əsrin son iyirmi ilindən günümüzə qədər nə işlər görüldüyündən xəbərdaram. Fond 1987-ci ildə Sovet Mədəniyyət Fondunun filialı kimi təsis edilib və 2008-ci ilə qədər Azərbaycan Mədəniyyət  Fondu adı altında fəaliyyət göstərib. 2008-ci ildən ildən Azərbaycan Yaradıcılıq Fondu adlanır. Fondun təsisçilərinin siyahısı çox uzundu, bir neçəsini deyim: Azərbaycan Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Kinomatoqrafçılar İttifaqı, Yazıçılar İttifaqı, Teatr Xadimləri İttifaqı, Jurnalistlər İttifaqı, Elmlər Akademiyası, M.F.Axundov adına Milli Kitabxana, Müəllif Hüquqlarını Müdafiə Cəmiyyəti və s. Statistik məlumatlar saytımızda, Facebook səhifəmizdə yerləşdiriləcək deyə, istəyirəm sürətlə bir-iki önəmli məsələyə toxunub keçib. "Deməli, belə: Fondun ilk fəxri sədri akademik Bəkir Nəbiyev, professor Kamal Abdulla isə sədrin birinci müavini olmuşdur." 1991-ci ildə Fondun 2-ci Konfransı keçirilir və həmin konfransda fondun 1987-1991-ci illər arasındakı fəaliyyəti bağlı məruzə ilə çıxış edən professor Kamal Abdulla yeni sədr seçilir. Burda maraqlı bir məqama diqqət çəkmək istəyirəm. 1991-ci ildəki konfransda yeni sədr belə bir fikir səsləndirir ki, Sovet Mədəniyyət Fondunun adı dəyişərək Rusiya Beynəlxalq Mədəniyyət Fondu kimi təsdiq olunub, bizim Fondumuz həmin təşkilata üzvlük təklifini qəbul etməmiş, müstəqil qurum kimi fəaliyyət göstərmək qərarına gəlmişdir. Fondun beynəlxalq əlaqələr üzrə gördüyü işlər, həm çətin, qarışıq, həm də sabitlik illərində çox ciddi və əhəmiyyətli əməkdaşlıqlara vəsilə olub. Məsələn, Fondda Almaniyadakı “Avropa Türk-İslam Kültür Birliyinin” nümayəndəliyi açılıb və həmin birliklə əməkdaşlıq qısa zamanda səmərəli nəticələr verib. 1992-ci ildə həmin kültür birliyi Fonda 25 min alman markı məbləğində tibb preparatları və islam tarixi haqqında kitablar bağışlayır. Kitabların əsasında Fondun kitabxanası yaradılıb, dərmanlar isə Fondun sədri Kamal Abdulla və fondun əməkdaşlarının iştirakı birbaşa cəbhə məntəqələrinə - Ağdama, Ağstafaya, Şuşaya, Goranboya, Tərtərə, Ağdərərəyə və başqa məntəqələri aparılmışdır.  Fondun mədəniyyət bağlı gördüyü işlərdən, keçirtdiyi tədbirlərdən isə danışmağa başlasaq, bu müsahibə gərək bir neçə ay davam etsin.  Ümumən deyim ki, Fondumuzun bundan sonrakı fəaliyyəti yeniliklərlə zəngin olacaq.           
 
-Yeniliklər nədən ibarət olacaq?
 
-Artıq bütün enerjimizlə işə başlamışıq, yeniliklər çox olacaq. Birinci növbədə onu deyim ki, rüblük çıxacaq bir dərgi hazırlayırıq və bu dərgi təkcə paytaxtdakı mədəni mühiti əks etdirməyəcək, həm də regionlardakı yaradacı adamların kürsüsü olacaq. Çağdaş dünya ədəbiyyatında gedən prosesləri, ən yeni tendensiyaları orda əks etdirməyə çalışacağıq. Artıq dərgiylə bağlı işlərə başlamışıq. Dərginin içəriyi  ilə bağlı indidən bilgi verib sehrini itirmək istəmirəm, amma düşünürəm ki, yaxın aylarda bu dərginin sədası çox yerdən gələcək. Sonra onu deyim ki, Kamal Abdullanın ideyası və təşəbbüsü ilə Bakı Slavyan Universitetində yaradılan “Yaradıcılıq fakultəsi”nin regionlarda filiallarını açmağa hazırlaşırıq. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə bu sahədə gərgin iş gedir. Yaxın həftələrdə bir hekayə müsabiqəsi elan etməyi düşünürük. Silsilə şəkildə davam edəcək, beynəlxalq səviyyəli konfransların, kollokviumların, festivalların layihələşdirilməsi üzərində iş gedir. Fondun saytı hazırlanır. Kitablar çap etməyi düşünürük.
 
Bu kitablar istər gənc müəlliflərin ilk kitabı ola bilər, istərsə də araşdırma kitabları. Fərdi təqaüdlərin verilməsi nəzərdə tutulur. Fondun tərkibində dəyirmi masalar, film nümayişləri, müzakirə klubları yaratmağı düşünürük.
 
Ötən il İstanbul Beynəlxalq Kitab Yarmarkasında iştirak edəndə, bir çox qurumlarla, fondlarla əlaqə yaratmaq imkanım oldu. Ordakı “Bilim və sənət vəqfi”nin təcrübəsində bir neçə şey mənə maraqlı gəldi və düşünürəm ki, gələcəkdə həmin təcrübədən istifadə edəcəyik. Mən artıq Türkiyədəki elmi-mədəni sahədə fəaliyyət göstərən bir neçə qurumla yazışıram, fikrimcə, maraqlı ortaq layihələr edəcəyik.

Yeri gəlmişkən, deyim ki, yazıçı Kamal Abdullanın sədrliyi ilə Yaradıcılıq Fondunda bir sıra kadr dəyişiklikləri olub. Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Kaşanlı, Bakı Slavyan Universitetinin baş müəllimi Zenfira Kadırova sədrin müavinləri, son illər ədəbiyyatımızın ən parlaq istedadların biri olan, şair Şəhriyar Del Gerani yaradıcılıq işləri üzrə müşavir vəzifəsinə təyin olunub. Fondumuzun İdarə heyətində Azərpaşa Nemətov, Məryəm Əlizadə, Məryəm Seyidbəyli, Ziyadxan Əliyev, Sərdar Fərəcov, Eldar Quliyev, Tehran Mustafayev, Salam Sarvan, Asif Hacıyev,  Etibar Babayev kimi mədəniyyət, incəsənət, ədəbiyyat və elm adamları təmsil olunurlar.
 
- Fondun əsas məqsədi və məramı nədir?
 
-Son əlli-altmış ildə dünyanın mənzərəsində çox şeyi dəyişib və bu dəyişikliklər təkcə siyasi xəritələrdə öz əksini tapan imperiyaların çöküşü, yeni dünya düzənində deyil. Dünya son yarım əsrdə həm də çox sürətlə istehlak, media, kommunikasiya dünyasına çevrilib. Bizim yaşadığımız çağ high-tech, yəni yüksək texnologiyalar çağıdır. Vaxtilə Jül Vern qəhrəmanlarının min bir əzabla 80 gündə dolaşa bildiyi dünyanı gəzmək üçün artıq saatlar bəs edir. İnternet şəbəkəsi, fərdi kompüterlər sayəsində artıq informasiyanın əlçatmazlığı demək olar ki, aradan qalxıb. Lakin bütün bunların müqabilində insanın tənhalığı, ətrafına və özünə özgələşməsi yenə təzədir. Bu çoxsəsli, çox rəngli, xaotik dünyanın hər yerində maraqlı şeylər baş verir; bəzi yerlərdə Orta Əsrləri xatırladan doqmatik dinçilik dirilir, bəzi yerlərdə yerlə-yeksan olmuş əski dini inancların külündən bir başı uzaq şərq fəlsəfəsinə, o biri başı isə okkultizmə, mistisizmə, ezoterizmə gedib çıxan fərqli-fərqli təlimlər aktivləşir. Bu yeni düşüncə formalarında astronomiya astrologiya ilə, elm magiya ilə, elmi tibb anlayışı alternativ tibblə, xalq təbabəti ilə, texnoloji axın ekoloji həssaslıqla yan-yana yaşamağa başlayır.              
 
İçində yaşadığımız informasiya əsrində, sosial şəbəkələr erasında ənənəvi-modernist dəyər iyerarxiyasının ikinci plana atdığı hər şey vətəndaşlıq əldə edir, demokratik plüralizm, tolerantlıq, multikulturalizm baş rola keçir. Bu tendensiyanın ən nəzərəçarpan tərəfləri – janrlar və növlərarası inteqrasiya, hər şeyin bir-birinin sərhəddində olması, tarixin subyektiv yozumu, elit sənətin kitçlə, pop-artla sintezi, post-kolonial incəsənətin aktivləşməsi, lokal rənglərin dəyər qazanmasıdır.
 
Biz də Fond olaraq dünyada baş verən bu dəyişikliklərin və Azərbaycan sənət mühitindəki qapalılığın, ayrı-ayrı sənət, elm sahələri arasındakı rabitəsizliyin və regionlarda yaradıcılıqla məşğul olan sənətçilərin kifayət qədər özünüifadə müstəvisi tapa bilməməsinin fonunda, tolerantlığı, plüralizmi, multukulturalizmi və humanist dəyərləri özümüzə əsas istiqamət kimi götürmüşük. Bölgələrdəki yaradıcı mühit bizim üçün çox önəmlidir.Yeri gəlmişkən, Yaradıcılıq Fondu sənət anlayışını dar çərçivədə yox, geniş mənada götürür. Yəni bura sadəcə bədii ədəbiyyat, təsviri sənət, kino, teatr, heykəltaraşlıq, xoreoqrafiya yox, həm də məsələn, aşbazlıq, dulusçuluq, dülgərlik də aiddir. Öz işində yaradıcı olan, peşəkar olan hər kəs əslində incəsənətlə məşğuldur. Ardınca deyim ki, Fondun əsas məqsədi Azərbaycanda bütün yaradıcı sahələrin inkişafına, habelə yaradıcılıqla məşğul olan şəxslərin fəaliyyətinə dəstək olmaqdır. Əsasnaməmizdən çıxış edib, təxmini bir sadalama aparsaq, məncə fəaliyyət istiqamətlərimiz az-çox aydınlaşacaq: milli xalq yaradıcılığı nümunələrinin araşdırılması, dünya yaradıcılıq irsinin ölkə əhalisinə dolğun şəkildə çatdırmaq, yeniyetmə və gənclərin mənəvi-intellektual səviyyəsinin inkişafına yardım göstərmək, ölkə daxilində və xaricdə sərgilər, konfranslar təşkil etmək, xarici ölkələrdə fəaliyyət göstərən yaradıcılıq fondları və aidiyyəti təşkilatlarla ortaq layihələr həyata keçirmək, xeyriyyə aksiyaları, dəyirmi masalar, kurslar və seminarlar təşkil etmək və bu kimi genişçaplı işlər hamısı bizim üçün prioritetdir. Azərbaycan Yaradıcılıq Fondu yaradıcı təşəbbüsü olan hər kəsi maddi və mənəvi cəhətdən dəstəkləməyə hazırdır.
 
- Fondun yaratmış olduğu və bir vaxtlar hər kəsin diqqətini özünə cəlb edən “Sönməyən ulduzlar” teatrı yenə də fəaliyyətini davam etdirəcəkmi?
 
-Vaxtilə çox maraqlı tədbirlər həyata keçirən, Fondun “Sönməyən ulduzlar” teatrı yenidən öz işini aktivləşdirəcək. Bilirsiz, bu teatrın mənəvi bir missiyası var. Burda həmişə ikinci dərəcəli rolları ifa etmiş, diqqətdən, qayğıdan kənarda qalan, yumşaq desək, bəxti gətirməmiş aktyorlar, aktrisalar, yaşlı sənətkarlar özünüifadə müstəvisi tapırlar. Mən sizə bir əhvalat danışım. Bir neçə ay bundan əvvəl Fondun işi bağlı Kamal müəllim rəhbərliyində toplaşmışdıq. Kamal müəllim “Sönməyən ulduzlar”ın keçmiş işlərindən, vaxtilə yaşlı aktyorlardan birinə “Vaqif” pyesində baş rolu verməyindən danışdı. İndi haqq dünyasında olduğu üçün adını çəkmirəm, həmin aktyor tamaşadan sonra kulisdə dostlarına sevinclə deyirmiş ki, saydım, mənə düz 27 dəfə əl çaldılar... /kulis.az/
 

Yenililklər
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
30.07.19
Güclü insan sorağında - Əhməd bəy Ağaoğlu-150
30.07.19
Azərbaycan-Qırğız ədəbi əlaqələrində yeni səhifə
29.07.19
“Türk dilləri araşdırmaları” jurnalının ilk nömrəsi işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.