Məhərrəm Şəmkirli - Qələminə, sözünə şükür
07.04.15

Artpress.az Məhərrəm Şəmkirlinin həkim-yazar Qalib Şəfahət haqqında məqaləsini təqdim edir.

Müxtəlif peşə sahiblərinin şair,yazıçı,rəssam, heykəltaraş, bəstəkar, hətta müğənni olması belə təəccüblü deyil. Həyatdır və insanlar da yaxam dövründə onların bacardığı, ruhunu daha çox qidalandırdığı, doyurduğu peşəni bəyənir, seçir. Bəzi insanlar illərlə çalışıb,oxuyub əldə etdiyi ixtisası, peşəni birdən şairliyə, yazıçılığa, rəssamlığa, heykəltaraşlığa, bəstəkarlığa, müğənniliyə dəyişir və beləcə yaşamağa,yaratmağa davam edir. Elələri də var ki, hər ikisini də paralel olaraq ömrünün lokomotivinə çevrir. Belə insanlardan biri də özünə, sənətinə, yaradıcılığına hörmət etdiyim şair, həkim-kardioloq Qalib Şəfahətdir.

Qalib bəylə tanışlığımız "Kitab evi"ndə yazıçı Şəhla Aslanın "Qutsal dönüş" kitabının imza günündə oldu. Bu tanışlıqdan hər ikimiz məmnunluq duyduq. Bu tədbirdən və görüşdən ən böyük qazancım Şəhla xanımın "Qutsal dönüş", Qalib bəyin isə iki- "Mənə ürək verin", "Əllərimdəki göy üzü" adlı  kitabları oldu.

Qalib Şəfahət ixtisasca həkimdir, özü də kardioloq. Məhz elə ilk kitabının adını da ixtisasına uyğun olaraq "Mənə ürək verin"qoyub. Kitab "Həkim ocağının hənirtisindən" şeri ilə açılır.

Əl açan əlləri boş qayıtmayır,
Gözlərdə bir niskil,yaş qayıtmayır.
Ümidi qırılan puç qayıtmayır,
Həkim ocağının hənirtisindən.


O, təkcə şeirlər yazmaqla kifayətlənmir, eyni zamanda  insanların sağlamlığının keşiyində də dayanır. Çox doğru olaraq kitaba ön söz yazan şair Musa Ələkbərli onu belə xarakterizə edir: "Sənə o ürəyi Tanrı verib, o, həqiqətən də poeziya ilə döyünən bir ürəkdir,vurğusunu, ritmini təmizlikdən, saflıqdan, gözəlliyə pərəştişdən, heyrətdən alır,sən o ürəyi ac qoyma, yaz-yarat, sənə ürək, könül verən oxucularının yolunu gözlə".

Artıq bu gün şair oxucularını yox, oxucuları onun şeirlərinin yolunu gözləyir. Qabil Şəfahət poeziyasında yenilik həvəsi, yeni söz demək istəyi güclü olduğuna görə oxucunu özünə çəkir, onu düşündürür, onda yüksək hissilər aşılayır. Onun Vətənə, anaya, torpağa, sevgiyə,həyat hadisələrinə  həsr etdiyi şeirlərdə bunu aydın görmək olar.

Əllərin boşdurmu?
Əllərini ver mənə.
Girib ovcuna dincəlmək istəyirəm.


İnsan həyatda hər şeyə- qəmə, qüssəyə, sevgiyə, sevincə, deməyə, gülməyə də alışa bil ir. Amma ölümə alışmaq,onunla hər gün görüşmək,dil tapıb danışmaq, hətta ondan möhlət alıb öz qəbrini özün qazmaq da olurmuş demə. Bu razılaşmanı,bu anlaşmanı şair "Ta ölümə alışmışam" şeirində oxucularına aşağdakı misraları ilə belə çatdırır:

Hər gün ölüb,dirilirəm
Ta ölümə alışmışam.
Öldüyüm günü bilirəm
Mən ölümlə danışmışam.


 Atalardan qalma belə bir məsəl var. Deyir,sən sözünü de, söz yiyəsi özü götürəcək.Amma bu gün sözü sanki havaya deyirsən,nə götürən var,nə də eşidən. Onda şair məcburiyyət qarşısnda qalıb belə deir:

Ay sözümün Sahibi
Gəl sözünə yiyə dur.


Axı bu sözlərin ayağı yalın, başı da açıq olduğuna görə tənha qalıb tənhalığa öyrəşib. Bu üzdən də hamıdan uzaqlaşıb, kiminsə ona daş atıb xətər yetirməyindən qorxur.  

İnsanın ən böyük arzusu, istəyi daima sevinmək, şadlanmaqdır. Bayram günlərində yaxınlarından,onu istəyənlərdən, o istədiklərindən hədiyyə ummaq da təbiidir. Amma çox təəssüf  ki, qayğı yükünün ağırlığından hər zaman isdədiyini xırda bir hədiyyə ilə belə sevindirib,könlünü açmaq gücündə olmursan.Şair bu halını incə bir yumor diliylə belə təsvir edir:

Bayram günü evə
Gec gələsən.
Əlində gül buketi olmaya
Sakitcə keçəsən otağına-
 Lap dinməz uzanasan
Yatağına,
Gözlərin dikilə tavana
otağa sükut çökə,
Sonra ürəkdən güləsən,
Səni incitmək asan...


Qalibə görə insanlar xəstələnən kimi sözlər də xəstələnir. Xəstələn sözlərin dərdini tapan şair bu xəstəliyin dərmanını da tapır. Bundan sonra sözü ayağa qaldırmaq,ona sağlam həyat vermək  asanlaşır. Amma bir şeydə var ki, sözlərin də insan kimi dərd-sərini tapmaq çətin olur. Buna baxmayaraq sözlər hələm-hələm xəstəliyə boyun əymirlər, mətin dayanırlar.

Həmi xəstəyə baxdım,
həm sözə baxdım
Bir təbib ürəyim sözə çevrildi.- deyir şair.


Bütün şairlər kimi Qalib Şəfahətin də yaradıcılığında müharibə mövzusu öz əksini tapmışdır. Onun Milli Qəhraman Mübariz İbrahimova həsr etdiyi "G edəsən" şeirini həyacansız oxumamaq mümkün deyil.

Gözünə dolan dərdləri,
Əlində ölən dərdləri,
Dərində qalan dərdləri,
İp salıb,çəkib gedəsən.


Sevgilisindən ayrılan aşiq peşmançılıq hissini ifadə edə bilməməkdən harda olduğunu bilmir. Az qala yalvaracaq bir şəkildə ona müraciət edir ki, nə olar heç olmasa mən ə yerimi de. Əgər demisənsə onda məni səndən əvvələ qaytar. Qaytar ki,bəlkə yaşadım, yoxsa belə bir tənhalığa dözə bilməyəcəm.İnsanın əvvəlki halına dönməsi,qayıtması bir az çətin məsələdi. Qalib kiçik bir şeirində böyük fikir söyləyib. Ümumiyyətlə şairin şeirlərində uzunçuluq, yoruculuq yoxdur,deyim yeni, söz fikir yüklüdü.

Qabil təkcə sevgidən,həyatdan,ölümdən yoz,həm də nöqsanlardan yazır. Heç kimə sirr deyil ki,bu gün məzar yerlərini dəllalar həraca çıxarıblar,istədikləri qiymətə satırlar. Bu üzdən də mərhumun yaxınları borca-xərcə düşürlər. Hər birimizin boyuna uyğun gələn torpaq, çoxumuzun cibimizə uyğun gəlmir. Xalq arasında deyilir ki,torpağın üzü qara, gözü acdı, hər şeyi udur, gizləyir, bircə yaxşı əməldən, yaxşı izdən başqa. Şerin sonunda şair nəsiət kimi üzünü insanlara tutub deyir: "Ey!.. İnsan oğlu, İndidən düşün - Torpaqda özünə yer tapmağa..."

İnsanın ömrü gəldi, getdi.Sözün ömrü əbədi yaşardı.Qalib sözünü əbədi yaşarlı etmək üçün əlinə qələm alıb. Qələminə, sözünə şükür Qalib bəy.

Artpress.az

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.