Taleh Furqaninin “Mən şeir yazmıram" adlı kitab çap olunub
03.04.15

Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsi daha bir uğurunu qeyd etdi. Kitab Evim Az-da Yaradıcılıq fakültəsinin dinləyicilərindən olan Taleh Furqani “Mən şeir yazmıram" adlı kitab ilə oxucularının görüşünə gəldi. Kitabında toplanmış şeirlər, əsasən, aşıq şeirindən qaynaqlanan, el ruhundan qopub gələn poetik nümunələrdir.

Təqdimat və imza günü olduqca maraqlı simaların iştirakı və onların çıxışı ilə daha da rəngarəng abu-havaya büründü. Tədbirin açılışını tanınmış sima, yazıçılar birliyinin üzvü Maarif Soltan öz çıxışıyla başladı. Növbəti çıxış üçün söz kİtabın redaktoru Ağasıyeva Taviyə xanıma verildi, o,  Talehin ümumilikdə şeirə olan ümumi fikirlərindən, kitab barədə təssüratlarından oxucularla bölüşdü. Tədbirdə, tanınmış müğənnimiz Zöhrə xanım Abdullayeva da iştirak edirdi. O Taleh Furqanini bu uğuru münasibətilə təbrik etdi və onun kitabındakı şeirlərindən muğam şəklində səsləndirəcəyini deyərək tədbirə yeni rəng qatdı. Taleh Furqani eyni zamanda keçmiş polis nəfəridir, onun kolleqası və yaxın dostuda onun haqqında olan gözəl fikirlərini, səmimi hisslərini bizlərlə bölüşdü. Eyni zamanda tədbirdə Qəmər ana, İradə Əlili, BSU-nun müəllimlərindən olan Cavanşir müəllim, Yaradıcılıq fakültəsinin dekan müavini Manaf bəy  və digər müəllimlər, həmçinin fakültəmizin tələbələri, bununla yanaşı dostumuz və yazar Emil Rasimoğlu iştirak edirdi.

Tədbir həmişəki kimi qrup yoldaşımız və yazar Nofəl Ümidin foto çəkilişi ilə də, daha gözəl xatirələrlə şəkillərdə həkk olunurdu. Çıxış üçün söz Seyran İsmayılova, Ülkər Piriyevaya, Şəhla Aslana, Hədiyyə xanım Şəfaqətə, Günay Həsənliyə, Xanım Aydına, Seymur Əhmədzadəyə verildi, onlarda qrup yoldaşlarını ürəkdən təbrik edib xoş arzularını çatdırdılar hörmətli Taleh Furqaniyə.  Digər qrup yoldaşları ilə yanaşı Ülkər Piriyeva da Taleh Furqaninin Mən şeir yazmıram adlı kitabında anasına həsr etdiyi “Qocaldı Anam” adlı şeirini qiraət etdi.

Beləliklə, tədbir Taleh Furqaninin “Mən şeir yazmıram” adlı kitabını oxucularına imzalaması və gözəl şəkillərin çəkilişi ilə sona yetdi. Qrup yoldaşımız Taleh bəyə yaradıcılıq yolunda tükənməz uğurlar diləyirəm.

Ülkər Piriyeva
    
 

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.