BSU-nun Yaradıcılıq fakültəsinin dekanı Salam Sarvanın Fakültəyə “Sürprizi”..
06.04.15

Bu gün də Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin ən fərqli və sürprizlərlə dolu yaşadığı günlərdən biri idi. Ənənəmizə sadiq qalaraq, qrup yoldaşımız Azər Xanlarovun doğum gününü müəllimlərimiz və tələbə yoldaşlarımızla şirniyyat masası arxasında qeyd etdikdən sonra birbaşa yollandıq konfrans zalına, ilk öncə, düşündük ki, dekanımız Salam Sarvanın fəlsəfə tarixi dərsi - Master klassdır. Sonra zala 4 qonaq daxil oldu onunla birgə, bu simaların facebook və digər sosial şəbəkələrdən müasir yazar, şair və kifayət qədər tanınmış imzalar olduğunu gördük

Dekanımız və müəllimiz Salam Sarvan ilk öncə bugünki görüş barədə nələr bildiyimizi soruşdu və məlum oldu ki, doğrudan da, onun bizə olan bugunki sürprizi haqda heçnə bilmirik. Əslində, bugünki günün digər günlərdən daha fərqli olduğunu nəzərimizə çatdıraraq, Yaradıcılıq fakültəsinin məzunlarının hal-hazırki tələbə dinləyicilərlə görüşə gəldiklərini yüksək fəxarət hissi ilə qeyd etdi. Görüşümüzə sevə-sevə gələnlər  Yaradıcılıq fakültəsinin ilk məzunlarından olan Feyziyyə xanım, Günel xanım, Əsəd Qaraqaplan və Şəhriyar del Gerani idi.

Görüşümüzün gedişatının hansı istiqamətdə olacağına qərara gəldikdən sonra, belə məlum olduki; məzunlarımız Yaradıcılıq fakültəsinə ilk gəlişləri barədə, xatirələri ilə başlasınlar. Beləcə, Əsəd Qaraqaplan ilk öncə, sözə başladı, qolunun zədə almasına baxmayaraq, sevərəkdən Yaradıcılıq fakültəsinə ilk gəlişini xoş xatirələrlə nəql etdi və burada ilk olaraq, yaradıcılığa Salam Sarvanın yazdıqlarınızı və öz adınıza çıxardığınız kitabları yandırın cümləsiylə başladığını bildirdi və bu fakültənin onun həyatında yeni bir dönüş olduğunu ifadə edərək bizə olan tövsüyyələrini  verdi.

Feyziyyə Xanım Sumqayıt şəhərindən gəlişlərini, hətda Rüstəm Kamalın Sumqayıtdan Yaradıcılıq fakültəsinə sevə-sevə gələn dinləyicilərin vaxtilə qəlblərini necə qırdığını, sonrada Salam Sarvanın bizim fakültənin ilk dəfə yaradıcılıq nümunələrini məhz, Sumqayıtdan gələn dinləyicilər arasından təqdim etdiyini bildikdən sonra, Rüstəm Kamalın Sumqayıtdan olan dinləyicilərə qarşı sözün əsl mənasında, bir ustad kimi qoyduğu hörmətdən sevə-sevə danışdı. Feyza xanımda yaradıcılığa əslində, yazmaqla yox, Salam Sarvanın sözü ilə “pozmaqla” başladığını qeyd etdi və Yaradıcılıq fakültəsinin onun həyatında önəmli dönüş nöqtəsi olduğunu qeyd etdi.

Günel xanım xoş xatirələrindən və  onun bütün həyatında bir növ yaxşı mənada çevriliş edən Yaradıcılıq fakültəsindən bəhs etdi. Eyni zamanda, esse və hekayələr yazdığını qeyd etdi. Lakin, Yaradıcılıq fakültəsinin əsasını qoyan ustadımız  Kamal Abdullanın yaradıcılığından bəhrələnərək artıq şeirlər yazdığını da, qeyd etdi.

Şəhriyar del Gerani də, həmçinin xatirələri və müəllimlərinin onun barədə olan mənfi və müsbət qeydlərindən danışdı. O eyni zamanda, Yaradıcılıq fakültəsinə gəldikdən sonra Günel xanımı və bir neçə dinləyiciləri  fakültədə təhsil almağa dəvətindən və bu zaman qarşılaşdığı maraqlı hadisələri bizimlə bölüşdü.

Ümumi, səmimi, xoş və maraqlı söhbətdən sonra onlar öz şeirlərini səsləndirdilər, bu əsnada, hal-hazırki, dinləyicilərlə onlar arasında səsləndirdikləri şeirlərə olan münasibətlər dinlənildi və bəzi məqamlar müzakirə edildi. Görüşümüz gənc yazar və qrup yoldaşımız Nofəl Ümidin xoş anları şəkillərlə tarixə çevirməsi ilə davam edirdi. Tədbir gedişatında,  məzunlarımızdan olan, hal-hazırda və həmişə Yaradıcılıq fakültəsinin dinləyicilərinin yanında olan Seyran İsmayılov öz yaradıcılıq nümunəsini səsləndirdi. Həmçinin, məzunumuz Yusif Nazim öz şeirini səsləndirdi. Tədbirdə həmçinin qələm yoldaşımız, gənc şair və yazar Emil Rasimoğlu da iştirak edirdi. Bunlarla yanaşı, fakültədə təhsil almaqda olan tələbələrimiz bir neçə şeir səsləndirdikdən sonra, Salam Sarvan yekun sözünü dedi və təəssütratlarını bizimlə bölüşərək tədbiri sona yetirdi.

Əslində, nə sözə, nə də ki, məzunlarımızın uğurlarını dinləməyimizə doyum yox idi. Amma nə yazıq ki, vaxt məhdudiyyəti imkan vermədən, zamanı özünə çəkən gecə irəliləyirdi…

BSU-nun Yaradıcılıq fakültəsinin dinləyicisi,
Gənc Türk Yazarlar birliyinin üzvü – Ülkər  Dəniz (Piriyeva)

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.