Rəbiqə Nazimqızı - "Yumurta"dan çıxan yazıçı...

14.04.15

Artpress.az Rəbiqə Nazimqızının Sevinc Çılğının "Yumurta" kitabı haqqında tənqidi məqaləsini təqdim edir.

Dostlardan yazmaq xüsusi cəsarət istəyir. Əvvəla ona görə ki, obyektivlik hissini gözləmək çətin olur. İkincisi, dostlar daha həssas olurlar: tənqidin də, tərifin də dozasından küsə bilərlər. Hərçənd, Sevinc Çılğınla bu problem çətin yaşana. Uzaqbaşı, çılğınlığına salıb əsəbiləşəcək, mən də kövrəkliyindən istifadə edib, həssas damarında oynayacağam, keçib gedəcək.


Amma məsələnin birinci tərəfi xeyli problemli görünür. Gəl camaata başa sal ki, dostlarının ədəbiyyatçılar arasında olması normaldır. Gəl anlat ki, sizi elə ədəbiyyat dostlaşdırıb. Yenə ağzıgöyçəklər danışmağa söz tapacaqlar. Neynək, qoy onların da mövzusu olsun. Mənsə uzatmayım, keçim mətləbə.

Mətləb isə ondan ibarətdir ki, Sevinc Çılğının "Yumurta" kitabını yeni vərəqləmişəm. Yəni təkrar oxumuşam. On üç hekayə arasında bəyəndiyim də olub, bəli, əlbəttə, bəyənmədiyim də.

Ən çox bəyəndiyimdən başlayaq. "Əla"dan. Ümumulikdə, Sevincin əksər hekayələri üçün səciyyəvi cəhət diqqəti çəkir - qadın dünyasının təsviri. Sevinc bu dünyanı açıq-saçıq, amma ədəbli təsvir edir, onun detalları qadının sirrini açır, amma bu sirr bədəndə gizlənməyib, müəllif ruha enir. Maddi olanla mənəvi olan birləşir, bütünləşir. Sevinc hekayələrində təxəllüsü qədər çılğındır, cinsi qədər də zərif. Maraqlı orasıdır ki, bu balans pozulmur. Heç vaxt və heç yerdə...   

"Əla" hekayəsində diqqəti çəkən ilk maraqlı detal qadının sol əli ilə sol qulağını qapamasıdır. O biri qulağı isə yastıq örtür. Niyəsi açıqlanmır, çünki ipucu ortadadır. Bunu "tutmaq" üçün ipin ucundan tutmaq kifayətdir. Qadın eşitdiyi şirin pıçıltını bir ömür qulaqlarnda daşımaq istəyir - sözü və nəfəsi. Söz və nəfəs. Yəni sevgi...

İkinci maraqlı detal qadının qapını qucaqlamaq arzusudur. Kişini burada yola salıb, burada ayrılıblar. Sonuncu pıçıltını bu qapıda eşidib. Sözü və nəfəsi - sevgini yola salıb...

Üçüncü maraqlı detal gözündən yuxu tökülən qadının yatmaq üçün yerinə getməməsidir. Müəllif yazır ki, qadın yuxusunun qaçacağından qorxur. Əslində, bu da maraqlı müşahidədir. Əlbəttə, təkcə yuxu qaçmacayaqdı - qəhrəman bunu izah eləmir, ehtiyac da yoxdur, bunu özün düşünürsən, bilirsən, çünki bu məqamı təkrar-təkrar yaşamısan, indi bu yaşantını bir daha xatırlayanda ağlına gəlir - qəhrəman isə qısa an kəsiyində bunun fərqində olacaq deyil, amma şüuraltı bilir - qapıdan uzaqlaşdıqca təəssürat da öləziyir, azalır. Qadın isə ayrılmaq istəmir. Pıçıltdan da, yuxudan da...

Sonuncu detal ayaq barmaqlarının "əla" işarəsidir. Bunu vizual olaraq özünüz də özünüzdə müşahidə edib gülümsəyə bilərsiniz.

Nə üçünsə hekayənin sənə maraqlı gələn ilk detalındaca öz-özümə müəlliflə söhbət edirmiş kimi söyləyirsən: "Burada saxla". Eyni şey qapı səhnəsinə çatanda da baş verir. Sonuncu belə "saxla" işarəsində hekayə artıq dayanır. Bəlkə də, bu qısa hekayəni üç daha qısa hekayəyə də bölmək olardı - nə üçünsə mənə elə gəlir ki, Sevinc üç hekayəni ustalıqla birləşdirib...

Sonrakı hekayələr arasında qadın hisslərini qeyri-adi təhkiyə ilə anladan "Aldanmışlar şəhəri" diqqəti çəkir. Sadə, rahat təhkiyədə həm Azərbaycan qadınının üzləşdiyi problemlər təsvir olunur, həm də bir qızın qorxu və sevgi qarışıq ülvi hissləri tərənnüm edilir. "Günəşi içəri buraxdım", "Yəqin, səhərin intiqamı idi" kimi cümlələr isə nəsrin poetikasını artırır.

"Adamlığın son gecəsi", "Şağ", "Şərq dəftəri" ən qəliz mətləblərdən sadə şəkildə - pafos və patetikasız danışır. Ən xoşagələn məqamlardan biridir ki, Sevincin hekayələrində dövrümüzün əksər nasirlərində müşahidə etdiyimiz publisisitik dil və üslub elementləri, demək olar ki, rast gəlinmir.

"Yüz faiz qadın" Sevincin daha əvvəl yazdığı mətndir. Dəqiq müşahidələr və gözlənilməz sonluq, yumorostik dil hekayəni daha oxunaqlı edir.

"Yumurta" hekayəsinin süjet və ideyası da barədə də ətraflı yazmaq olardı. Amma həmkarlarım bu barədə yazıblar deyə, bu məqamların üzərində çox dayanmağı lazım bilmirəm.

Əlbəttə, qüsurlardan da yazmaq olardı, məsələn, bəzi hekayələrdə süjet çox qarışıqdır, bəzən isə mətndə bitkin süjet görünmür. Amma Sevincin özü demişkən, bu, onun "nəsr yaradıcılığındakı yumurta dönəmi"dir. Rüşeym var, böyük ehtimalla, yumurtadan yazıçı da çıxacaq...  /Arqument.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.