Gənc şair babasının ölümünə şeir yazdı
19.03.15
Azərbaycan Yazıçılar Birliyinin üzvü gənc şair Vasif Əlihüeyn babasının ölümünə şeir yazıb. Xatırladaq ki, şairin babası Qulamhüseyn Əlihüseynov fevralın 21 – də avtomobil qəzasında dünyasını dəyişib. Həmin şeiri təqdim edirik.
QƏBRİNDƏN ƏL BOYDA YER AÇ
Köçdü adam oğlu adam, bələndi dünya qanına. Babam da köçdü dünyadan, getdi nənəmin yanına.
Açın bu dəmir qapını, “Gələn var”- deyə çığırın. Babamı görməyə gəldim, adını deyim, çağırın.
Duyun səsimi, siz duyun! ay səsi burda batanlar! Babamı sizə tapşırram, ay burda çoxdan yatanlar.
Getdin, babalar babası, büründün səndə ki, ağa. Qəbrindən əl boyda yer aç, toyumda səsi duymağa.
Gəldim məzarının üstə, gözümdəki göz yaşımla. Uzan çarpayında rahat, danışaram baş daşınla.
|