Ulker Piriyeva - Fırlanan dünyanın fırlanan düşüncələri
16.03.15
Mənim səndə izim qaldı.. Bir xoşbəxtlik kəpənəyi Uçdu getdi, gözüm qaldı.
Tez dəyişdin qiyafəni, Dəyişməyən cism qaldı. Gec xəbərdar oldum səndən, Deyilməyə sözüm qaldı.
Şeir yazdım alınmadı Uyuşmayan, nəzm qaldı. Bir havayı ömür verdin Hədər oldu, dözüm qaldı.
Üç fəsli bəxş elədin, Onlar keçdi, yazım qaldı. Xeyli kədər əxz elədin, Çoxu getdi azı qaldı.....
|