Xanım Aydın - Çiyələk
16.02.15

Artpress.az gənc yazar Xanım Aydının "Çiyələk" hekayəsini təqdim edir.

    Of... Bu kişi yenə bədxərclik edib - bir yeşik çiyələk alıb gətirib. Özü də əlasından. "Viktoriya" sortu. Bir ətri gəlir gəl görəsən. Bu qədər işin gücün içində heç yeriydimi bunun? İndi gəl bu istidə mürəbbə bişir, kompot bağla. Nəyimə lazımdı axı bu qədər çiyələk? Bişirməsəm də xarab olacaq, deyinəcək ki, əzab-əziyyətlə qazanıram, alıb gətirirəm zəhərə döndərib zibilə atırsan ...

    Balaca idi... Ay bu kasıbçılığın üzü qara olsun... Ana-bala "vosmoy"dakı kolxoz bazarına getmişdilər... Müəllim maaşına nə düşür ki?! Yaz meyvələrinə ancaq baxmaq qalırdı. Bazar anasının diliylə desə "od tutub yanırdı". Piştaxtalarda alça, çiyələksə elə bərq vururdu ki, elə bil ulduzdular. Qiymətləri də ki... Birdən anasının qulağına çiyələk istədiyini pıçıldadı. Meyvələrdən ən çox onu sevirdi axı. Ana bir addım o yana, bir addım bu yana vurnuxa-vurnuxa çiyələk satanı yanlayıb dilləndi: "Qardaş, bundan üç-dörd ədəd zəhmət olmasa çək, uşaq istəyir". Satıcı "ver uşaq yesin, pul-mul lazım deyil" - bir ovuc çiyələyi qadına uzatdı. Qadın pulsuz olmaz, nə eləyir qiymətini de, pulunu verim. Müftə istəmirəm" dedi. O an utandığından və çəkdiyi vicdan əzabından bilmədi qızcığaz neyləsin, harda gizlənsin. Kaş ki, anama çiyələk istədiyimi deməzdim. Axı bilirdim ki, pulu yoxdu. Niyə onu kiminsə yanında utana-utana bir neçə çiyələk çəkdirməyə məcbur etdim? Nə hisslər yaşadığımı ömrüm boyunca heç vaxt unutmadım... Atam sağ olsaydı... ehh... Sağ deyil ki... Nə boş-boşuna xəyallar qururam yenə? Dünyanı, onu-bunu günahlandırdığım bəsdi daha! Olanlarla barışmaq, yorğana görə ayaq uzatmaq lazım idi indi... Başqa əlac yox idi... Qayıdanda anası torbaların ağzını sıxıb bağlamırdı, şişgin saxlayırdı ki, qonşular deməsinlər ki, kasıb yaşayır, yazıq deməsinlər. Ayın ortasına çatmamış artıq gələn ayın maaşının az qala yarısı qədər borc yığılırdı. Çətin idi... Çox çətin idi... Lakin mətin idi... Nimdaş paltarda, bir qarnı ac, bir qarnı tox böyüydürdü balasını...

    Bu hadisədən sonra heç vaxt çiyələk istəmədi, daha doğrusu çiyələk istədiyini dilinə gətirmədi. Sanki küsmüşdü ondan. O bapbalaca çiyələk ona dünya boyda həyat dərsi vermişdi. Daha sevmirdi nə onu, nə də həyatı... Çarpışırdı... Balıq susuz qalanda çabalayan kimi çabalayırdı... Mübarizə aparırdi... Küsgün baxışlarında günəşi doğurmaq istəyirdi...

    Bax həmin günün xatirəsi yadına düşdü... Nəyinki həmin gün, yağışda köhnə ayaqqıbıda islanmış ayaqlarını, utana-utana geyindiyi qohumların paltarları altında gizlənən vücudunu, tay-tuşlarının təkəbbürlü baxışlarını, özündə hiss etdiyi fərqlilik duyğusunu, çərpələng kimi  uçurduğu bütün arzularını xatırladı. İtirdiyi, bəlkə də heç yaşamadığı uşaqlığını, çaya buraxılmış kağız gəmicik kimi üzüb gedən gəncliyini xatırladı... İndi qarşısında dayanan bir yeşik çiyələyə baxıb gözləri dolmuş, yamanca kövrəlmişdi. Çiyələk ətiri və zərifcə qırışlanmış yanağına süzülən göz yaşı onu yenidən qarışan fikirlərindən indiyə qaytardı. Həminki gün kimi bu gün də çiyələyin dadı zəhərə dönmüşdü.  Naşükür olduğuna görə özü-özünü qınadı. Dünyanın axışına bir bax... Həyat doğurdan da qəribədir... Dünən üç-dörd çiyələyə əli çatmayanın bu gün qarşısında bir yeşik çiyələk dayanıb, o da deyinir ki, neynirəm bu qədər meyvəni. Sanki təxirə saldığı Allaha şükrü indi tez dilinə gətirdi. "İlahi, verdiyin hər bir nemətə görə min şükür! İlahi, heç bir valideyni övladı qarşısında üzü qara etmə! Ey aləmlərin Rəbbi, ey yeri, göyü yaradan Allah!"

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.