Türkan Mehraliyeva - Xoşbəxt olmağı bacarmaq

14.04.15

     Xoşbəxtlik sözünün mənasını hər dəfə beynim analiz edəndə  bunun ani bir şey olduğunu, gəlib keçiçi bir hiss olduğu  nəticəsinə gəlib çıxır.  Hər kəs xoşbəxtliyi hardasa axtarır, amma tapa bilmir.
Məni nə xoşbəxt edir? Bu sualı hər gün özümə verirəm. Hər dəfə də fərqli, həmin anın ruh halıyla cavablar ortaya çıxır. İndi bu dəqiqə bu yazını yazarkən bu sualı özümə verirəm, bu cavabı alıram: “Yazını qurtarsam xoşbəxt olacam”. Amma səhər gözümü açdıqda bu sualı versəm fərqli bir cavab alacam, fərqli zamanların fərqli cavabları.

Xoşbəxtlik nədir? Xoşbəxtlik ailədi, kitabdı, filmdi, musiqidi, dostdu, qadındı və s. Bu siyahını uzada bilərəm heç sonlanmayacaq bir siyahı olar. Oxumaq istədiyim kitabı aldıqda xoşbəxt oldum, ailəmlə bir süfrə arxasında yemək yeyərkən xoşbəxt oldum, gözəl bir filmə baxanda xoşbəxt oldum, bir dostumu qucaqlayarkən xoşbəxt oldum, bir qadının sevgidən gözlərinin güldüyünü görəndə xoşbəxt oldum.
     Qarşındakını xoşbəxt etmək özü bir xoşbəxtlik gətirdi mənə. Bəzən içimdə o xoşbəxtliyin yox olduğunu fikirləşdim və sonra hiss etdim ki, mən o xoşbəxtliyi görməmişəm xoşbəxtlik həmişə içimdə olub.
Limondan səbəbsiz xoşbəxt olmaq. Metrodan çıxarkən "beş limon bir manat" deyən uşağın səsi mənim fikirlərimnən ayırdı. Başımı çevirib uşağa baxdım, başını aşağı salıb limonlarına baxırdı. Yaxınlaşıb bir limonlara bir də uşağa baxdım. Pulu uzadıb limonları aldım, bu zaman uşaq başını qaldırıb parlayan gözlərlə mənə baxdı, limon ikimizədə xoşbəxtlik vermişdi. Mən səbəbsiz xoşbəxt olmuşdum, uşaq pul qazandığı üçün. Limondan xoşbəxt olmaq, budur həyatın mənası, budur həyatı mənalı edən. Limondan aldığımız dad, baməzəlik həyatın özü. Xoşbəxt olmaq üçün bir dilim limon da bəs edir yetər ki, o dadı hiss edək.
    
Xoşbəxtlikdən ağlamaq. Xoşbəxtlikdən ağlamaq nədir bilirsinizmi? Hisslərin ən yüksəyidi o, qəlbinizin ən dərin yerini oyadar. Həyatınız boyu nə o anı unuda bilərsiniz, nə də sizə bu hissi yaşadanı.
Xoşbəxtlikdən ağlamağın nə demək olduğunu beş il öncə başa düşdüm, özümü o zaman böyümüş hiss elədim. Sevincdən hönkürtüynən ağlamaq heç kəs görməsin deyə öz dünyana çəkilmək.  Dünyada çox sevdiyiniz bir insanın, valideynizin əməlliyyatdan gəlib sizin qarşınızda sağlam bir insan kimi durması, həmin an daxilinizdə olan ən gözəl cümlələri sizə bu xoşbəxtliyi yaşadan insana demək istəyərsiniz amma xoşbəxtlik bütün bədəninizə hakim olar, diliniz söz tutmaz.
    
İnsanlar bəzən fikirləşirlər ki, çoxlu pulumuz olsa xoşbəxt olarıq, bu düşüncəni fikirləşməyək.  Məşhur ingilis yazıçısı Bernard Şounun bir cümləsini xatırladım “Diş ağrısı çəkənlər, dişləri sağlam olanları;kasıbçılığ çəkənlər, pulu bol olanları xoşbəxt sayırlar”
     Sevgini pul ilə ala bilmək olur? Olmur. Dünyanı ayaqda tutan şeyin sevgi olduğunu və sevginin isə bir xoşbəxtlik qaynağı olduğunu hamımız bilirik. İnsanlar xoşbəxt olmaq üçün həmişə kiməsə ehtiyacı olduğunu hiss edərlər amma xoşbəxt olmaq üçün kiməsə yox bizim özümüzü tapmağa ehtiyacımız var.
Özümüzü xoşbəxt etməyin o qədər yolları var ki biz onları görmür, əldə edə biləcəyimiz xoşbəxtliyi əlimizin ucundan  geri çəkirik. Üzümüzün ürəyimizlə birlikdə gülməyidi xoşbətlik.
     Bir gün mələklər  xoşbəxtliyi gizlətməyə qərar verirlər. “Saxlayaq çətin tapsınlar, çətin tapdıqları üçün bəlkə qiymətini bilərlər” deyərək başlayırlar mübahisə etməyə. Məsələ böyüyür. Çünki Xoşbəxtliyi saxlamaq asan deyil. Hərə bir fikir irəli sürür, kimisi “Everestin zirvəsinə gizlədək”, kimisi “ Okeanın ən dərininə gizlədək” deyir. Bir çox yerlər deyilir amma heç biri çətin gəlmir. Ən sonunda mələklərdən bir deyir. İnsanların “İçlərinə gizlədək”, heç kəsin ağlına gəlməz içinə baxmaq. Elə o gündən bu günə qədər  xoşbəxtlik insanın içindədi. Biz onu başqa yerdə axtarmayaq, öz içimizə baxaq. Xoşbəxtlik heç vaxt asan gəlmir, həmişə insanın üzünə gülmür. Nə başqasının evində, nə başqasının işində, nə də başqa bir yerdə... Elə buna görədə gözünüz həmişə içinizdə olsun, xoşbəxtlik orda gizlənib.

Artpress.az

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.