Güney Azərbaycanlı şair və yazıçı həps olundu
19.02.15

Fevral ayının 21 “Dünya Ana Dili Günün” yaxınlaşması ilə İran İslam Respublikasınn milli təhlükəsizlik qüvvələri gücləndirilmiş iş rejiminə keçirlər.

Güney Azərbaycanlı ziyalı, yazıçı, şair, jurnalist və milli fəallara divan tutulan günlərdən biri də, elə Dünya Ana Dili günüdür. Bu günü, bütün dünya millətləri sevinc, şadlıq və təntənəli şəkildə qeyd etdiyi bir halda Güney Azərbaycan milləti, ziyalı və yazarları bu sevinc və şənliyin dadını çıxarmağın necə də acı və acınacaqlı olduğuna bir daha da inanırlar.

Güney Azərbaycan siyasi-ictimai aktivistləri və ziyalıları, milli haqları və istəkləri uğrunda apardıqları dinc və sivil mübarizə üçün hər tərəfli şəkildə maarifləndirmə xarakterli yazılar və çıxışları ilə öz milli və tarixi borclarını yerinə yetirməkdədilər.

Güney Azərbaycanda “Dünya Ana Dili Gününün” rəsmi şəkildə qeyd olunmasının yasaq olduğuna görə milli fəaların evlər və başqa yerlədə keçirdikləri toplantı və yığıncaqlar, milli təhlükəsizlik qüvvələri (ETTELAAT) tərəfindən hücumlara məruz qalaraq, darmadağın edilir.
Fevral ayının 16-da Güney Azərbaycanın Xoy şəhərində həps olunmuş Əmin Hacılı, Araz Xassə və  İslam Əl Əkbərli haqda bu günə qədər, heç bir bilgi və informasiya əldə yoxdur. İran Milli Təhlükəsizlik qüvvələri tərəfindən həps olunmuş milli fəallarımızın ailə və yaxınlarının dediyinə görə, onların harada, necə və hansı ittihamla həps oulunduğu haqda hələ ki, heç bir məlumat verilməyibdir.

1992-ci ildə Güney Azərbaycanın Xoy şəhərində Azərbaycan sevər və milli düşüncəli bir ayilədə Anadan olan Əmin Hacılı, ilk və orta təhsilatını yerli məktəblərdə bitirdikdən sonra böyük qardaşı Şirzad Hacılı (dəfələrcə həps olunmuş  milli fəal) qılavuzluğu ilə Azərbaycan ədəbiyyatı, tarixi və dilinə könül vermişdir. Xoy şəhərinin gənc şair və yazarları içində aktivliyi, cəsarəti və dəyərli yazıları ilə tanınan şair, öz milli fəaliyyətini də günü gündən genişləndirmişdir. Əmin Hacılının apardığı ədəbi və siyasi-ictimai fəaliyyət, Xoy şəhərinin milli təhlükəsizlik qüvvələri idarəsini (ETTELAAT) hədsiz dərəcə də qəzəbləndirdiyi üçün, gənc yazarı dəfələrcə telefon zəngləri vasitəsi ilə hədələyib təzyiqlərə məruz qoymuşlar.

Əmin Hacılının şeir və yazıları bir çox dərgi, qəzet və internet düşərgələrində dərc olunub. Gənc yazarın Xoy şəhərinin ədəbi dərnəklərində apardığı ədəbi fəaliyyət və keçirdiyi törənlər, onun dilimiz və ədəbiyyatımıza olan vurğunluğu və sevgisindən xəbər verməkdədir.

Əmin Hacılı: Şeirlər

 Öldürdülər, bir-bir öldürdülər insanlar
Bulud, Oxtay, Səməd, İbrahim, Əmani
Qara bir bulud kimi sovuşub getdilər göylərin maviliyinə
Biz isə quş olduq dostum, quş
Quşların dili varmı dostum ?
Quşlar danışarmı ?
Şeir yazarmı ?
Qaşığımıza ayrılıq gəldi dostum
Həsrət gəldi
Dəyənək gəldi
Analarımız nə bişirdi isə yedik
Yarpızdan zəhləmiz getmədi
Qapımızda ilan göyərdi
Kimsə öz ölkəsində peyğəmbər olmadı dostum
Biz sevgililərimizə çələng toxumadıq dostum
Bir ovuc torpaq aldıq sadəcə
Ən böyük fantaziyamız, dustaq divarlarında adlarını qazdıq sevgililərimizin
Kökümüzü qazmaq
Qəbrimizi qazmaq
Biz böyük arzularla yaşadıq
Boğazımızda ilişib qaldı böyük sözlər
Ağzımızdan şübhələndilər
Psixoloqlara getdik
Assimilasiyanı tüpürdülər damarımıza
Insan çörəksiz yaşamaz dedilər
Susuz yaşamaz
Havasız yaşamaz
Insan dilsiz yaşarmı dostum?

Anam mənə bir sapand verdi
Qarğaları qovmaq üçün tarladan
Sapandla atdım toxumları qarğalara
Onlarda yerinə gümüşü düymı gətirdilər mənə.


Yazar: Təkin Ötükənli














Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.