Balayar Sadiq - İnterpoeziya üfüqlərində...
30.03.15

Qəşəm Nəcəfzadənin şeirləri haqqında
         
Qəşəm Nəcəfzadə ədəbi-ictimai düşüncəmizin qloballaşma dövründəki aktual istiqamətlərini düzgün müəyyənləşdirən görkəmli və azsaylı ədəbi simalardan biridir. O, bənzərsiz istedadı sayəsində çağdaş Azərbaycan poeziyasının sərhədlərini ləyaqətlə genişləndirən, milli poetik düşüncənin novator xarakterini, fəlsəfi dərinliyini dünya poeziya orbitinə çıxaran ilk Azərbaycan şairidir. Bu mənada onun poeziyası, nəinki, ədəbiyyatımızın, bütövlükdə ictimai-fikir tariximizin inkişafında unikal hadisədir. Qəşəmin orjinal şair fərdiyyətinin, şair bütövlüyünün, bənzərsizliyinin başlıca cəhətlərindən biri də, onun öz fonemenal poetik istedadını yaşam tərzinə adaptasiya edə bilməsidir. Demək olar ki, poeziya onun yaşam tərzidir. O, milli ədəbi-bədii ənənələrdən yaradıcılıqla bəhrələnərək, müasirlik poetikasının çağdaş avanqard üslubunu yaratmış novator sənətkardır. Öz duyğularının poetik mənzərəsi ilə aşılamaq istədiyi ideyaların lirik-emosional məğzini səriştəylə uzlaşdırır. Həmçinin tarixi keçmişə, milli-mənəvi dəyərlərə, qan yaddaşının oxunmamış səhifələrinə poetik ekuskursiyasında da müasirlik kontekstindən çıxış edir, təqdim etdiyi ideyanı, fikiri müasirliklə önəmsəyir. Onun poeziyasında müasirlik anlayışı ədəbi düşüncənin elitar zövqünü, psixoloji ovqatını, poetik-fəlsəvi məzmununu, mahiyyətini müəyyənləşdirən əsas faktorlardandır. Bu əsərlərdə müasirlik təkcə çağdaş problemlərin, qayğıların, müasir dövrün, zamanın bədii inkiası deyil, həm də milli ruhun tarixi məqamlarını, yaxın və uzaq keçmişin səciyyəvi cəhətlərini modern düşüncə məkanında yüksək sənətkar məharəti ilə canlandırmaqdadır.

Qəşəm Nəcəfzadənin orjinal və modern şair olmasının gerçəkliyini onun müəkəmməl poetik nümunələri bədii fakt kimi təsdiqləyir. Bu elmi-nəzəri yanaşma müstəvisində də önəmli məntiqi təsdiqini tapmışdır. Qeyd edim ki, hər məharətli söz oyununa, gözəl təsvir və ifadə vasitələrinin işlədilməsinə novator etiketi yapışdırmaq bu anlayışın məzmununu təhrif etməkdir. Şair novatorluğunu şərtləndirən başlıca amil, onun ərsəyə gətirdiyi, meydana çıxartdığı yeniliklərdir. Bu baxımdan Qəşəm Nəcəfzadənin yaradıcılığı yeni təfəkkür, bənzərsiz düşüncə modelini sərgiləyən söz-sənət emalatxanasıdır. O, Azərbaycan poeziyasının milli ornamentləri sayılan qoşma, gəraylı, bayatı kimi oturuşmuş bədii formaların bəlli normativlərini sənətkar məharəti ilə dəyişərək milli koloriti, ruhu qorumaq şərti ilə poetik düşüncənin interpoeziya orbitinə inteqrasiyasının bədii-fəlsəfi formulunu kəşf etdi. Novatorluğun parametrlərini məhz belə yeniliklər müəyyənləşdirir.

“Qoşma” şeiri fikirimin əyaniliyinə zəmanətdir. Bu şeirin hər misrası yüzlərlə müxtəlif məzmunlu qoşmanın mahiyyətindən daha artıq qoşma təmayülünü özünə ehtiva edən poetik koddur.
                                            “Zəminin başındakı arx
                                              zəmiyə başlıqdı.
                                             Çiçəklər quzuların mövsümüdür,
                                             Quzular çiçəklərin mövzusudur”.
    

                                             Yaxud:
                                          
                                           “Çölün ortasında arxac
                                             bərəkəti təsdiqləyir”.


Bu misralar milli ruhun süd qoxulu çağlarından üzü bəri yol gələn “insan və təbiət” harmoniyasının poetik baxışlarla modern ifadəsidir. Bu misraların təqdim etdiyi bədii məzmunun spektri illərlə bizə aşılanan ifadə qaydalarına tabe olmur. Həqiqi poeziyanın bir özəlliyi də, onun ənənəvi məntiq sərhədlərinə sığmamasıdır.
 
                                              “Çoban qoyunların evidir”.

 Bu misranın qeyri-adiliyinin sehrinə varaq:
“Ev” sözü mahiyyət etibarı ilə “mühafizə olunmaq”, “qorunmaq” və.s  bu kimi məzmun daşıyır. Bu misra qan yaddaşındakı ulu hissiyatın bütün komponentlərini qoruyaraq, yeni düşüncə mərtəbəsində məzmunun ifadəsinin bənzərsiz və mükəmməl təzahürüdür.

                                                    “Arxın başındakı söyüd
                                                      yerdən qalxan buluddu.
                                                      Buludun da evi arxdakı
                                                      mürgüləyən sulardı.”


Avanqard, novator üslubda ifadə olunmuş bu misraları məzmun etibarilə Füzuliyanə mahiyyət daşıyan poetik möcüzə kimi dəyərləndirmək olar. Minillik poeziyamızın ruhunu diri saxlayan məhz belə qeyri-adi bədii nümunələrdir. Təqdir olunası haldır ki, Qəşəmin yaradıcılığında belə qüdrətli, bənzərsiz sənət nümunələri kifayət qədərdir. Yuxarıda təqdim etdiyim misraların yüksək bədii-fəlsəfi mətləbinə diqqət edək:
İlk baxışda “arxın başındakı söyüdün buluda bənzədilməsi” gözəl bədii təsvir elementi kimi diqqəti cəlb edir. Lakin ikinci misranın energetikası böyük fəlsəfi mətləbin poetik əks-sədasıdır. Yəni söyüdün də, buludun da cövhəri sudur. Bu təbiət komponentlərinin mövcudluğunun əsasını təşkil edən “su” məfhumu, bilavasitə onların həyatını qoruyan, mühafizə edən vasitə kimi “ev” anlayışının daşıdığı funksiyaya malikdir. Deməli, həqiqətən də, suyu söyüdün, buludun evi adlandırmaq olar. Burada bir fikiri qeyd etmək yerinə düşər; vətənindən, dilindən, müəllifindən asılı olmayaraq, istənilən mükəmməl sənət əsərinin cövhəri elmi mahiyyətə söykənir. Bəzən təfəkkür kasadlığı belə yüksək poetik nümunələrin dəyərini anlamağa mane olur. “Enerjinin itməməsi” adlı təbiət qanunu bəsirət anlamında bu şeirdəki böyük fəlsəfi poetikanın açarıdır.

Bir zamanlar ənənəvi bədii düşüncə ortamında formanın məna, fikir tutumu üzərində hökmranlığı elə kök salmışdı ki, şerin yalnız formanın maddi inkiası olması təsəvvürü önəm daşıyırdı. Formanın mətnin çərçivəsində olmayan və onunla şərtlənməyən yenilik çalarlarına ikinci dərəcəli nəsnə kimi yanaşılırdı. Poetikanın, bədii mətləbin bu şəkildə formaya aid edilməsi uzun zamanlar poeziyamızın geniş sürətdə modern düşüncə qatlarına nüfuz etməsi prosesini kifayət qədər ləngitmişdir. Deməliyəm ki, “modern” düşüncə termini təkcə Qərb dünyagörüşünə şamil deyil. Qədim Şərq dünyagörüşünün bədii-fəlsəfi qatlarının əsl mahiyyətini qavramaq üçün də geniş və zəngin təfəkkür ən vacib şərtdir.

“Gəraylı” “Bayatı”, “ Çöl müxəmməsi” şerləri də novator düşüncənin heyranedici, özünəməxsus məqamıdır. Şeirlərdəki məzmunun dolğun ovqatı necə əlvandırsa, şairin poetik tapıntıları, obrazlı deyimləri də bir o qədər rəngarəng və səmimidir.

                                                 “Könül, bu bulağın başında əylən,
                                                  Gör sular nədən oynar.
                                                  Sular qırmızı köynəkdi,
                                                  İçində bədən oynar”.


                                                  Yaxud:

                                                  “Bulaq, içində oynayan nədi?
                                                    - Nəfəsimdi?”


                                                    Və ya:

                                                   “- Hanı el?
                                                     - Çoxdandı el gəlmir
                                                    - Danışma bulaq,
                                                      Mən Qəşəməm eeeyy ...
                                                      Başıma oba gəldi”.


burada bədii dil öz emosional çalarları, gözlənilməz fikir tutumu, yeni rəngi, milli ruhun canlılığı və obrazlılığı ilə bənzərsizdir. Şerdə dil gözəllikləri ilə yanaşı, obrazlı təfəkkürün qeyri-adi ifadəliliyi daha təravətlidir. “Sular qımızı köynəkdi, içində bədən oynar” misrasında suların “qırmızı köynəyə” bənzədilməsi çox maraqlıdır. Şair niyə suyu “bəyaz” deyil, “qırmızı rəngli” köynəyə bənzədib? Fenomenal poetik qüdrət məhz buradadır. Əminliklə qeyd edirəm ki, intuziazm bu cür bədii nümunələrlə ulu Füzuli ruhuna qovuşur. Misradakı qeyri-adiliyi incələyək:
Bir vaxtlar bulaq başına qız-gəlin yığışardı. Bulaqda güzgülənən gözəllərin al yanaqlarının əksi düşərdi sulara. Sular qırmızı rəngə boyanardı. O qırmızı köynəyə dönmüş sularda gözəllərin əksi oyanardı. Şerdə daha sonra müasirlik dalğasının “kauçuk qablar” dan başlanan fırtınasının bədii dialoqlu dekorasiyası canlanır. Müasirliklə keçmişin, daha doğrusu, qədimliyin qovuşma sərhədlərinin psixaloji tablosunu, xalq təfəkkürünün poetik incəliklərinin təravətini və xalq həyatının koloritini bir şerdə belə sənətkarlıqla ehtiva etmək böyük istedadın parlaq obrazıdır. Burada yüksək poetik ümumiləşməni, həm də öz kökünə qayıtmaq, ilkinliyinə qovuşmaq istəyi kimi də dəyərləndirmək olar. Qəşəm dünənlə bu gün arasında poetik bağlılığı təsvir edərkən, özünəməxsus poetik intonasiyanın bənzərsizliyini bir daha nümayiş etdirir.

“Bayatı” şerində də milli özünəməxsusluq elementlərinin rəngarəngliyini, lirik-psixoloji ovqatın canlılığı, poetik nəfəsin modern təqdimatı çox orijinaldır.

                                          “Əzizinəm, çiçəklərin üstündə qan –
                                           xonça kimi,
                                           Əzizinəm qan da durub
                                           yarası üçün ağlar,
                                           Əzizinəm, bu dərdi qanan yox,
                                           ay aman?


Poetik dilin və bədii formanın komponentlərində gedən yeniləşmə dilin inkişafına, yeni söz, obraz və ifadələrlə zənginləşməsinə rəvac verir.

“Çöl müxəmməsi” şeiri öz bədii keyfiyyətlərinə görə təkrarsız sənət nümunəsidir. Şerdə hər misranın özünəməxsus dinamikası, poetik cövhəri, bədii-estetik və fəlsəfi dəyəri heyrətamiz dərəcədə unikaldır.

                                         “Göy otları qoyunlar dişləriyə çağırar,
                                           Çöllər kəməd atar
                                           göy otları
                                           qoyunların dişinə.
                                           Qoyunlar da dartar çölü
                                           dişinin altına salar,
                                           Saldımı içinə bir yaşıl çölü çəkər
                                           Çöllər axşamacan qoyun oxuyar”.


Bədii təfəkkürün fonemenal özəlliyi bədii obyekti poetik vizuallıqla, sehrli ovqatla gözümüzün önündə canlandırır. Poetik məzmun yüksək ifadəliliyi ilə mövzunun bütün detallarına aydınlıq gətirir. Zəngin Şərq və Qərb düşüncə elementlərinin uğurlu sintezi şerin ən orjinal effektidir.

Qeyd etmişdim ki, Qəşəm Nəcəfzadə poetik ənənənin bir çox sterotiplərindən cəsarətlə imtina edən, bədii mətndə söz oyununa deyil, obrazlı fikrin, düşüncənin çoxqatlılığına önəm verən, öz fərdi modern yaradıcılıq yolunu təsdiq etmiş orjinal şairdir.
        Şeirlərinin bir qisminin qeyri-adi cəhətlərindən biri də odur ki, burada obrazlılıq, poetik gözəllik ayrı-ayrı misralarda deyil, mətnin məzmunundakı hadisələrin hərəkət dinamikasından doğur. Əlbətdəki burada mətndaxili psixoloji fiqurların da özünəməxsusluğu mövcuddur.
         “Məktub yazmaq” şeri sənətkar yetkinliyinin gözəl nümunələrindən biridir.

                                          “Məktub yazmaq
                                           kənddə yaşayan sonbeşik qızdı,
                                           Həm də
                                           Məktub yazmaq vaxtı tutmaqdı –
                                           Qız vaxt göndərər şəhərə -
                                           Vaxtı olmayan sevgilisinə”.


Şairin fərdi yaradıcılıq məharəti, istedadının parlaq ifadəsi misralarda poetik fikir inqilabına çevrilmişdir. Poetik fikirin ifadəsindəki qeyri-adilik bədii idrakın genişliyinin göstəricisidir.

“Müharibə, ayaqqabı, ölüm” şeri də daha bir yaradıcılıq uğuru, sənət naliyyəti kimi səciyyəvidir.

                                           “Müharibə hisslərin təzahürüdür,
                                            Güllələrin nəğməsi bədii üslubdur.


                                            Və ya:

                                           “İnsanın öldüyünü ən çox bildirən
                                             ayaqqabılardır.


                                            Yaxud:

                                            “Bəzən ayaqqabıların çirkli
                                              olması içdəki gərginliklərin
                                              cırmaq yerləridir”.
                                              Bir sözlə ayaqqabı
                                              insan yoxluğunun
                                              ən qəmli fotosudur”.


Bu şeir poetik potensialın nəhayətsizliyini, fəlsəfi-bədii təfəkkürün dərinliyini, bədii obyektə yeni düşünə aspektindən yanaşma məharətini sərgiləyir.

Qəşəm Nəcəfzadənin bəzi şerləri zamanın doğurduğu milli və sosial-ictimai ağrıların yeni düşüncəylə təsviridir. Vətəndaşlıq qayəsi başda olmaqla obrazlılığın yeni rakrusu, zamanla səsləşən ironik rəngarənglik, məzmunun ənənə sektorundan kənarlaşdırılaraq vizual görüntülərlə təqdimatı onun sənətkarlığının üslubi məziyyətlərindəndir. Qəşəmin sosial-ictimai məzmunlu şeirlərində yenilik, təkcə forma axtarışları ilə deyil, həm də aktual mövzu seçimi, mətləbin təqdimatındakı poetik səmimiyyətin təbiiliyi ilə daha çox müşayiət olunur. “Xocalı mövsümü fevral”, “8 may 1992”, “Tapşırıq”, “Vətənpərvərlik”, “8 a sinif jurnalının arxasında yazı” və.s. bu məzmunlu şerlərdə həyat həqiqətlərinin özünəməxsus ironik detallarla ehtivası maraq doğurur.

Qəşəm Nəcəfzadənin poeziyası bədii-fəlsəfi, milli-mənəvi dəyərlərin poetikası baxımından, ədəbi-ictimai fikirin sanbalı aspektindən nəhəng aysberqə bənzəyir. Bu poeziyanın görünən ucalığıyla bərabər, görünməyən dərinliyi də heyrətamizdir. Qəşəmin şeirlərində hər misra poetik gərginlik altındadır. Bu enerji qeyri-adi poetik informasiya daşıyıcısı kimi bənzərsiz yaradıcılıq xüsusiyyəti yaradır. Qəşəm yeganə Azərbaycan şairidir ki, onun şeirləri istənilən düşüncə, dil iqlimində keyfiyyət itgisinə uğraya bilməz. Çünki o, nə sözün parlaqlığı, nə də fikirin cazibədarlığı dalınca qaçmır. Böyük istedad təmkiniylə ancaq və ancaq həyat həqiqətini özünəməxsus üslubda poetik həqiqətə çevirməklə məşğuldur. Bu mükəmməl sənətkar məziyyətlərinə malik, nadir istedad sahibi olan dostumun yaradıcılığını həmişə böyük diqqət və maraqla oxuyuram.

Qeyd edim ki, Qəşəm Nəcəfzadənin ən işıqlı cəhətlərindən biri də həmişə yaradıcılığına yenilik axtarışları aparmasındadır. Apardığı gərgin sənət axtarışları böyük sənət uğurlarının təminatcısına çevrilmişdir. Görkəmli şair dostumun poeziyamızı dünya miqyasında ləyaqətlə təmsil etməsi, böyük ədəbi uğurlara imza atması, bütövlükdə ədəbiyyatımızın dəyərli naliyyətidir. Səmimi dostuma, əsl sənət fədaisinə daha möhtəşəm sənət zirvələri arzulayıram.

Artpress.az
 

Yenililklər
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.