Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Tərcümə Mərkəzində olub
01.04.15

Beynəlxalq Tərcüməçilər Federasiyasının prezidenti Henri Liu, vitse-prezidenti Reyner Hard və qurumun katibi Sabine Colombe Tərcümə Mərkəzində olublar. Görüş zamanı Mərkəzin direktoru Afaq Məsud Tərcümə Mərkəzinin fəaliyyəti barədə qonaqlara ümumi məlumat verərək qeyd edib: “Bu gün ölkəmiz bütün sahələrdə dinamik sürətlə dünyaya inteqrasiya etməkdədir. Tərcümə Mərkəzinə verilən bu yüksək status dövlət başçısı, cənab İlham Əliyevin dil və tərcümə işinə verdiyi yüksək qiymətin təzahürüdür. Mərkəz bu statusla artıq 6 aydır fəaliyyət göstərir və bu müddətdə “Tərcümə Mərkəzinin kitabları” seriyasından 9 kitab işıq üzü görüb, həftəlik “Aydın yol” qəzeti, rüblük “Xəzər” dünya ədəbiyyatı jurnalı nəşr olunub. Mərkəzin vebsaytı 8 dildə yayımlanır. Ölkə üzrə ən böyük tərcümə müsabiqəsi olan “Də(f)inə yarpağı” müsabiqəsini keçirmişik. Yaxın günlərdə açıqkitab.az adlı elektron kitabxanamız oxucuların ixtiyarına veriləcək. Mərkəzin mətbu orqanlarının saytları da fəaliyyət göstərir. Tərcümənin tədrisinə dair Gənc Tərcüməçilər Assosiasiyası ilə birgə monitorinqlər təşkil etmişik. Yaxın vaxtlarda bu sahədə aparılması vacib bilinən islahatları Elmi Şuranın müzakirəsinə çıxarmağı planlaşdırırıq. Biz həm də ölkə universitetlərində Azərbaycan dilinə tərcümə edilməsi vacib bilinən yüzlərlə dərsliyin kataloqunu tərtib etmişik. Bu siyahını TQDK ilə birgə müzakirə edib, həmin dərsliklərin tərcüməsinin həyata keçirmək niyyətindəyik. Mərkəzin nəşr etdiyi ədəbiyyatların kataloqu mütəmadi olaraq 5 dildə çap edilir. Bu altı ay ərzində Mərkəz Dünyanın ən aparıcı kitab sərgilərində iştirak edib. İstanbulda, Minskdə, Şarcada, Qahirədə, Höteborqda. Yaxın günlərdə London Beynəlxalq Kitab sərgisinə getməyə hazırlaşırıq. Görülən işlər çoxdur. Bu barədə Ətraflı məlumatı bizim vebsaytımızdan da ala bilərsiniz”.

Daha sonra doktor Henri Liu fikirlərini bölüşüb: “Mərkəzin fəaliyyəti barədə verdiyiniz məlumatlar, həqiqətən təsirlidir. Кataloqunuzdan da görünür ki, böyük və ciddi işlər görmüsünüz. İnsanı heyrətə gətirən məqam həm də odur ki, bu qədər uğura cəmi 6 ay ərzində nail olunub. Təqdirəlayiq haldır ki, siz tərcümənin tədrisi məsələsindən başlayaraq, tırcüməçiliyin peşəkarlıq problemlərini əhatə edən geniş fəaliyyətlə məşğulsunuz. Tərcüməyə baza səviyyəsindən – yəni təhsildən başlamağınız olduqca uğurlu addımdır. Gəncləri tərcümə işinə yönləndirmək, bu sahənin situmuşdırılmasında ciddi hadisədir.

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərlik etdiyiniz Mərkəzə belə bir status verməsi isə, onun, ölkənin dil və tərcümə sahəsinə olan ciddi münasibətinin göstəricisidir. Biz xalqları və ölkələri onların dili, ədəbiyyatı ilə yanıyırıq. Bu mənada tərcümənin, xalqlar və ölkələr arasında ədəbi-mədəni körpülərin, bağlantıların qurulmasında önəmli rolu var.

Çox istərdik ki, sizin Mərkəz Beynəlxalq Tərcüməçilər Federasiyasının 2017-ci ildə Avstrаliyada keçiriləcək növbəti konqresinə də qatılsın. Bir məqamı da vurğulayım ki, dünyanın bütün aparıcı ölkələrində tərcüməçilik işi xüsusi razılıq əsasında həyata keçirilir. 62 illik fəaliyyətimiz dövründə biz bu standartların reallaşmasında müəyyən işlər görmüşük və istərdik ki, qarşılıqlı əməkdaşlıq müddətində ölkənizin bu sahədə aparıcı qurumu olan Tərcümə Mərkəzi də öz töhfələrini versin”. 

Artpress.az

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.