Gülnarə İsrafilqızı - Bu qədərmi günahdır?..
13.04.15

O məhbus idi. Əməlinin yox, sevgisinin cəzasını çəkirdi.Gözləri yollara dikilmişdi. Hər gün üç uşağının və canından çox sevdiyi həyat yoldaşının yolunu gözləyirdi. Beləcə fəsillər dəyişir, aylar min ilə bərabər, keçmək bilmirdi ki, bilmirdi. Otaq yoldaşı Əlinur, qolu zərbəlilərdən, bu biçarənin canını qoruyurdu. İki il ərzində böyrək ağrısına düçar olmuşdu zavallı. Hələ türmədən çıxmağına 3 il neçəsə ay varıydı. Bir gün xəbər tutdu ki, həyat yoldaşı uşaqlarına baxa bilmədiyi üçün, uşaqları, uşaq evinə yerləşdirib, özü isə atası evinə gedib. Nazimin göz yaşları, qolunun arasından süzülərək, yalın ayaqlarına töküldü. Bircə bu sözləri deyə bildi. "Allahım səni sevməkdən başqa heç bir günahım yoxdur bilirsən"-Mənim yolumu aç ailəmə sahib çıxım. Onların həyatına kölgə düşməsinə icazə verməyim. Nə olar Allahım nə olar? Daha səni ürəyimdə sevəcəm.Səni sevdiyimi hamıdan gizlədəcəm.
Əlinur da arvadını qısqandığına görə, səhv edib bir gün mətbəx bıçağı ilə qətlə yetirmişdi. Arvadının ölümündən düz 5 il ötürdü. Düzdür bıçaqladıqdan sonra, çox peşiman olmuşdu.Lakin əli heç yerə çatmamışdı.Eh, cavalıq, cavalıq kaş ki, vaxtında ona güvənəydim...
-Günəşin şüası altında işləməkdən əldən düşüb , yenicə oturmuşdu ki, gözü Nazimə sataşdı. Tez yerindən ayağa qalxıb Nazimə tərəf yeridi. Nazim, Əlinurun gəlişini görüb, özünü toplamağa çalışdı ki, Əlinur onun göz yaşlarını görməsin.Necə olsa da, onun da özünə görə dərdi var. - Nə olub ay Nazim?!
- Heç nə Əlinur qardaş, gözümə torpaq düşdü.İndi də yaman acıdır. Necə oldu axı?..
- Elə iş gördüyüm yerdə birdən belə oldu.
- Eh qardaş, bilirəm bu göz yaşının axması, gözə girmiş torpaq parçasının işi deyil, ürəyinə girmiş alov parçasının işidir. Bu Əlinur, cavanlıq səhvi etsə də, artıq ağıllanıb. Gör mənim neçə yaşım var? Bilirsənmi gələn ay düz 40-yaşım tamam olacaq. Amma sən hələ cavansan 27 -yaş hara? 40-yaş hara...Səndən qabaq neçə-neçə bayramların aşını yemişəm. Dərdin nədir? Çəkinmə de:
- Qızarmış gözlərdən yenidən bir cüt ağrılı damla yanağına endi. Əlinur qardaş, yoldaşım uşaqları saxlaya bilməyib, uşaq evinə yerləşdirib.Özü də çıxıb atasının evinə gedib.Heç bilmirəm neyləyim. Valideynlərim sağ olsaydı, onlara ürəklənərdim. Bilirsənmi məni daha çox incidən nədir?!
- Günahsız yerə türməyə düşməyim... Kaş ki, heç olmasa bircə dəfə günah işləmiş olaydım.Onda, pərəm-pərəm düşmüş ailəmin bu günü məni yandırıb kül etməzdi. Axı Allahı sevmək, nə vaxtdan bəri günah hesab olunur?!
- Səbirli ol, Nazim! Səbir etməkdən başqa əlindən nə gəlir?..Odur ey öldürdüm, sonra da çox peşiman oldum. İndi cəzamı çəkirəm.Səni də günahsız buraya salıb övladlarının həyatı ilə oynayanlar mütləq cəzalarına çatacaqlar. Hər açılan səhərin bir axşamı, hər axşamın bir səhəri var. Unutma! Bəlkə də mən ölüb görmədim o günləri amma sən görəcəksən...İndi isə dur ayağa bir azdan böyrəklərini qucaqlayacaqsan!
- O ayağa qalxdı onun ağır-ağır addımları elə bil ölümə doğru gedirdi.Və qışqırırdı...Yox, Əlinur qardaş, əslində sən görəcəksən çox şeyləri. Mənsə görə bilməyəcəm...uşaqlarım böyüyəndə atasının günahkar olduğunu düşünərək xəcalət çəkəcəklər..."Allahım səni sevmək" bu qədərmi günahdır?..

Artpress.az

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.