Anarın məşhur romanı Yunanıstanda nəşr olunub
02.03.15

Xalq yazıçısı Anarın əvvəllər  dəfələrlə Türkiyədə və Rusiyada, habelə Almaniyada, İsveçrədə, Çexiyada, Slovakiyada, Macarıstanda, Estoniyada, Gürcüstanda və Özbəkistanda nəşr edilmiş “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı indi “Təhminə” adıyla yunan dilində çap olunub. Azərbaycan səfirliyinin dəstəyiylə Afinanın “Qavrilidis” nəşriyyatı tərəfindən min tirajla buraxılan kitabı yunan dilinə  Yelena Rapti çevirib.

Bu barədə, Azərbaycanın Yunanıstandakı səfirliyinə istinadən, Yazıçılar Birliyinin Mətbuat xidməti məlumat yayıb. Ölkəmizin Yunanıstandakı səfiri Rəhman Mustafayevin kitaba yazdığı “Ön söz”də deyilir:

“Hörməitli yunan oxucusu! Böyük məmnuniyyətlə  sənin diqqətinə ən məşhur Azərbaycan yazıçısı Anarın  çox populyar  əsərlərindən birini təqdim edirəm. Bu həm də çox həyəcanlı məqamdır, axı söhbət yunan dilinə çevrilən ilk Azərbaycan romanından gedir. 50 illik ədəbi fəaliyyəti ərzində Anarın əsərləri 32 dilə çevrilmiş və 20-dən artıq ölkədə kitab şəklində nəşr edilmişdir. İndi bu siyahıya Yunanıstan da əlavə olunur. Azərbaycan ədəbiyyatının heç bir nümayəndəsi dünya miqyasında bu  qədər geniş  tanınmayıb. Bunun səbəbi aydındır: Anarın əsərləri müasir dövrün ən ciddi problemlərinə  toxunur və adi insani hisslərdən bəhs edir. Anar yalnız tanınmış yazıçı deyil, o həm də millətin vicdanıdır. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ ərazisinə  əsassız iddialar sürüləndə, Anar vətənimizin  müstəqilliyi və ərazi bütövlüyü uğrunda səsini qaldıran ilk ziyalılarımızdan oldu”.

“Ön söz”dən sonra kitabda müəllifin yunan oxucularına müraciəti dərc edilib.

Fevralın 24-də Afinanın “İonas” kitab evində nəşrin geniş təqdimatı olub. Tədbirdə səfir Rəhman Mustafayev,  yunan ictimaiyyətinin nümayəndələri çıxış ediblər. Səfir kitabın araya-ərsəyə gətirilməsində əməyi keçən şəxslərə, təşkiatlara minnətdarlığını bildirib, Anarın və qızı Günel xanımın dəvəti qəbul edərək Afinaya gəlmələrinə görə onlara təşəkkür edib.

YUNESKO-nun Sülhməramlı səfiri xanım Marianna Vardinoyannis çıxışında deyib ki, Azərbaycanın Birinci xanımı, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əlyevanın Azərbaycan-Yunanıstan əlaqələrinin, xüsusən mədəniyyət sahəsində münasibətlərin güclənməsində mühüm rolu var. Bu dəyərli kitabın nəşri  də mədəni əlaqələrimizin genişlənməsi yolunda yeni  addımdır.

Məşhur yunan teatr və kino aktrisası  Katerina Lexu romandan parçalar ifa edib.

Kitabın redaktoru, Ukrayna əsilli Marina Şkurova romanın nəşrinə – tərcümə və bədii tərtibat işinə ciddi məsuliyyətlə yanaşıldığını, ümumi  rəyə  görə, tərcümənin çox uğurlu alındığını vurğulayıb. Yunanıstanın nüfuzlu ədəbiyyat tənqidçilərindən və jurnalistlərindən Takis Teodoropulos qeyd edib ki, romanın Azərbaycan ədəbiyyatı nümunəsi olduğundan xəbər tutanda elə bilib, bu, yəqin,  folklorla bağlı bir əsərdir, yaxud da çöl həyatının təsviridir. Əsərin 1974-cü ildə yazıldığını biləndə isə düşünüb ki, ola bilsin sovet ideologiyası çərçivəsində qələmə alınmış bir mətnlə tanış olacaq: “Əsəri oxuduqda bu fikirlərim alt-üst oldu. Birnəfəsə oxuduğum roman çağdaş dünya ədəbiyyatının bütün bədii ölçülərinə uyğun gələn son dərəcə təsirli əsərdir. Romanı oxuduqca Yunanıstan və Azərbaycanın məişət, adi insani duyğular baxımından  nə qədər yaxın olduğunu da anlayırsan”.

Tədbirdə Bakıdan dəvət olunmuş musiqiçilər –  vokal ifaçısı Aytac Şıxəlizadə pianoçu Nərgiz Ağayevanın müşayiətilə romanda haqqında danışılan “Küçələrə su səpmişəm” xalq mahnısını, Tofiq Quliyevin nəğmələrini və “Karmen” operasından ariyaları ifa edib.

Sonda çıxış edən Anar, Yunanıstandakı Azərbaycan Səfirliyinə, “Qavrilidis” nəşriyyatına, “İonas” kitab evinə, tədbirdə çıxış edənlərə və kitabın oxucularına səmimi təşəkkürlərini bildirib, Azərbaycanla Yunanıstanın mədəni ələqələrinin qədim tarixə malik olduğunu  söyləyib. Xalq yazıçısı deyib ki, hələ Herodotun “Tarix”ində qədim Midiya əfsanələri hifz olunub, Nizami Gəncəvi Makedoniyalı İskəndərə iki hissədən ibarət böyük poema həsr edib, əsərində onu Azərbaycan hökmdarı Nüşabəylə görüşdürüb. Nizami Ərəstu, Əflatun kimi qədim yunan  filosoflarının fikirləriylə də tanış idi və onlardan bəhs edirdi. Anar çağdaş Azərbaycan ədəbiyyatının başqa örnəklərinin də yunan dilinə çevriləcəyinə ümid bəslədiyini vurğulayıb.

Sonra Anar mərasim iştirakçıları üçün kitablarını imzalayıb. 

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.