Zakir Fəxri - Çiynimdə tabut gəzirəm

03.04.15

Bu gün tanınmış şair Zakir Fəxrinin ad günüdür. Artpress.az şairə can sağlığı arzulayaraq onun şeirlərini təqdim edir.














O ağlayan kimdi elə?
Ağlaya-ağlaya gülür...
Sinəsini qan aparır,
Yarasının düyməsini,
Bağlaya-bağlaya gülür...




ÇİYNİMDƏ TABUT GƏZİRƏM


Alışdım tək daşımağa
Çiynimdə yük daşımağa
Yer yox bir tük daşımağa
Çiynimdə tabut gəzirəm.

Dolaşıram dağı-daşı,
Nə zər, nə yaqut gəzirəm
Düyün-düyün yollarımı
Aça-aça oxuyan, bir
Kökdən düşmüş ud gəzirəm
Çiynimdə tabut gəzirəm.

Gəzirəm dörd bir tərəfi
Bilmirəm, yolum haradı?
Çəkir məni sirr tərəfi…
Ölümü gördüm deyəsən
Görəsən ölüm haradı?

Suyuna dodaq dəyməmiş
Köksünə ayaq dəyməmiş
Sinəsinə ox dəyməmiş
Gözdən uzaq yurd gəzirəm
Çiynimdə tabut gəzirəm.

Dörd yana meydan sulayan
Səsi ruhumu dalayan
Axirət deyib ulayan
Yalqız qalmış Qurd gəzirəm
Çiynimdə tabut gəzirəm.

Balalar çiçək doğulur
Gül doğulur balalar.
Balalar göyçək doğulur.
… qul doğulur balalar.
Torpaqdan altun doğulur
Daşlardan yaqut doğulur
Nədənsə, şair doğulan
Çiynimdə tabut doğulur.

Çox göynətdi ürək məni,
Dərdsiz ürəyə qurd düşər…
Silkələmə fələk məni
Çiynimdəki tabut düşər..!


***
Payız gəlir, əzizim,
əsil payız.
Bir azdan
   saralmış yarpaqlar
       töküləcək torpağa -
bir-bir qopub payızdan.

Üşüyəcək barmaqlarımız
soyuqdan, ayazdan.
Küləklərin
havada uçurtduğu
   qızılı yarpaqlara
       bürünəcək payız.

Bir qızıl ilan kimi
tindən-tinə burulub,
     döngədən-döngəyə
             sürünəcək payız.

Öz qızılı rəngiylə
hardan baxsan
görünəcək payız.
Və yavaş-yavaş
yarpaq-yarpaq
    qışın dümağ divarına
        hörüləcək payız…


***
Dostum!
Sevgisiz günlərdə
düz yol da adama yoxuş gəlir,
Giley-güzardan, qeybətdən
Tanış üzdən, tanış səsdən
yorulur adam söz-söhbətdən…
Üzündəki kədər
mənə tanış gəlir!
Gözlərindən daman qəm
çəkdiyim qəmlər sayaq!
Hər çəkilən isti qəmin
arxasında yağış gəlir…
Yağış gəlir,
yığış gedək,
qayıdaq ötən günün altına!..



BİR AZ DA GƏLDİM YAXINA…

Qopdum odumdan, közümdən,
Əllərim qopdu dizimdən
Bir az da qopdum özümdən
Bir az da gəldim yaxına…

Keçdim ilanlı yolları
Daşlı, tikanlı yolları
Bazar-dükanlı yolları…
Bir az da gəldim yaxına…

Bir az da qaçdım tamahdan
Nəfslə çəkdiyim ahdan…
Qurtuldum bir az günahdan
Bir az da gəldim yaxına…

Aldandım dilə, dilçəyə
Qoca nəfsə – ağ birçəyə!
Üz çevirdim gül-çiçəyə
Bir az da gəldim yaxına…

Dünya şirə, şirələndim,
Hər pətəkdən girələndim
Qəm xəlbirində ələndim
Bir az da gəldim yaxına…

Çiynimdən yükləri atdım
Hey üzdüm üzü axına…
Addım-addım gəlib çatdım
Bir az da gəldim yaxına…

Doğmalarım döndü yada,
Evim oldu qərib ada…
Dolaşıb payi-piyada
Bir az da gəldim yaxına…

İçim yalan, çölüm yalan,
Bu daş dərddən ölüm yalan.
Çat verdi tikdiyin qalan,
Bir az da gəldim yaxına…

Gözlərimi bağla, Tanrım
Adəm olan bağlamasın…
Ağla məni, ağla, Tanrım
Məni bəndə ağlamasın…



AXİRƏT

Bir səhər yuxudan durarsan, qardaş
Bilməzsən səhərdi,
ya axşam çağı…
Axar suların da
yolu dəyişib,
Görərsən əriyib Himalay dağı…
Yolların da sağı,
solu dəyişib,
Suların altında qalıb qəbirlər,
Sular da qəbrinin üstündən axır…
Ruhun də göylərdən
qəbrinə baxır…
Baxarsan, elə hey
gözün axtarar…
Amma görərsən ki,
Nə bir inni-cinni,
nə bir can qalıb.
Nə bəla, nə xəta,
nə də qan… qalıb
Sularda ovulub,
əriyib hər şey
Nə səs, nə bir səda,
… kiriyib hər şey
Daşlar ağac olub,
ağaclar da daş…
Sən özün-özündə
batmısan, qardaş!
Nə nar ağacları,
nə əncir, üzüm…
Nə alma, nə püstə,
nə badam qalıb.
Dünyanı su basıb,
dünya bir ada…
Bu kiçik adada
tək Adəm qalıb…
Adanın köksündə sevgi çatları…
Nə Həvva görünür, nə övladları…



BİR AZ DA SEVDİM SƏNİ...

Dağ çayının önündə
Axar sulara baxdım.
Qoşulub göy sulara
Sular axdıqca, axdım…
Yenə yadıma düşdün.
Xatirə-xatirə sən
Gözlərimdən ötüşdün
Pıçıldayıb adını
Axar sulara tutdum.
Bir az da sevdim səni
Amma bir az unutdum…

Kirələrdə dolaşdım
Küçə-küçə… səhəri.
Yuxusuz gözlə açdım
Neçə-neçə səhəri…
Kimsəm, arxam olmadı,
Başım üstə bir sınıq,
Bir uçuq dam olmadı…
Tək pencəkdə keçirtdim
Qarlı, şaxtalı qışı.
Sərt şaxtada, soyuqda,
Ayazda sevdim səni
Bir az da sevdim səni…
Tanıtdım mən sevgimi.
Yola-rizə tanıtdım
Qısıldım tək sevgimə
Çölə, düzə tanıtdım
Bir az da sevdim səni
Amma, bir az unutdum…

Egey sahillərində,
Tənha ruhun dolaşır
Bir-birinə qaynaşır.
Göm-göy ləpələr coşur
Bir vaxtsız ayrılığa
Qərib türkülər qoşur.
Göynər ruhuna hopur
… xatırlaya, xatırlaya
Sahildə dolaşıram…
İçimdən bir ah qopur.
Dərindən nəfəs alıb
Bir udum hava uddum
Bir az da sevdim səni
Amma, bir az unutdum…

Aramla yağış yağır
Üstüm, başım islanıb
Sinə daşın islanıb
Daş heykəldən boylanıb
Baxırsan fağır-fağır…
Arxamca su atardın
Kövrək gözlərin o an
Doluxsunub dolardı
Bəlkə də yağış deyil
Yağan həmən sulardı…
Başım üştə dolaşan
Kövrək, qərib buluddun…
Bir az da sevdim səni
Amma bir az unutdum…

Köçəri quşlar da yox,
Göy üzü bomboş qalıb
Payız, bahar, yay köçüb
Yuvamda tək qış qalıb
Dərdimi boşaltdım
Ayrılıq quyusuna
Xatirə bir daş atdım…
Aylar, illər ötsə də,
Hər an səni gözlədim.

Dönmədin… nə gizlədim
Sevginə çox umuddum
Bir az da sevdim səni
Amma, bir az unutdum…

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.