Tərcümə Mərkəzinin nəşri – “Candles” Londonda təqdim olundu
16.04.15

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Candles” (“Şamlar” – Müasir Azərbaycan şeir antologiyası) kitabının Londonda təqdimat mərasimi keçirilib. Tədbir Londonun Trafalqar meydanı yaxınlığında yerləşən, Avropanın ən böyük kitab Mərkəzi “Watersthones” Kitab Evində baş tutub. Təqdimat mərasimində London ədəbi ictimaiyyəti, şair və yazıçılar, ölkəmizin Böyük Britaniya Krallığındakı səfirliyinin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan şair Matt Panesh kitab barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi: “Bu kitab vasitəsilə ingilis oxucuları 50-dən çox Azərbaycan şairinin yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər. Kitabla tanışlıqdan sonra qənaətim budur ki, Azərbaycan şairləri özünəməxsus düşüncə tərzini və poetik palitralarını mükəmməl şəkildə ifadə etməyə qadirdilər. Biz bilirik ki, Azərbaycan müharibə şəraitində yaşayır, Qarabağ işğal edilib. Bütün bu bəlalar kitabda yer alan şeirlərdə olduqca təsirli əks olunub. Müəlliflərin əksəri, nəinki Azərbaycan, dünya üçün yeni olan bədii düşüncə özəlliyi, fərqli poetik üslubu və stixiyası olan qələm adamlarıdır. Düşünürəm ki, belə kitabların Azərbaycanı və onun ədəbi fikrini ingilis oxucusuna çatdırmaqda əhəmiyyətli rolu var və bu təşəbbüsə görə Azərbaycan Tərcümə Mərkəzinə təşəkkürümü bildirirəm”.

Daha sonra söz Mərkəzin direktoru Afaq Məsuda verildi. A.Məsud xalqlararası qarşılıqlı anlaşmanın ən qısa yolunun ədəbiyyat, şeir, poeziya olduğundan söz açaraq, Azərbaycanın zəngin ədəbi xəzinəsindən danışdı: “Bilirsiz ki, uzun illər Sovetlər Birliyinin tərkibində olan Azərbaycanın dünyaya çıxışı məhdud olub. Beləcə ədəbiyyatımızın, zəngin söz xəzinəmizin  də beynəlxalq ədəbi fikir müstəvisinə çıxarılması asan olmayıb. Yəni Azərbaycan əsəri dünyaya yalnız Rusiyadan və rus dili vasitəsilə, üstəlik sovet ideologiyasının seçimi üzrə çıxa bilərdi. Bu gün isə müstəqil Azərbaycan bütün sahələrdə düyaya birbaşa inteqrasiya edir. Eləcə də ədəbiyyatımız. İxtiyarınıza verilən bu kitab Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində Tərcümə Mərkəzinin həyata keçirdiyi ilk beynəlxalq formatlı nəşr layihəsidir. Bu gün əsərləri bir çox dünya institutları tərəfindən tədqiq olunan Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi dühalar yetirən Azərbaycanın müasir poeziyası da, nəsri də dünyaya layiq olduğu səviyyədə çatdırılmalıdır. Bununla bağlı Mərkəz dünya ədəbi fikir müstəvisinə çıxarılacaq əsərlərin tərcümə prosesinin ən mükəmməl səviyyədə təşkil edilməsi yollarını arayıb-axtarır, bu işə dünyanın məşhur yazıçı və şairlərini, bədii tərcümə ustalarını cəlb etməyə çalışır. Hazırda Mərkəzin bu istiqamətədə həyata keçirdiyi fundamental layihə – Azərbaycanın yazıçı və şairlərinin seçmə əsərlərinin toplandığı iki cildli “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” kitabıdır ki, hazırda bir neçə dünya dillərinə tərcümə olunur. Bu kitabın, həmçinin, həmin ölkələrdə nəfis tərtibli nəşri də nəzərdə tutulur. Mərkəz ədəbiyyatımızın dünyada təbliği ilə yanaşı, dünya ədəbiyyatının Azərbaycan oxucusuna çatdırılması istiqamətində də böyük işlər görür. Təkcə ingilis ədəbiyyatından Ceyms Coys, Tomas Eliot, Virciniya Vulf, Somerset Moem, Doris Lessinq, Harold Pinter, Coan Roulinq, Brayan Oldiss, Riçard Oldinqton, Qrem Svift, Culian Barns, Con Benvil, Uilyam Bleyk, Con Kits kimi şair və yazıçıların əsərləri tərcümə edilərək, “Xəzər” dünya ədəbiyyatı jurnalı və kitablar vasitəsi ilə geniş oxucu kütləsinə çatdırılıb. Mərkəz, həmçinin sürətli yenilənmə və inkişaf prosesində olan Azərbaycana, Qarabağ həqiqətlərinə dair mətn və materialların, tarixi sənədlərin beynəlxalq aləmin diqqətinə çatdırılması istiqaməti üzrə də iş aparır.

 Düşünürəm, ixtiyarınıza verilən “Candles” kitabı bu axşam Londonun bu kitablar və adamlarla dolu böyük kitab məkanında incə Azərbaycan şeirinin şamını yandıracaq”.

Sonra sözü ingilis şairləri Matt Panesh və Sophia Walker aldı. Onlar  Əli Kərim, Vaqif Səmədoğlu, Vaqif Bəhmənli, Əjdər Ol, Aysel Əlizadənin kitabda yer alan şeirlərini ingilis dilində səsləndirdilər və öz şeirlərini oxudular. 

Artpress.az

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.