Ankarada Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı keçirilib
30.03.15

Ankara Universiteti və Azərbaycanın Ankaradakı səfirliyinin birqə təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavidin düşüncə dünyası və əsərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, prezident  administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Ankara Universitetinin rektoru, professor Erkan İbişin iştirakı ilə keçirilən mərasimdə Ankara Universitetinin tələbə və müəllim heyəti, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, Azərbaycandan gəlmiş geniş tərkibli nümayəndə heyəti, ədəbiyyatçılar, görkəmli elm və sənət adamları, mədəniyyət xadimləri iştirak ediblər.
 
Mərasimin açılışında Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Ankara Universitetinin rektoru professor Erkan İbiş, universitetin dekanı, professor Əbdülkadir Gürer, professor  Sema Burutcu Özönderin çıxış ediblər. Hüseyn Cavidin şəxsiyyətinin ucalığı barədə dəyərli fikirlər söyləyən natiqlər, Cavidin əsərlərinin türk dünyasının ortaq sərvəti, ədəbiyyatımızın qürur və iftixar yeri olduğunu bildiriblər. Təqdim olunan kitabın Azərbaycan ədəbiyyatının təbliği sahəsində görülən işlər sırasında özünə layiqli yer tutacağı qeyd olunub.
              
Aktrisalar Samirə Məmmədova və Nigar Bahadurqızı Cavidin əsərlərindən parçalar səsləndirdikdən sonra konfrans iki bölümdə  davam edib. Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Hüseyn Cavid min illərin ədibidir”, “Kaspi” Təhsil Şirkətinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Hüseyn Cavid yaradıcılığında türkçülük fikri”, professor Əhməd Bican Ərcilasunun “ Hüseyn Cavidin ədəbi dili”, professor Yavuz Akpinarın “Türk ədəbiyyatı və Hüseyn Cavid ”, professor Ərdoğan Uyğurun “Hüseyn Cavidin əsərləri və düşüncə dünyası”, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turanın “Hüseyn Cavid dramaturgiyasının özəl xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.
 
Məruzəçilər Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk tarixi şəxsiyyətlərimizin, o cümlədən ədiblərimizin tanıtdırılması ilə bağlı bu günümüzə və sabahımıza böyük bir irs miras qoyduqlarını diqqətə çatdırıb. Həmçinin, Hüseyn Cavidin nəşinin uzaq Sibirdən Vətəni Azərbaycana gətirilməsi, Naxçıvanda dəfn olunması, məzarı üstündə möhtəşəm abidənin ucaldılması, adının əbədiləşdirilməsi, əsərlərinin kütləvi nəşri Heydər Əliyevin türk dünyası qarşısındakı tarixi xidmətləri sırasında olduğu qeyd olunub.
  
Konfransdan sonra Ankara Universitetinin tələbələri  Hüseyn Cavid şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər. Sonda konfransdakı  məruzələri ilə seçilən və mərasimin təşkilində fəal iştirak edən şəxslərə Azərbaycanının Türkiyədəki səfirliyi və Ankara Universitetinin xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində çəkdirdiyi şəkillərin, şairin zəngin mənalı həyatını əks etdirən nadir fotoların da daxil olunduğu 944 səhifəlik kitab “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanıb. /525.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.