"Qanun"da yeni kitablar nəşr olunub
04.03.15

"Qanun"da yeni kitablar nəşr olunub. Aşağıda yeni nəşrlər haqqında ətraflı məlumat verilib.


CEYMS OLDRİC - DİPLOMAT


Bakı, Qanun Nəşriyyatı, 2015, 860 səhifə.
Tərcümə edən: Cəlal Nuhov

Tərəqqipərvər ingilis yazıçısı Ceyms Oldric nəinki gözəl bədii əsərlərin müəllifi, həm də sülhün və xalqlar təhlükəsizliyinin fəal mübarizi kimi şöhrət qazanıb.
Oldric İkinci Dünya müharibəsi zamanı bir sıra ingilis və Amerika qəzet­lərinin hərbi müxbiri sifəti ilə dünyanın bir çox ölkəsini gəzmiş, Norveçdə, Yunanıstanda, Yaxın Şərqdə, İraqda və Sovet İttifaqında yaşayıb.
Ceyms Oldricin “Diplomat” romanında 1940-cı illər İranında, o cümlədən Cənubi Azərbaycanda demokratik hərəkat zamanı böyük güclər arasındakı mənafe toqquşmaları təsvir edilib. İngilis yazıçısı Oldricin özü də peşəkar diplomat olub və əsərdəki baş qəhrəman Mak-Qreqor müəyyən mənada müəllifin özüdür.
Bu əsərə görə yazıçı 1953-cü ildə Ümumdünya Sülh Şurası tərəfindən qızıl medalla təltif edilib.



 
 
Leonid Qrossman - DOSTOYEVSKİ

Bakı, Qanun Nəşriyyatı, 2014, 784 səhifə.
Tərcümə edən: Hüseyn Şərif

Leonid Qrossmanın “Dostoyevski” kitabında rus klassik ədəbiyyatının dühası Fyodor Dostoyevskinin dramatik həyatı əks olunub.
Bu yazıçının dünya ədəbiyyatında müstəsna yeri var və şübhəsiz o, abidə şəxsiyyətlərdən biri sayılmağa tam haqq qazanıb.
Dos­toyevskinin mürəkkəb şəxsi səciyyəsi daxili ziddiy­yətləri ilə birgə haçalanır. Ona mühafizəkar, xristian təəssübkeşi, monarxist damğaları vuran tənqidçilər, bununla belə, dərin fəlsəfi baxışlarını, mərhəmət və xeyirxahlığa çağırışlarını hər zaman yüksək qiymətləndiriblər. Yazıçı bu əqidədə idi ki, bəşər tarixində Rusiyanın öz missiyası var və o, gələcəkdə bir çox xalqların taleyini həll etmək hüququna malikdir. Ömrünün sonlarında isə o, qeyd edirdi ki, “düşüncə və nur hökmranlığı Rusiyamızda, dünyanın istənilən guşəsi ilə müqayisədə, daha tez yarana bilər”.
Yazıçının ədəbi yaradıcılığı da mürəkkəb dövrlərə ma­­likdir. Lakin realist təsvirləri və cana yaxın obrazları ilə bu gün də o, minlərlə oxucunun qəlbini fəth etmək qabiliyyətindədir. Maksim Qorkinin sözləri ilə desək, “Dos­to­yevskinin dahiliyi şəksizdir və təsvir gücünə gö­rə bəlkə də yalnız Şekspirin istedadı onun istedadına bərabərdir”.

 



Erika Leonard Ceyms - AZADLIĞIN ƏLLİ ÇALARI

Bakı, Qanun Nəşriyyatı, 2015, 752 səhifə.
Tərcümə edən:         Cahan Əliyeva

«Azadlığın əlli çaları» – E.L. Ceymsin bestseller olmuş məşhur trilogiyisanın son romanıdır. Son hissədə Anasteyşa öz sevgilisini daha  yaxından tanıyacaq. Kristian isə öz qısqanclığını ram etməyə çalışır. Onlar bir yerdə Monakoya, səyahətə çıxırlar. Monte-Karlo çimərliyində Kristian Anasteyşaya evlənmə təklif edir və o...
Oxucuları intim məqamlar və hissiyyatlı etiraflar­la fəth eləmiş əsər necə nəticələnəcək? Anasteyşa və Kristian Qrey öz eşqlərini qoruya biləcəkmi?
 

 

Orxan  Kamal - QÜRBƏT QUŞLARI

Bakı, Qanun Nəşriyyatı, 2015, 472 səhifə.
Türkcədən tərcümə:       Nizami Zöhrabi


Bir qarın çörək üçün İstanbula üz tutmuş anadolular – alın tərləri və əllərinin zəhməti ilə özlərinə yuva qurmağa çalışan sadə və təmiz qəlbli insanlar, ayaqlarını bu insanların kürəyinə dirəyərək duruş gətirməyə çalışan sistem İstanbul qədər yaşayışın, həyatın da rəngini dəyişməkdədir. Bu dəyişikliyin tam ortasındakı insanlar Orxan Kamalın usta qələmi və hər zaman insana sevgi dolu sənəti ilə oxuculara çatdırılır. Türkiyənin yaxın keçmişinə və onu təqib edən bu gününə gerçək bir gözlə baxa bilmək üçün “Qürbət quşları” romanını mütləq oxumaq lazımdır. 1950-60-cı illərdəki köçlər və tikinti-inşaat işləri ilə siması sürətlə dəyişməkdə olan İstanbul “Qürbət quşları” romanında tam gerçəkliyi ilə əks olunub.

Nazim Hikmətin təsiri ilə nəsr yaradıcılığına başlayan Orxan Kamal ilk hekayələrini Bacaqsız Orhan təxəllüsü ilə yazıb, ilk dəfə 1943-cü ildə “İkdam” qəzetində dərc olunan “Asma çubuğu” hekayəsində Orxan Kamal (Orhan Kemal) təxəllüsünü işlədib. 1958-ci ildə “Qardaş payı” (“Kardeş payı”) hekayəsinə görə “Sait Faik Hikaye Armağanı” mükafatını alıb. 1967-ci ildə Ankara Sənətsevərlər Dərnəyi tərəfindən ən yaxşı dramaturq seçilib. 1969-cu ildə “Öncə çörək” (“Önce ekmek”) hekayəsinə görə “Türk Dil Kurumu Ödülü” və “Sait Faik Hikaye Armağanı” mükafatlarına layiq görülüb.

 
 


JOHN LE CARRE - SONUNCU XƏFİYYƏ

Bakı, Qanun Nəşriyyatı, 2015, 736 səh.
İngiliscədən tərcümə:     Ziyad Quluzadə


Romanın qəhrəmanı, Rikin oğlu, Tomun atası, İngiltərə Təhlükəsizlik xidmətinin uğurlu məmuru Maqnus Piyem kimdir? Onun təhsilinə kimlər xüsusi nəzarət edirdi? O, kimin adamıdır? Maqnusun qəfildən yoxa çıxmağı təkcə onun dostlarını və həyat yoldaşını nigarançılığa salmamışdı, düşmənləri də xeyli narahat idi. Dövlət sirri təhlükə altındadır. Piyem haqqında həqiqətlər tədricən ortaya çıxır. Oxucu roman boyu məşəqqətli mübarizənin nəticəsində Maqnus Piyemin mükəmməl bir xəfiyyəyə necə çevrildiyinin şahidi olur.
John Le Carre romanları klassik xəfiyyə janrının ən dəyərli nümunələrindən biridir. Onun məharətlə yazılmış romanları dünyada böyük oxucu kütləsi qazanmasına səbəb olmuşdur. John le Carreyə ən böyük uğur gətirən əsər “Sonuncu Xəfiyyə” romanıdır.

 


 
Курбан Саид - Девушка из Золотого Рога
Баку, Издательство Ганун, 2015,  312 стр., 1000 тираж

Роман Курбан Саида «Девушка из Золотого Рога» – трогательная история эмигрантской жизни турчанки Азиадэ и принца Абдул Керима.
После долгих и безуспешных попыток вписаться в чуждый для них западный мир, не найдя  в европейской цивилизации духовно-нравственных ценностей, могущих дать им душевный покой, они обращаются к другим истокам – религиозным. ...Разрушена старая жизнь, уничтожены привычные нормы, незыблемыми остались лишь религиозные устои.


 

Justin Marozzi - DÜNYA FATEHİ TEYMUR


Bakı, Qanun Nəşriyyatı, 2015, 488 səh.,
Rus dilindən tərcümə: Zakir Abbas

Teymur – Dəmir Teymur, müasirləri onu belə adlandırırdılar.
Dünyanı fəth edən böyük fatehlərin sonuncusu.
Orta əsrlərin əfsanəvi sərkərdəsi, rəvayətə görə, doğulanda ovcunda qurumuş qan olub.
Nəhəng imperiyanın yaradıcısı.
Məğlubedilməz sərkərdə və hərbi strategiyanın nadir bilicisi.
O, qəddar və amansız idi, lakin məhz onun hökmranlığı dövründə Mərkəzi Asiyada elm və incəsənət çiçəklənməyə başlandı.
Teymur necə adam idi? – Birmənalı qəbul edilməyən, mürəkkəb təbiətli, adı əbədi olaraq tarixdə qalacaq Böyük Şəxsiyyət.
Bu suala alim və jurnalist Justin Marozzi öz kitabında cavab verməyə çalışacaq.

 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.