Əlabbas - Yolçu yolda gərək
19.03.15

Artpress.az yazıçı Əlabbasın "Yolçu yolda gərək" məqaləsini təqdim edir.

Təvəkkül, dayının əziz balası! Bayramın bayrama qarışdığı bu əziz baca-baca günündə, bilməyənlər üçün deyim ki, Naxçıvanda ilaxır çəənbəsinə belə deyirlər, səni təbrik etmək nə mutlu bir dilək?! Başına yığılmış dost-tanışları bircə anlığa olsa da unudub, uşaqların hay-küylə həyətdə çatdığı tonqalın rəqsan dillərinə baxa-baxa olmuşları təkrar xatırlayaraq Tərcümə Mərkəzinin keçirdiyi ilk müsabiqənin həyəcan dolu anları, birinci yer, qalib diplomu, özündən böyük, adlı-sanlı qələm adamları qarşısında dizlərin əsə-əsə elədiyin həyəcanlı çıxış, bunu eşidib-bilən dostların təbriki, çeşidli loqoları olan televiziya kameraları və qohum-qardaşın ard-arası kəsilməyən zənglərini bir daha göz önündən keçirib də evdəkiləri sevindirmək özü iyirmi yaşlı bir tələbə üçün təkcə xüsusi bir hal yox, zənnimcə, həm də xoşbəxtlikdi. Deyim biləsən: “Kohnə kişi”ni yazanda elə mən də sən yaşda idim. “Durduğun yerdə başına bəla açmısan. Sonda deyəcəyin sözü əvvəldə demisən. Odu ki, bərk dur, başqa əlacın yoxdu” – ustad Ağa Laçınlının povesti oxuyandan sonra mənə dediyi sözlərdi.

Nə gizlədim, az qala otuz il öncə eşitdiyim o sözlərin istisi canıma yayıldıqca qorxu-hürkünün nə demək olduğunu da anladım. Özü də necə?! Odu-budu, indi, altmış yaşın həndəvərində də bir təzə yazı başlayanda canımı həmən həyəcan sarır: görəsən, bu dəfə necə olacaq, ən azı dostları peşman etməyəcəm ki?...

Sözümün Mustafası var.

Mən ürəyimdəkiləri sənə, Binədə o kasıb komanızın bir küncündə də deyə bilərdim, amma bunu onda təkcə sən və bacıların – “camalı bayram ayından göyçək” Gülər və iqtisadçı ola-ola indi də ədəbiyyatdan pişiyimi ağaca dırmaşdıran Afaqdan başqa heç kim bilməzdi... İntəhası mənim istədiyim bu deyil.

Böyük uğura imza atmısan. Adından söz etdirən ən gənc tərcüməçi hazırda, bəlkə də, sənsən. Şübhəsiz, bununla fəxr etməyinə dəyər. Ədəbiyyat adamları, ekspertlər, bir sözlə, sənəəllimlik edə biləsi yaşda olan insanlar zəhmət çəkib əməyini gərəyincə qiymətləndiriblər. Sənə lazım olandan da artıq dəyər veriblər. Bunu yaddan çıxartma. Bir müsabiqə ilə vaxtilə səndən, bəlkə də, on beş-iyirmi yaş böyük ola-ola hələ də gənc sayılan hər hansı ədəbiyyat adamını irəli getməyə qoymayacaq maneələr səninçün aradan götürülüb, üzünə nəhəng ədəbiyyatın qapıları deyil, darvazaları, özü də taybatay açıb. Çünki orda, o müsabiqədə iştirak edənlərin böyük əksəriyyəti həm həyat təcrübəsi, həm yaş, həm də yaradıcılıq baxımından səndən üstün olan, tanınmış yaradıcı şəxsiyyətlərdi. Ən böyük qazancın bu olub sənin. Bəxtin həm də orda gətirib ki, müstəqillik dövrünün tələbləri və diktəsi ikinci dildən deyil, orijinaldan, birbaşa tərcüməyə üstünlük verməyi günümüzün reallığına çevirib. Artıq tarixə dönmüş sözügedən müsabiqənin gerçək mahiyyəti də məhz bundan ibarət idi. Qismətdən sən də gedib bu işi təşkil edən xeyirxah adamlara urcah olmusan. Əgər ekspertlər sənə bu etimadı göstəriblərsə, elə bilmə, onu o uca boyuna, çatma qaşına, qara gözünə aşiq olub da eləyiblər. Bununla sənin üzərinə böyük məsuliyyət qoyulub. Böyük ədəbi ictimaiyyətin qarşısına çıxmısan. Diqqətlər sənə yönəlib. Çiynin ağır yük altındadı. Sözümün canı da məhz bu məqamla bağlıdı. Ağa müəllim də otuz il əvvəl mənə onu başa salmaq istəyirdi. İndi də sən. İşinin ağırı bundan belədi. Sənin daha pis tərcümə etməyə haqqın yoxdu. Bu dəqiqə heybəsini çiyninə atıb uzaq və ağır səfərə çıxan yolçu kimisən. Şervud müəllim olmazdan əvvəl də hamı Allahın qüdrətini bilirdi və elə indi də bilirlər. İndi növbə sənindi, sən öz qüdrətini göstərməlisən. O etimadı doğrultmaq borcdu artıq. Adın qulağına dəyməsə, yolundan sapmasan, inşallah, belə də bilirəm, sağ-salamat o yolun axırına gedib çıxacaqsan. Mən cəmi nursluların şinelindən çıxdığı Məmməd Arazı həmişə bloklara qoşulmayan ölkə adlandırırdım. Onun yolu ilə getməyi digər nurslular kimi özümə şərəf bilirdim, elə bilirəm də. O kəndin bir istedadlı oğlu kimi sən də o yolu get. O yol həm də “Dar ağacı”na çəkilmiş əmin Akif Azalpın yoludu.

Alacağın o 3000 manat qonorar ki, var, yaradıcı üçün çox boyük bəxşiş, bir tələbə üçünsə, deyərdim ki, əməlli-başlı ənamıdı. Amma əlimin içi kimi bilirəm ki, müsabiqəyə qatılmaq həvəsi heç də o bir ətək pulu əldə etmək istəyindən doğmayıb. Səni bu mənəviyyat dünyasına çəkən, bağlayan daha yüksək dəyərlər var. İnşallah yaşa dolub, o dünyanın ən dərin qatlarına endikcə, daha möhtəşəm əsərləri feyz ala-ala baldan şirin ana dilində səsləndirdikcə yazıb-yaratmaq eşqinin nə böyük bir fəzilət olduğunu da öz gözlərinlə görəcəksən. Belə olmasaydı, balaca Azərbaycanın böyük yaradıcı ordusunu bu gün də ədəbi səngərlərdə saxlayan o sirli-sehrli qüvvənin nə olduğunu bilməkdən ötrü heç kəllə işlətməyinə dəyməzdi ki. Bu sənətdə çörək yoxdur, deyib də səni qorxuzmaq istəmirəm, amma özün bax: bu gün bizdə ən kasıb kişinin dəstərxanına bənzəyən ədəbiyyat süfrəsinin qırağını qırx beş il əvvəldən tanıdıqlarımın bircəciyi də tərk etməyib. Heç eləməyəcəklər də. Bu, könül məsələsidi.

Sonda nə demək istəyirəm. Tərcüməyə qanköçürmə sənəti kimi baxanlar da var. Belə olduqda o qanın skalpellə yox, qələmlə köçürülməyinə adam bir az möcüzə kimi baxır, amma baxır. M.Arif, M.Rzaquluzadə, M.Əfəndiyev, H.Şərif, Cahanbaxş, C.Məcnunbəyov, Ə.Məmmədxanlı, B.Musayev, Ə Ağayev, İ.İbrahimov, M. Əlizadə, R.Sultanov, M.Sultanov, Z.Bünyadov, Ç. Qurbanlı, Z. Ağayev, T.Vəliyev kimi nənəng kişilər ömrün sonunadək bu sənətdə külüng çalıblar. Bu gün də o ustad sənətkarların yaradıcılıq ənənələrini ləyaqətlə qoruyb yaşadan və davam etdirənlərin sırasını Q.Bayramov, V.Hacıyev, Q.Quliyev, V.Məmmədəliyev, M.Nağısoy, R.Əsgər, Ə.Rəsul, N.Əbdülrəhmanlı, K.Nəzirlı, N.Qocabəyli, A.Quliyev, Yaşar, T.Kazimlı, C.Yusifli, F.Uğurlu, V.Əjdəroğlu, M.Qarayev, F.Seyidbəyli, E. Zeynalov K.Hacı və digər tərcüməçilərin adı bəzəyir.

Əgər istəyirsənsə ki, bir vaxt adı belə sənə yuxu kimi görünən o kişilərlə yol gedəsən, di ləngimə! Yolçu yolda gərək.

Bu şərəfli işdə Tale özü sənə yar olsun. Dünya ədəbiyyatının ən nadir incilərini birbaşa sənin tərcümədə oxumaq istəyi ilə dayın

17.03.2015.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.