Buludxan Xəlilov - Yazı mədəniyyəti barədə
25.02.15

Filologiya üzrə elmlər doktoru, professor

I məqalə

Azərbaycan dilində gedən xoşagəlməyən meyillər dilin təbii inkişaf qanunauyğunluqlarına, həm də özünəməxsus xüsusiyyətlərinə mənfi təsir göstərir. Dilimizin özünəməxsus xüsusiyyətlərinin pozulmasında, təbii inkişafının öz məcrasından çıxmasında diqqəti cəlb edən məqamlardan biri də yazı mədəniyyətidir.Daha doğrusu, yazı mədəniyyətinin pozulmasıdır.

Yazı mədəniyyəti olmasa, insanların əlaqəsinin sərhədi çox məhdud ola bilər. Yazı bu məhdudluğun çərçivəsini genişləndirir. Hətta nəsillər arasındakı əlaqə yazı mədəniyyəti olmadan mümkün deyildir. Belə ki, hər birimiz bizdən əvvəlki nəsillərin yaratdıqlarını yazı vasitəsilə öyrənirik. Yazı olmasa, minillər boyu yaranmış tarixi, ədəbiyyatı və mədəniyyəti öyrənmək olmaz. Bizim hər birimiz öyrəndiklərimizə görə yazı mədəniyyətinə borcluyuq. Bu da bir həqiqətdir ki, əlifbamız tarixində olan dəyişikliklər yazı mədəniyyətimizin dəyişməsinə də öz mənfi təsirini göstərmişdir. Ədəbiyyatımızın, mədəniyyətimizin, tariximizin qoruyucusu olan mənbələrin müxtəlif əlifbalarda olması da bir çox çətinlikləri üzə çıxarmışdır. Bəlli olan əlifbalarla yazılmış mənbələrimizin hamı tərəfindən oxuna bilməməsi maariflənmə işlərinə maneçilik göstərmişdir. Yazı mədəniyyətinin yaratdığı bu çətinlikləri və onun acı nəticələrini müasir nəsil də görmüşdür. Bunların hamısı işin bir tərəfidir. Başqa bir tərəfi və ən əsas tərəfi isə odur ki, yazı mədəniyyəti olmadan gələcək nəsillərə heç nəyi ötürmək mümkün deyildir. Bizim hər birimiz keçmiş haqqında nəyi biliriksə, yazıya borcluyuq. Vaxtilə yazı mədəniyyəti hər bir kəsin, xüsusilə, ziyalıların səviyyəsinin göstəricisi olub. Ziyalı hesab olunan hər bir kəsin bir göstəricisi də onun yazı mədəniyyəti ilə ölçülüb. Yazı mədəniyyətini isə insanlar birdən-birə əxz etməyib, uzun müddət bu istiqamətdə təcrübə keçiblər. İmla, ifadə, inşa, əməli yazılar yazıblar. Bunların himi orta məktəbdən qoyulubdur. Vaxtilə orta məktəblərdə təhsil alan şagirdlər məhz orta məktəbdə yazı vərdişlərinə yiyələniblər. Ona görə də indi onlarda yazı mədəniyyəti yüksək səviyyədədir. İndi onlar yazı mədəniyyətinin bütün qayda-qanunlarına əməl edirlər. Ancaq bu da bir həqiqətdir ki, indi yazı mədəniyyətinin keyfiyyəti aşağı düşübdür. Belə bir mədəniyyət gənc nəsil üçün az qala əhəmiyyətini itiribdir. Elmi-texniki tərəqqinin nailiyyətlərindən biri kimi kompüterin, internetin, saytların həyatımıza, məişətimizə daxil olması yazı mədəniyyətinin inkişafına ciddi maneçilik göstərir. Elmi-texniki tərəqqinin nailiyyətlərinin əleyhinə deyiləcək fikirlər və bunun əleyhinə olmaq barədə söhbət açmaq kifayət qədər əhəmiyyətsiz bir münasibətdir. Ancaq elmi-texniki tərəqqinin belə nailiyyəti yazıya, bütövlükdə yazı mədəniyyətinə əngəl törədir. Skayp vasitəsilə danışıqlar yazı-pozu işlərinin imkanlarını daha da məhdudlaşdırır. Dünyanın bir yerindən başqa bir yerinə skayp vasitəsilə danışmaq, ünsiyyətdə olmaq yazının əhəmiyyətini kəskin dərəcədə azaldır. Bir tərəfdən bu, elmi-texniki tərəqqidir. Digər tərəfdən elmi-texniki tərəqqinin yazı mədəniyyətinə vurduğu ziyandır. Hər şeyi kompüter və onun imkanları daxilində həll etmək mümkün olduğundan yazıya olan diqqət azalıbdır. Onun nəticəsidir ki, ibtidai siniflərdə də, yuxarı siniflərdə də uşaqların xətti bir-birinə çox bənzəyir. Bunun bir səbəbi onunla bağlıdır ki, ibtidai sinif müəllimləri və yuxarı siniflərin dil-ədəbiyyat müəllimləri şagirdlərin xəttinə diqqət göstərməyi unudurlar. Həm də yazı dərsləri yaxşı təşkil olunmur. Bunu təşkil etmək işi müəllimlərin iradəsindən, səyindən asılı olmayaraq zamanın, dövrün tələbləri səviyyəsində həyata keçirilir. Yeri gəlmişkən onu da qeyd edək ki, həmişə dil və ədəbiyyat müəllimlərinin orta məktəb şagirdlərində yazı vərdişlərinin formalaşması istiqamətində görəcəkləri işlər barədə fikirlər söylənilmişdir. Deməli, yazı vərdişlərinin formalaşması ilə bağlı görüləcək işlərin aktuallığı öz əhəmiyyətini itirmir. Dili yaxşı öyrətməyin bir yolu da şagirdlərə yazı vərdişlərini aşılamaqdan başlayır. Hələ 1944-cü ildə Mirzə İbrahimov “Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək” məqaləsində qeyd edirdi ki, “Məktəblərin çoxunda səliqəli, yaraşıqlı xəttə fikir verilmir, müəllimlərin əksəriyyətinin hüsnxətt qaydalarından xəbəri yoxdur; hərflərin ünsürləri və tənasübü haqqında məlumatsızdırlar, yazı lövhələri də didaktikanın tələblərinə cavab verə bilmir” və s. (bax: Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək. – Mirzə İbrahimov. Ana dili – hikmət xəzinəsi. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1991, s.43). Əgər şagirdlər öz fikirlərini dürüst, dolğun şəkildə yaza bilmirlərsə, deməli, yazı vərdişlərinin qüsurlu olması bir fakt kimi təsdiq olunur. Ümumiyyətlə, xəttin səliqəli olması bir tərbiyə nümunəsidir. Bu barədə Mirzə İbrahimovun fikri maraqlıdır. O yazır: “Xəttin gözəlliyi, yazının səliqəli və yaraşıqlı olması balaca məsələ deyil. Bu, birinci sinifdən başlayaraq uşağı nizam-intizama öyrədən tərbiyə vasitələrindən biridir. Təəssüf ki, məktəblərimizin və müəllimlərimizin çoxu bunu başa düşmür”. (bax: Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək. – Mirzə İbrahimov. Ana dili – hikmət xəzinəsi. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1991, s.43). Qeyd etmək lazımdır ki, orta məktəbdə yazı vərdişləri qüsurlu olan şagirdlər gələcəkdə tələbə olduqda da həmin qüsurları islah etmirlər və bu, mümkün olmur. Yazı vərdişlərinin nöqsanlı olmasından bəhs edərkən onu da qeyd edək ki, yazı mədəniyyəti qüsursuz olan şagird və tələbələr çox azdır. Fikirlərini sərbəst şəkildə ədəbi dilimizin qayda-qanunlarına uyğun şəkildə yazan şagird və tələbələr getdikcə azalır. İndi hər bir informasiyanı əl telefonundan, kompüterdən və onun imkanlarından istifadə etməklə alan şagirdlər, tələbələr ərizə, protokol, inşa, imla, ifadə yazıları yazarkən nöqsanlara yol verirlər. İndi faktlara, hadisələrə yaradıcı yanaşanlar, mühakimə yürüdənlər azalıbdır. Yazı özü bir üslub olduğu üçün artıq yazı üslubları yox dərəcəsindədir. İstənilən bir mövzuda yazılan yazıda üslub görünmürsə, deməli, yazı mədəniyyəti qüsurlu, nöqsanlıdır. Müqayisə üçün qeyd edək ki, yazı mədəniyyətinin qüsurları, nöqsanları həmişə olub, ancaq indi bu hal daha qabarıq nəzərə çarpır. Hər zaman yazı mədəniyyətindəki nöqsanlardan bəhs olunubdur. Məsələn, Mirzə İbrahimov bu barədə yazırdı: “Şagirdlərin yazı nitqləri çox nöqsanlıdır. Onlar ərizə, vəsiqə, elan, məktub yaza bilmirlər. Fikirlərini yazılı şəkildə çətin ifadə edir, plan və konspekt tutmaqda çətinlik çəkirlər. Bunun da səbəbi məktəblərimizdə yazı dərslərinin pis təşkil edilməsidir”. (Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək. – Mirzə İbrahimov. Ana dili – hikmət xəzinəsi. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1991, s. 44).


Yazı mədəniyyətindən söz düşmüşkən bir məsələni də qeyd etmək istəyirik. Bu da ondan ibarətdir ki, bəziləri belə hesab edir ki, yazı mədəniyyətinə malik olmaq guya ədəbiyyatçıların işidir. Bu fikir doğru olmayan bir fikirdir. İxtisasından asılı olmayaraq orta və ali məktəb müəllimlərinin hər biri doğma ana dilində mükəmməl yazmağı, öz fikirini mükəmməl şəkildə ifadə etməyi bacarmalıdır. Əgər belə deyilsə, həmin müəllimi necə ziyalı, yaxud da mədəni adam adlandırmaq olar? Mükəmməl yazı mədəniyyətinə yiyələnmək üçün çoxlu bədii əsərlər oxumaq lazımdır. Həmin bədii əsərdəki sözləri, yəni bədii əsərin lüğət tərkibini yaxşı mənimsəmək lazımdır. Burada sözlərə, onların ifadə etdiyi mənalara fikir vermək olduqca əhəmiyyətlidir. Bunun sayəsində şagird və tələbə lüğət ehtiyatını zənginləşdirə bilər və zəngin lüğət ehtiyatı sayəsində öz fikirlərini də mükəmməl yazı ilə ifadə edə bilər. Bu istiqamətdə də xeyli işlər görmək məqsədəuyğundur. Məsələn, sinifdənxaric oxunun təşkilinə, ifadəli, mənalı və təsirli bədii qiraətə fikir verilməlidir. Mütaliə vərdişini ehtiyaca çevirməyi əhəmiyyətli bir iş kimi diqqət mərkəzində saxlamaq vacibdir. Bunları bir sistemə çevirməklə yazı mədəniyyətini inkişaf etdirmək olar. Təkcə yazının bir növü ilə yazı mədəniyyətini inkişaf etdirmək olmaz. Yəni həm yazının bütün növlərindən gen-bol istifadə etməklə, həm də yuxarıda qeyd olunanları (bədii qiraət, mütaliə və s.) bir sistemə çevirməklə yazı mədəniyyətini inkişaf etdirmək mümkündür. İndi orta və ali məktəblərimizdə sinifdənxaric oxu, mütaliə vərdişi, ifadəli və mənalı qiraət və s. ənənəsi azalıbdır və bəlkə də yox dərəcəsindədir. Halbuki bunların hamısı kompleks şəkildə yazı mədəniyyətini inkişaf etdirə bilər. Bunlardan yalnız birini seçməklə yazı mədəniyyətinin inkişafına nail olmaq mümkün deyildir. Məktəb təcrübəsinə istinad etməklə bu deyilənlərin həqiqət olduğunu təsdiq etməli oluruq. Bu mənada Mirzə İbrahimov yazırdı: “Məktəblərimizdə çox zaman yazının ancaq imla növləri hakimdir. Bu yazı üslubundan sui-istifadə edilməsi şagirdlərin yaradıcılıq işini korlayır. Yaradıcılıq yazıları, plan üzrə inşalar, sərbəst mövzular taparaq onu istədiyi şəkildə ifadə etmək kimi üsullar işlənmir. Kitabı və ya başqa ədəbi-tənqidi bir əsəri oxuyub, onu öz mühakimə süzgəcindən keçirərək, möhkəm sübut və dəlillərlə müəyyən bir fikir yürüdən şagirdlər hələ azdır”. (bax: Dil və ədəbiyyat dərslərini nümunəvi təşkil edək. – Mirzə İbrahimov. Ana dili – hikmət xəzinəsi. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1991, s.44).

Keçmişdə yazı mədəniyyətini inkişaf etdirən yaxşı bir ənənə də olmuşdur. Belə ki, radiodan imla yazılar oxunurdu. Onu qəbul edənlər istər-istəməz yazı mədəniyyətlərini inkişaf etdirir, yazı vərdişlərinə, onun qayda-qanunlarına əməl edirdilər.  Bu da hər halda yazı vərdişlərini inkişaf etdirir, insanda yazı qabiliyyətini irəliyə doğru aparırdı.

Yazı mədəniyyətini azaldan, ona mənfi təsir göstərən, onun mənimsənilməsini, qavranılmasını çətinləşdirən bir məqam da əlifba ilə bağlıdır. Belə ki, əlifbanın dəyişdirilməsi istər-istəməz yazı mədəniyyətinə pis təsir göstərir. İnsanların beyinləri, düşüncələri, göz yaddaşları hər hansı bir əlifbanı öyrənməyə hazır olur. Sonra insanların öyrəndikləri bu əlifbanın dəyişdirilməsi beyin, göz yaddaşının yeni əlifbanı mənimsəməsinə pis təsir göstərir. Uzun müddət beyinin və gözün uyğunlaşdığı əlifba başqa bir əlifba ilə əvəz olunduqda beyin, göz bu prosesə hazır ola bilmir. Ona görə də əlifbadakı hərflərin yazılışında qüsurlar, nöqsanlar meydana çıxır. Beyinin və gözün yeni əlifbaya uyğunlaşması prosesi uzun çəkir. Və bu zaman meydana çıxan qüsurlar, nöqsanlar da öz işini görür. Bizim xalqımız bu tarixi taleni yaşayıbdır. Ərəb əlifbasından latın qrafikalı əlifbaya, bu əlifbadan kiril qrafikalı əlifbaya, kiril qrafikalı əlifbadan isə yenidən latın qrafikalı əlifbaya keçid yazı mədəniyyətimizdə yaranan qüsur və nöqsanların yaranma səbəblərindən biri və birincisidir. Yazı mədəniyyəti ən böyük mədəniyyətidir. Bu mədəniyyətə qadir olanları əsl ziyalı hesab etmək olar. Kimin yazı mədəniyyəti varsa, onu mədəni adam hesab etmək olar. Mədəni adamın bir göstəricisi də onun yazısıdır, yəni yazı mədəniyyətidir. Yazı mədəniyyəti istənilən insanda birdən-birə yaranmır. Bu, ibtidai siniflərdən başlayır, orta məktəbdə formalaşır, ali məktəbdə kamilləşir, insanla bütün həyat və fəaliyyəti dövründə birgə olur, deyərdim  ki, simaya, göstəriciyə çevrilir. Üzünü görmədiyimiz hər hansı bir insanın yazısını oxumaqla onun barəsində – mədəni intellektual səviyyəsi barədə məlumat əldə edirik. Hələ onun əlyazması səliqəli olduqda, xətti qaydasında olduqda, yazısında yazıya məxsus incəlik və gözəllik yerli-yerində əks olunduqda belələrinə rəğbətli olmaya bilmirsən. Bu səliqə-səhman, yazıdakı mədəniyyət, geniş mənada yazı mədəniyyəti uzun təcrübə əsasında qazanılır. Təbii ki, bu qazanılmış təcrübəni dəyişmək, yeni əlifba ilə yazmaq tələb edir ki, yenidən təcrübə toplayasan. Bu da asan başa gəlmir. Və əksər vaxt özünü doğrultmur. Bu mənada Azərbaycanda əlifba dəyişkənliyinin özü də yazı mədəniyyətimizdə nöqsanların, qüsurların yaranmasına şərait yaratmışdır. Düzdür, dünyada elə xalqlar var ki, onların əlifbaları çətindir. Məsələn, cinlər, yaponlar və s. Ancaq onlar bu əlifbanı öyrənirlər, vərdişə çevirirlər, sonra bu vərdişdən də ömrü boyu istifadə edirlər. Əlifba nə qədər asan olsa belə, vərdişə çevrilmiş bir əlifba başqa biri ilə əvəz olunduqda köhnə vərdiş dəyişir, yenisinin yaranması isə vaxt tələb edir. Həmin vaxt isə nöqsanlar və qüsurlarla müşaiyət olunur. Təsadüfi deyil ki, bu məsələlər vaxtilə ziyalıların diqqətindən yayınmayıbdır. Məsələn, Səməd Vurğun əlifbamızdakı bəzi spesifik səslərdən və hərflərdən bəhs edərkən milli xüsusiyyətlərin nəzərə alınmasını vacib sayırdı. Əlbəttə, bu özünəməxsusluq əlifba sistemində bir qayda yaratmaqla yanaşı, düşüncəmizə və yaddaşımıza da əbədi həkk olunur. Səməd Vurğun əlifbamızda h, c, ö, ə və s. kimi hərflərin özünə yer almasını vacib sayırdı və bu hərflərə müvafiq Azərbaycan dilindəki səslərin mövcudluğunu dilimizin özünəməxsusluğu kimi qiymətləndirirdi. (Bax: Səməd Vurğun. Zəngin və mədəni əlifba yaradaq. – Seçilmiş əsərləri. VI cilddə, V cild. “Elm” nəşriyyatı, Bakı, 1972, s.98). Çıxışlarının birində qeyd edirdi ki, ə, ö, h, g, ğ və s. səslər rus dilində yoxdur və bu da dilimizin özünəməxsus xüsusiyyətlərindən biridir. O, belə hesab edirdi ki, məhz bu özünəməxsusluğu qoruyub saxlamalıyıq. (Bax: Səməd Vurğun. 1-ci çağırış Azərbaycan SSR Ali Sovetinin II sessiyasında çıxışı. – Seçilmiş əsərləri. VI cilddə, V cild. “Elm” nəşriyyatı, Bakı, 1972, s.101). Doğrudan da, bu özünəməxsusluq dilimizin səs sistemində, eləcə də əlifbamızda qorunub saxlanılmalıdır. Ancaq həmin səslərin əlifbadakı qrafik işarələrinin dəyişməsi yazı mədəniyyətinin pozulmasına şərait yaradır. Bəzi hərflərin səliqəli yazılması tez bir zamanda, bəlkə də asanlıqla vərdişə çevrilə bilmir. Məsələn, ü, ö, ç, ş, ğ, i və s. hərflərin yazılışında qüsurlar və nöqsanlar olur. Səbəbi onunla bağlıdır ki, bunların qarşılığı kimi u, o, c, s, g, ı hərfləri də var. Bu oppozisiyada (u-ü, o-ö, c-ç, s-ş, g-ğ, ı-i) hərflər bir-birindən müəyyən işarələrlə fərqləndirilir. Həmin işarələri məqamında və yerində hərflərin üstündə qoymaq diqqət tələb edir. Diqqətsizlik bu hərfləri bir-biri ilə qarışıq salır. Düzdür, savadlı oxucu bilir ki, qrafik işarə qoyulmasa belə, bu hərf hansı hərfdir. Ancaq yazı öz səliqəsini itirir, yazı mədəniyyətinin səviyyəsi aşağı düşür. Elmi şəkildə desək, yazıda orfoqrafiya səhvləri yaranır. Bu hal yazı sistemimizdə səliqəsizlik yaradır. Gündəlik yazı sistemimizdə (əlyazmada) bunu görməmək mümkün deyildir. Elə sözlər var ki, onlarda eyni hərfin qrafik işarəsi tez-tez təkrarlanır. Məsələn, düşündürücü, üzümçülük, bitkiçilik və s. Eyni hərfin (ü-nün, i-nin) qrafik işarələrini bir sözdə tez-tez yazmaq yazının sürətini azaldır və səliqəsinə təsir edir. Ona görə də hər bir xalq istəyir ki, onun zəngin və mədəni əlifbası olsun. /modern.az/

Yenililklər
27.01.23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı

27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
19.12.22
“Sonuncu korifey” – Ədəbiyyatımızın “Don Kixot”u
17.12.22
Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib
16.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əlaqələri Avropa məkanında daha da genişlənir
16.12.22
AMEA-da “Akademiyanın Şuşanaməsi” ədəbi-tarixi ənənə və gələcəyə baxış” adlı konfrans keçirilib
16.12.22
Təranə Vahid - Dəfn nəğmələri
15.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Uludağ Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.