Aydın Dadaşov - Ekranda itirilən ədəbiyyat
07.04.15

Yazıçı Vidadi Babanlının  Sumqayıtdakı boru-prokat zavodunun fəhlə yataqxanasında il yarım tərbiyəçi müəllim kimi çalışmaqla ərsəyə gətirdiyi, 1959-65-ci illərin yeddi illik planına, XXl qurultayın qərarına əsasən inkişaf etdirilməli olan ağır sənaye sahələrində kənd cavanlarının işə cəlb edilməsinin təbliğinə cavab verdiyindən “Azərbaycan” jurnalında (1962) kitab kimi (1964) nəşr olunan “Həyat bizi sınayır” povesti normativ ədəbiyyatda istehsalat mövzusuna yeni baxışı üzə çıxara bildi. Bu povestdə Sumqayıt şəhərinin girəcəyində rast gəlinən, “zavodda iş vaxtı başına qızğın boru düşən” cavan fəhlənin yanıqlı matəm marşının sədaları altındakı cənazə mərasimindən uzun müddət özünə gələ bilməyən Həsrətin: “İzdihamın qabağınca qara lentli iri gül dəstələri aparan qızların ilk cərgəsi gəlib yanımızdan ötdü...” xatirəsi sosializmdə insan faktorunun kölgədə qalmasını təsdiqləyir. Zahiri təntənəyə uyaraq bu mərasimə heyranlığını gizlətməyib: “Görürsən, necə hörmətlə dəfn eləyirlər? Bax, nə demişəm belə ölümə! Əvvala budur, səy elə heç ölmə. İndi ki, ölürsən, çalış elə öl ki, cənazəni yerdən bu cür götürsünlər. Daha başına beş – on adam yığılıb meyidini it ölüsü kimi aparıb, bir xəndəyə atıb qayıtmasınlar. Şəxsən mən belə cah-cəlallı ölümü arzulayıram”  deyən Fərəcə kinayəli münasibət ilıqlaşma dövrünün imtiyazlarından bəhrələnməyi bacaran müəllifin daxilində gedən təbəddülatlardan da xəbər verir. Povestin paytaxtda rusca nəşrindən (1964) sonra Vidadi Babanlının Moskva-Bakı qatarında təsadüfən yol gəldiyi respublika kinematoqrafiya komitəsinin sədri Məmməd Qurbanova təqdim etməklə əsər ekran taleyinin həlli üçün beş illik növbəsini gözləyir.20 yanvar 1969 – cu ildə SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin redaktoru Mixail Papavanın “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Yusif Səmədoğluna ünvanladığı məktubda Vidadi Babanlının povestinin mövzusunun fəhlə həyatına aidiyyatını, meşanlığa qarşı çıxdığını təqdir etsə də, epizodların dramaturji baxımdan zəifliyini vurğulayan bu vəzifəli məmurun: “Düşünürəm ki, bu povest üzərində işləməklə sizin üçün çox vacib bir film etmək olar. Ola bilsin ki, kinematoqrafik dramaturgiyanın sanki əksinə gedən təhkiyəni qüsurdan iş prinsipinə çevirmək olar” cümlələri artıq özünü müəllif kimi göstərmək istəyən məmurun iddiasına çevrilir. Məktubun sonunda özbaşınalıq həddini aşan Mixail Papavanın: “Özünüz anlayırsınız ki, istənilən mərkəzi studiya ilə müqavilə bağlamaq imkanım həmişə vardır və orada məbləğ altı –yeddi min arasında olur. Mənim “Mosfilm”lə sonuncu müqaviləm ən yüksək məbləğlə bağlanmışdı. Ümidvaram ki, maliyyə düşüncələrimin səslənməsi sizi heyrətləndirməyəcəkdir”  sətirləri isə yaradıcılıq sahəsinə dırnaqarası qəyyumluq edən imperiya məmuru, özünün alverçi təfəkkürünü utanmadan ortaya qoyur.20 oktyabr 1970-ci ildə “Azərbaycanfilm” kinostudiyasının Bədii Şurasının iclasında artıq Mixail Papavanın həmmüəllif olduğu “Həsrətin sevinci və qəmi” filminin ədəbi ssenarisinin müzakirəsində: “İtirdiyi anasının arzusunu həyata keçirtmək üçün Bakıya oxumağa gedən Həsrətin tənhalığı onun əhatə edən yad adamların qayğısı nəzərə çarpır” deyən Leyla Bədirbəylinin: “Həsrətin “Möhtəşəm yeddilik” Amerika filmi ilə əlaqələndirməsi artıq göründü. Aydındır ki, bu filmin personajları onun idealı ola bilməz. Bəlkə də bu filmin əvəzinə başqa bir məhşur tarixi filmdən istifadə etmək yerinə düşər. Məncə film Sumqayıtın keçmişini yox, gələcəyini göstərməlidir” fikirləri mücərrəd səslənir. Sov. KP MK–nın qərarları ilə səsləşən filmə quruluş verəcəyindən məmnunluğunu: “Film ancaq Həsrətin sevincindən ibarət olsaydı onda bu ütülü-sığallı ssenarini oxumağa dəyməzdi. Bu ssenaridə isə həyatın sevincdən və qəmdən ibarət bir parçası vardır. Müəlliflər kənddən gəlib metallurqa çevrilən oğlanın gerçək, inandırıcı tarixçəsini verə bilən” cümlələri ilə bildirən rejissor Şamil Mahmudbəyovun “Sumqayıt barədə söhbət gedəndə istehsal əyintilərindən ehtiyatlanmalı olursan. Bu güclü sənaye mərkəzində bədii formada söz açmaq asan məsələ deyildir” kəlmələri sənətkarın əsas təhlükəni öncədən sezdiyini səciyyələndirir. Müzakirədə filmin gələcək quruluşçu operatoru Arif Nərimanbəyovun: “Düşünürəm ki, fəhlə sinfi barədə gənc sosialist şəhəri Sumqayıt barədə arzuladığımız layiqli film ərsəyə gəlmək üzrədir. O, öz əksini bu ssenaridə tapmışdır”  cümlələri isə yalançı heyranlığı təcəssüm etdirir.

Həmin müzakirədə: “Vaxtilə,  gənc yazıçımız Vidadi Babanlının  "Həyat  bizi sınayır"  povesti diqqətimi cəlb etmişdi deyə müəlliflə görüşdüm və əsərin ekranlaşdırılmasına ciddi diqqət yetirilməsini  studiyadan xahiş etdim” deyən Azərbaycan kinematoqrafiya komitəsinin sədri Məmməd Qurbanov: “Partiyamızın və kinematoqrafının rəhbərliyi məhz belə filmlər tələb edir deyirlər. Biz gəncləri əmək  nümunələrinin üzərində tərbiyə etməliyik, əməyi təbliğ etməliyik. Bu mövzu çox mühümdür deyə yüksək təqdirə layiqdir” dəyərləndirməsindən sonra: “Vidadi Babanlıya ssenari meydanında öz mövqeyini möhkəmləndirməyi arzulayıram. Ona ustalıqla öz təcrübəsi ilə  çox köməklik göstərən  Mixail Papavaya da  minnətdarlığımı bildirmək istəyirəm” cümlələrindən sonra söz alaraq: “Mən əvvəl studiyanızda işi öz üzərimə götürməyə cəsarət etmirdim. Tamamilə nabələd olduğum milli xüsusiyyətlərlə bilavasitə əlaqələriminn olmamasından utanırdım. Və əminliklə  deyə bilərəm ki, narahatçılığım əbəs imiş. Studiyadakı abu-havaya sevindim, xoşbəxt, işgüzar, yoldaşlıq münasibətlərinin hökm sürdüyünü gördüm. Sayələrində özümü  xeyirxah yoldaş  hiss etdiyim studiyanın rəhbərliyinə, ssenari redaksiya heyətinə minnətdaram” kimi qeyri səmimi cümlələr səsləndirən Mixail  Papavanın cavab nitqindəki: ““Həyat bizi sınayır" povesti  milli xüsusiyyətlərinə baxmayaraq  bütün ölkə üçün mühüm məsələni qaldırır. Sov. İKP-nın və kinematoqrafiya rəhbərliyinin əsas səy və diqqəti məhz bu mövzunun işlənməsinə, mühüm qərarların yerinə yetirilməsinə yönlənib” fikirləri də köhnəlmiş görünür. Çünki artıq XXll qurultayda SSRİ-də kommunizmin 1980-ci ildə qurulacağını bəyan edən Nikita Xruşşov filmdə ötəri toxunulan fəhlələrin təhsili məsələsini əsas sayırdı. Povestdə də, Həsrət kimi atasını cəbhədə itirən, anasının başqa birisilə ailə qurmasına dözməyib 14 yaşından zavoda gələn (?), briqadası işdə, intizamda, dostluq – yoldaşlıq münasibətlərində hamıya nümunə olan, ixtisası üzrə Moskvada qiyabi təhsil alan digər fəhlə Arif Quluzadə haqqında: “Bir axşam yenə mütaliə saatımız idi. Arif bizə müasir texnikanın heyrətli bir möcüzəsindən söhbət açmışdı. Zehni işlərdə də insanı bacarıqla əvəz edən elektron maşınlardan, avtomatlardan danışır; təzəcə oxuyub qurtardığı kitabdan maraqlı misallar söyləyirdi. Bu ağıllı maşınlar ən çətin, ən mürəkkəb riyazi hesablamaları çox asanlıqla düşünüb həll edir, şahmat oynayır, öz – özünə şeir qoşur, musiqi yazır, hələ bir dildən də tərcümələr də eləməyi bacarırdı...”  cümlələri XX əsrin nailiyyətlərinin sosializmin adına çıxarıldığı dövrü səciyyələndirir.  

25 yanvar 1971 – ci ildə “Azərbaycanfilm” kinostudiyasının Bədii şurasında “Həyat bizi sınayır” filminin rejissor ssenarisinin müzakirəsində Rəşidin kənddən gətirdiyi çemodanının iç üzünə fotoşəklini vurduğu Hicranıla zavodun yataqxanasında rastlaşması ilə bağlı epizoda diqqət yetirən Rasim Ocaqovun: “Qızın fotoşəkili barədə demək olar ki, həyatda əlbəttə ki, müxtəlif təsadüflər olsa da, bu cür üst-üstə düşməni mən filmdən götürərdim” qeydi haqlı səslənir. Eldar Quliyevin: “Qızın fotoşəkili barədə demək istəyirəm ki, bu artıq “Dima Qorinin karyerası” filmində olmuşdur. Bu məqamı təkrarlamağa dəyməz; kinonu bilən adamlarda bu lazımsız təəssürat yaradar”   fikirləri iştirakçıların nəzər yetirdiyi yeganə məqama çevrilir.
Rejissor Şamil Mahmudbəyovun quruluş verdiyi “Həyat bizi sınayır” filmində (ssenari müəllifləri Vidadi Babanlı, Mixail Papava. 1972) anasının ölümündən sonra ali məktəbə qəbul olmaq üçün doğma kəndi tərk edib şəhərə üz tutan Rəşidin (Fikrət Quliyev) dostu Fərəclə (Ömür Nağıyev) birlikdə simfonik musiqi sədaları altında Bakı şəhərinin təsviri ilə  yol hərəkəti qaydalarını pozması, yol polisi tərəfindən rayondan gəldiyi üçün cərimə edilməməsi,  qaradərili turistlərə acgözlüklə baxması, liftdə qalması kənd və şəhər mühiti arasındakı fərqliliyi göstərir.  Evinə gələn qardaşı Rəşidilə, onun dostunun arvadı Münəvvərlə (Amaliya Pənahova) soyuqqanlı şəkildə qarşılayan Məsinin (Eldəniz Zeynalov)  tez gəlməklərinin səbəbini öyrəndikdən sonra hansı ali məktəbə sənəd verəcəklərini soruşaraq əvvəl qardaşının attestatına baxaraq qiymətlərinin çox aşağı olduğunu bildirməsi, povestdən fərqli olaraq qiymətlərinin yüksək olması kadr arxasında qalan Fərəcin  “bura imtahan komissiyası deyil ki” deyərək attestatını ona göstərməkdən boyun  qaçırması ilkin ədəbi mənbənin süjetini qismən də olsa təkrarlayır. Kimə güvənib gəldiklərini soruşan Məsiyə arvadının istehza ilə: “Əlbəttə ki sənə sənin vəzifənə, day demirlər ki, Məsinin ürəyi xəstədir, ailədə problemləri çoxdur. Təkcə qohum əqraba olsa dərd yarıdır” deyərək sosial motivi dilə gətirməsi, Fərəcin  onları tərk etməsinə səbəb olur. 

Əvvəlcə Rəşidin yatağını mətbəxtdə salmaq istəyən Münəvvərin ərinin iradından sonra balaca qızları Lalənin (Arzu Səfərova) otağında yer salmasına razılaşması, amma əvvəlcə kir- pasını tökməyini tələb etməsi şəhər mühiti üçün yad ünsürə çevrilir.  Axşam onun otağında yatan Rəşidin qulluqçunu çox yediyinə və onu gəzdirmədiyinə görə anasının qovduğunu dilə gətirən Laləni  gəzməyə və kinoya aparacağına söz verməsi, əmi ilə balaca qızcığazın şirin söhbət etməsi Münəvvərin qəzəbinə səbəb olur.  Ertəsi gün vədinə əməl edən Rəşidin  Lalə ilə birlikdə Şirvanşahlar sarayını, Qız qalasının ətrafını, 26-lar bağını gəzməsi, kinoteatrda “Nu poqadi” cizgi filmini izləməsi, dondurma yeməsi rejissorun uşaq filmlərinə bağlılığının göstəricisinə çevrilir.  Evə gəldikdə qızdırması qalxan qızcığazın  Rəşidin ona dondurma yedirtdiyini soruşan anasına əvvəl qaçdığını, sonra da soyuducudan soyuq su içdiyini söyləməsi ədalətsiz mühitdə böyüyən uşağın təmizliyini üzə çıxarır.  Yığışıb Kislovodska istirahətə gedən ailənin soyuducunu belə elektrikdən çıxarması, evi Rəşidə tapşırması xəsisliyin təcəssümünə çevrilir.  Ev dustağına çevrilməklə imtahana gedə bilməyən Rəşidin şəhərdə təsadüfən dostu Fərəc və sevdiyi Valya ilə qarşılaşması təklif olunan vəziyyəti dəyişir Sumqayıtda işlədiyini, özünün metallur, gənc kadr zavodunun ümidi olduğunu söyləyərək instituta qiyabi qəbul olmaq istədiyini deyən Fərəcin Rəşidin qardaşının evini qoruduğuna bilərək onu maymaq adlandıraraq ələ salıb gülməsi mühitin mənzərəsini yaradır... Ailəsi ilə istirahətdən qayıdan Məsinin Rəşidi evdə tapmamamsı, evə gəldikdən sonra Sumqayıtda zavodda işə düzəldiyini deməsi  məişət mövzusunu qapayır.  Sumqayıt mənzərələrinin uzun uzadı göstərilməsi fonunda Rəşidin parkda istirahət edən qocanın kepkasına pul atması  yeganə hadisəyə çevrilir.

Boru prokat zavodunun yataqxanasında əmək qabaqcıllarının yaşadığı bir otaqda komendantın köməkliyi ilə  Rəşidin yerləşməsi, burada müqavimətlə rastlaşması  vəziyyətin çıxılmazlığını göstərir.  Arifin onu otaq yoldaşları Murad və Şumalla tanış etməsi, dilənçi bilib sədəqə verdiyi Vətən müharibəsi qəhrəmanı Sadıq dayının gəlməsi vəziyyəti müsbət istiqamətə dəyişir. Qaynar emal sexində Rəşidin ağır texnika ilə az qala alovlanan maye poladın çənlərə töküldüyünə tamaşa etməsi, qardaşları haqda söhbəti iş başında olan Valya ilə salamlaşması ailəsində ilk fəhlə olacağının bəlli olması sənaye mühitinin mənzərəsini təsvirdə yaratsa da, istehsalat prosesinin musiqi sədaları altında təfsilatlı təqdimatı insan talelərini, münasibətlərini arxa plana atır.

İdmançı Həmidin təklifi ilə boks dərnəyinə yazılan Rəşidin təriflənməsi fonunda Arifin işdən yayınan Şumalı danlaması, onun axtardığı fizika kitabını götürmək üçün qızların yataqxanasına gələn Rəşidin burada Valyanın otaq yoldaşı Hicranı (Xuraman Qasımova) görərək özünü itirib qaçması sevgi motivini məntiqsiz şəkildə qabardır.  Evə girən kimi çamadanının iç üzünə vurduğu qızın-Hicranın fotoşəklinə baxaraq onu hər gecə yuxuda gördüyünün teatral monoloqunda səslənməsi, sevgi şerləri oxuması sentimental görünür. Muradın hava almaq adı ilə gəncləri gətirdiyi rəqs meydançasında Rəşidin Hicranın jurnaldakı fotoşəklini kəsib saxlamasının, “məhəbbət adamı istehsalat qabaqcılı edə bilərmi, mən özümü o qızın eşqinə oda közə vuraram” kəlmələrinin Fərəcin dilindən səslənməsi, bu şənlik mərasiminə mane olmaq istəyən dələduzların cəzalandırılması lüzumsuz görünür.

Zavoddakı peşəsindən xüsusi komissiyaya imtahanını uğurla verən Rəşidin poeziyaya marağını Füzulinin qəzəlini söyləməklə üzə çıxarması klassik ədəbi nümunəni lüzumsuz halda ekrana gətirir.  Öz əmək haqqısı ilə qardaşı qızı Laləyə gəlincik alaraq onu görməyə gedən Rəşidin qızcığazla ünsiyyətinə valideynlərinin mane olması sosial qarşıdurmanı səciyyələndirir. Arifin 60 illik yubileyi keçirilən Sadıq dayının öz oğullarını müharibədə itirdiyini, ancaq onlara həmişə ata olduğunu söyləməsi lüzumsuz halda müharibə mövzusunu gündəmə gətirir. Ona radioqəbuledici hədiyyə edən əməkdaşların  musiqi səsləndirib rəqs edib şadlanmaları konsert estetikasını yaradır. Rəşidin anasının atası üçün toxuduğu corabları Sadıq dayıya bağışlaması,  Sadıq kişinin abbasını ona işində uğurlar diləyərək  geri qaytarması ekran həllini tapa bilmir. Povestdə isə iki ayağını boru prokat zavoddakı qəzada itirdiyindən qoltuq ağacları ilə gəzsə də zavodda Sosialist Əməyi Qəhrəmanı dərəcəsinə yüksələn, şəhərin ən yaxşı yerindəki geniş mənzilin ailəli fəhlələrdən birinə bağışlayıb yataqxanada yaşamaqla təlim-tərbiyə işləri aparan usta Sadıq Salahovun Həsrətin işə başlaması münasibəti ilə qurulan məclisdəki: “İçək onun, siz deyən kimi ilk addımlarının şərəfinə. Mən yeniyetmələrimizin kəndlərdən, məktəblərdən zavodlara işə gəlmək həvəsini alqışlayıram. Onların təzə - təzə dəstələrini sexlərdə, dəzgahlar arxasında gördükcə çox şad oluram“   cümlələri  içki məclislərində belə sovet təbliğatının səngimədiyinin göstəricisidir.
İçkiyə qurşanan Şumalın müzakirəsi, onlara cavab qaytararq zavoddan çıxaraq  ticarətlə məşğul olması, müştərilərə kələk gəlməsi, Rəşidlə mübahisə etməsi  sosializmə yad ünsür olan ticarətçiliyi qabardır. Sumqayıtda sahil bağındakı konsertdə Rəşidlə Hicranın  Flora Kərimovanın ifa etdiyi “Gözləməsin neyləsin” mahnısını dinləməsi klip janrını ekrana gətirir. Povestdə olmayıb ssenaridə təzahürünü tapan epizodda Rəşidlə Hicran tüstülü zavod fonundakı sahildə gəzərkən oğlanın qızın soyunub suya girməsinə baxa bilməməsi sevgi motivini kənd uşağının utancaqlığı fonunda davam etdirir. Arifin onu prokat sexinə keçirildiyini söyləməsi istehsalat mövzusunun qələbəsi kimi səslənir.  Yeni briqadada Rəşidin səhvi ucbatından Muradın yaralanması təcili yardımla xəstəxanaya çatdırılması, qaçıb gizlənən Rəşidin Fərəci tapması Sadıq dayının onu danlaması tənbeh etməsi, qardaşı Ömərin gəlişi, Rəşidin otağa gəlib dostları və qardaşı ilə salamlaşması, Hicranın sağlığına badə qaldırıb şərab içmələri, dəniz kənarında Rəşidin öz sevgisini Hicrana etiraf etməsi, filmi sevgi motivi ilə tamamlayır.

 21 oktyabr 2004-cü ilin “Ekspres” qəzetində Ulduzə Qaraqızının: “Həyat bizi sınayır: Moskva fimi "qayçılayıb" "öldürdü"” məqaləsində: “İstər burada, istərsə də Moskvada belə tələb qoymuşdular ki, sənayeyə, fəhlə əməyinə geniş yer verilsin. İnsan taleyi qalırdı bir tərəfdə, texniki cəhətlər isə geniş şəkildə qabardılırdı. Bu, ədəbiyyatda da özünü büruzə verirdi. Bu tələblər sovet dövrünün mövcud olan qayda-qanunundan irəli gəlirdi. Bütün bunlar guya ki, sovet sisteminin yaxşı tərəfləri idi ki, kinoda da, ədəbiyyatda da qabardılmalı idi. Yəqin elə buna görədir ki, bu gün o dövrdə çəkilən hər hansı bir filmə baxanda və yaxud o dövrdə yazılan hər hansı bir əsəri oxuyanda tam bütövlük hiss etmirik"  fikirləri acı həqiqəti səmimi şəkildə etiraf etdirir. 



1.  Vidadi Babanlı. Həyat bizi sınayır. B.1964. s. 31
2.  ARDA. Fond 330.  siyahı 5. sax. vahidi 664.
3.   ARDA. Fond 330. siyahı 5. sax. vahidi 664  Vidadi Babanlı. Həyat bizi sınayır. B.1964. s. 104
4.   ARDA. Fond 330. siyahı 5. sax. vahidi 664
5.   Vidadi Babanlı. Həyat bizi sınayır. B.1964. s. 71
6.   Ulduzə Qaraqızı. Həyat bizi sınayır: Moskva fimi "qayçılayıb" "öldürdü". Ekspres q. 21.10.2004

Yenililklər
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.