Xanım Aydın - Əllərimi buraxma
20.04.15

Hekayə

    Çiskinli payız səhəri... Leyla baxışlarını Əlidən çəkmirdi... Sanki bu ömrü yenidən yaşamaq, yenidən bir-birinə aşiq olmaq, sözsüz-səssiz sevmək istəyirdi... Qarşısında beli bükük, yaşlaşmış həyatının yeganə yoldaşını sanki qoyub getməyə ürəyi gəlmirdi... "Mənsiz necə olacaq? Nə tapıb yeyəcək? Naxoşlayanda dava-dərmanını kim verəcək? Nazını kim çəkəcək? Hər gün təzyiqini kim ölçüb onu müalicə edəcək?" Fikirlər onu hətta ölüm ayağında da rahat buraxmırdı. Gözündə o həminki məktəbli oğlan, özü də həminki o məktəbli qız idi. Birinci sinif, həyacan, ürək döyüntüsü... Hə şey xatirndəydi...

    "Uşaqlar, sizi təbrik edirəm, artıq məktəbli olmusunuz! Məktəbdə oxumağı, yazmağı öyrənəcəksiniz!" - müəllimə əl hərəkətləri və möhkəm səslə nitqi qüsurlu uşaqları salamladı. Şagirdləri bir-birləriylə tanış elədi Elə ilk gündən Əli Leylanın qoruyucu mələyi oldu. Onu hamıdan qoruyur, kimsənin onun xətrinə dəyməsinə icazə vermir, qayğısına qalırdı.

    Əli anadan olanda bütün nəsil sevinmişdi. Gözəl bala idi. Valideynlərinin ilki, nəslin gözünün ağı-qarası idi. Hər şey çox yaxşıydı.. Və bir gün anası beşikdə oynaqlaşan Əlinin səsə-küyə qığıldamırdı. "Əli! Əli! Əliiiiii!!!" - Validə körpəni çağırmağa başladı. Uşaq səsə baxmırdı. "Əli!! Aaaay Əli!"... Yenə də qığıldamırdı. Möhkəm əl çaldı, oyuncaqları bir-birinə möhkəm vurdu ki, səsə diksinsizn. Əli heç nəyə əhəmiyyət vermədən öz aləmində qığıldayırdı. Gözlərinə qaranlıq çökdü! Yer ayaqlarının atlından qaçdı ananın. Oğlum... " Ay Allah! Axı niyə?! Niyə mənim balam?! Əli! Əli! Nolar, mənə bax! Əli!.. Ay Allah itin olum! - deyə fəryad elədi. Tibbi təhsil aldığına görə uşağın bu hala düşməsinin nəticəsini yaxşı bilirdi... Validənin əlində xınasının rəngi getməmiş, gözlərinə rəngsiz dünyanın bulanıqlığı hopmuşdu. Həyat onu sındırdıqca bərkiyirdi. Əldən düşməyə haqqı yox idi Validənin... Əli də yavaş-yavaş böyüyürdü. Həyatda anladığı, anlamadığı çox şeylər varıydı.

    Leyla gül üzül balaydı. Dəniz gözlərində sanki dünya qaynayırdı. O qədər saf və məsum siması vardı ki.. Onu sanki bir mələk göylərdən qanadlarında yerə endirmişdi. Çiçək ətirli idi. O da böyüyürdü... Bir təbib, bir həkim, bir pir, bir ocaq qalmamışdı ki, valideynləri aparmasın. Amma nə fayda...

    Bəlkə də belə olmalıymış... Bəkə də tale onları qovuşduracaqdı deyə belə olmalıymış... İllər ötürdü...  Bir sinifdə oxuyurdular. Bir-birlərini qarğadili sözlər, işarələr, hətta baxışları elə gözəl anlayırdılar ki...  Əli gözəl rəsmlər çəkir, müsabiqələrdə qalib olurdu. İndi də Leyla onu qoruyurdu. Öz duaları, sevgisi və sədaqətiylə. Bir-birləriylə canbir qəlb idilər. Valideynləri onların bu mehribanlığından fərəhlənirdilər. Uşaqlara görə onlar da rəfiqə olmuşdular...

    Məktəbi bitirmişdilər... Əli artıq tanınmış rəssam olmuşdu. Yenə də Leyla onunçun dünyanın ən gözəl, ən zərif çiçəyi idi... Çəkdiyi əsərlərin hər birində Leylanı xatırladan nəsə olurdu... Leyla onun rəng dünyası, çəkmək istədiyi yeganə əsər idi... Leyla da Əlisiz qala bilmirdi... Öyrəşmişdilər... Arada bir-birlərindən küs gəzdikləri də olurdu... Amma elə bircə baxışdan barışır, küsülü qalmağa tablaya bilmirdilər... Evləndilər... Əvəzsiz günlər yaşadılar. O sevgi, o xoşbəxtlik hər bir yastığa baş qoyana nəsib olmurdu... Həyatları Əlinin rəng dünyasının rəngində idi: Al-əlvan, dolğun, parlaq...

    Qüruba doğru Leylanın vəziyyəti yenidən ağırlaşır. Əlini bu dünyada tək qoyub necə getsin? Get-gedə gücsüzləşən əllərini var gücüylə sıxıb ayrıla bilmirdi...

    Beşinci sinifdə oxuyurdular... Leyla məktəbin bufetindən kökə alıb sinfə qayıdırdı... Qolları zəif olduğundan qapının dəstəyini çəkib aça bilmədi... Qapının arxasından "Əli, Əli!" qışqırıb onu köməyə çağırdı... Əlinin fikri  lövhədə qalmışdı, qapıya sarı baxmırdı... Leylasa son ümid kimi yenə də Əlini səsləyir, ayaqlarını döşəməyə möhkəm vururdu... Başqa əlacı yoxuydu... Birdən Əli döşəmədən hiss etdiyi ayaq tappıltısından Leylanın qapıda olduğunu hiss elədi. Yüyürüb qapını açdı. Sanki Leylanın xilaskarı idi...

    Get-gedə nəfəsi daralırdı... Gözlərində günəş sönürdü. “Əli, əllərimi buraxma! Məni naəlac qoyma – o günki kimi. Qapını aç, gümanım, ümidim də sənsən!"- deyirdi.. Ürəyinin döyüntüsü döşəmədəki taqqıltıyla həmahəng idi. Elə bil əlini buraxsa dünyadan ayrılacaqdı... Narınca yağış yağmağa başladı...

    Xatirələr... Göy rəngli, ağ xalları olan çətirin altında məktəbə qaçırdılar... Məktəbdən qaçırdılar... Əli çətiri Leyla tərəfə tuturdu... Bəzən əlcəklərini evdə unudurdu... Leyla da həmişə əlcəyini Əliyə geyindirirdi...

    Yağış kəsir... Buludların arxasından göy qurşağı görünməyə başlayırdı... Deyirlər ki, iki sevən göy qurşağının altından keçsə, əbədi xoşbəxt olur. Özünü xoşbəxt hiss etmək üçün Əli dərnəkdə müəllim deyənləri yox, həmişə öz bildiklərini, istədiyini çəkirdi. Bu yaşda da uşaqlıq vərdişindən əl çəkmədi. Qutudakı son dərmanları da ovuclayıb uddu.. Leylanın artıq soyumaqda olan əllərini tutaraq çarpayıya uzandı... Göy qurşağına doğru addımladılar... Getdikcə yaşadıqları baharın son çiçəkləri solurdu... Artıq geridə qalan ömürdə məktəbin zəngi, müəllimlərin səsi, Əlinin mükafatları - çox şeylər xatirəyə çevrilirdi.. Əbədiyyətə qovuşurdular... Göy qurşağı Əlinin rəng dünyasına, günəşsə Leylanın sevgisinə bənzəyirdi... Qürub... Günəşin qürubu... "Əllərimi buraxmadım, Leyla!"

Artpress.az

Yenililklər
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.