Boris Pasternak və Jozefina Pasternakdan tərcümələr

29.04.15

Artpress.az şair Zahid Sarıtorpağın tərcüməsində Boris və Jozefina Pasternakın şeirlərini təqdim edir.


Portretlər

Rus poeziyasının Pasternaklar budağından bir cüt yarpaq


BORİS PASTERNAK: “Haqdır hönkürtüylə yazılan şeir...”

Hələ Boris Pasternakın şeirə könül vermədiyi, sözə tale bağlamadığı çağlarda onun musiqi isteddını və gələcəkdə böyük bəstəkar kimi yetişəcəyini A.N.Skryabin dönə-dönə bildirmişdi. Tale elə gətirdi ki, B. Pasternak 1912-ci il Almaniya və İtaliya səfərlərindən sonra Moskvaya qayıdıb fəlsəfə və musiqi məşğələlərinə son qoydu, yalnız poeziya ilə məşğul olacağını bildirdi. O vaxtdan düz bir əsrdən də çox vaxt keçib. Ömrünün sonunacan rus poeziyası və nəsrinə, eləcə də, tərsümə sənətinə əvəzsiz incilər bəxş etmiş  Boris Pasternak iztirablarla dolu bir həyat yaşamış, dövrün, zamanın və ən nəhayət sovet despotizminin məşəqqətlərinə ləyaqətlə dözmüşdür. “Doktor Jvaqo” əsərinə görə Nobel mükafatına layiq görülən yazıçı MK rəhbərliyinin təzyiqləri altında mükafatdan rəsmən imtina etmişdir. Nəhayət,  ötən əsrin 90-cı illərinin əvvələrində – sovet dövləti süqut etdikdən sonra mükafat onun ailəsinə təqdim olunmuşdur.
Bu gün də B.Pasternak dünyanın sayılan və sevilən şairləri ilə bir sıradadır.
Onun iki məşhur şeirini oxuculara ünvanlayırıq.


QIŞ GECƏSİ

Ağarırdı, ağarırdı yer üzü,
ağarırdı başdan-başa.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam.

Yayda hünü beçələri
necə ki oda çırpılar –
Pəncərənin işığına
çırpılırdı yağan qar.

Aynalarda iz qalırdı
Ürəyə, oxa oxşar.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam.

Çarpazlaşan əl-ayağın,
Çarpazlaşan talelərin
İşıqlaşmış tavan boyu
Uzanırdı kölgələri.

Bir cüt başmaq düşürdü
Döşəməyə ahəstə.
Axırdı şamın göz yaşı
 Bir qadın donu üstə...
 
Qarlı çəndə itirdi
Ağ da, boz da hər axşam.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam...

Hər dəfə çəkilən ah
Dəyincə şamın oduna;
Od dönürdü xaç şəkilli
bir cüt mələk qanadına...

Yer üzü fevral boyunca
Ağarırdı başdan-başa.
Stol üstə şam yanırdı,
Yanırdı, yanırdı şam...

1946.


*  *  *
Fevraldı... Qələmə sarıl da ağla...
Hönkürə-hönkürə yaz fevral haqda.
Hələ ki, tökülən yağmur da yanır,
Qaralır qara yaz çatan ocaqda.

Yenə fayton saxla altı quruşa
Kilsə zənglərindən keçib meh tək əs...
Yenə mürəkkəbdən, göz yaşlarından,
Leysanlar gur olan yerlərə tələs...

Harda ki, qurumuş meyvələr kimi,
Yağır budaqlardan min-min dolaşa;
Gözlərin dibində quruyan kədər
Bir göz qırpımında düşür yağışa.

Harda ki, küləklər çırpınır, ötür,
Qaralır bir ucdan qar əriyən yer.
Təsadüf olsa da orda nə qədər,
Haqdır hönkürtüylə yazılan şeir.

1912.
 
   



Jozefina Pasternak: “Rəbbim, bir cavab göndər”

Rus poeziyasının ən görkəmli nümayəndələrindən olan Borus Pasternakın bacısı Jozefina haqqında İlya Erenburq nə vaxtsa onun özünə demişdi: “Siz, Jozefina, ailə həyatı üçün deyil, ədəbiyyatdan ötrü doğulmusunuz...” Bir neçə şeirlər kitabının müəllifi olan bu qadın isə, hər yerdə özünün daha çox ailəyə bağlılığıyla öyünürdü. Özünü ədəbiyyat adamından çox ailə adamı adlandırırdı. Ömrünü mühacirətdə – əvvəllər Almaniyada, otuzuncu illərin sonundan isə İngiltərədə keçirən Jozefina Pasternak öz ailəsinə, həyat yoldaşına necə sadiq olmuşdusa, görünür, ilhamına da o dərəcədə sədaqət göstərmişdi. Bunu onun şeirlrindən də duymaq çətin deyil.
Pasternakların Jozefina budağından bir yarpaq:


On üç yaş

Bu, mənəm, bu da, Rəbbim,
Bu da mənəm, bu da mən...
Bəs bu maskalar nədi? –
biləcəyəmmi görən?

Bəlkə də bu oyunda
Uduzmağa yox əlac –
Sərxoş uşaq oynayır,
Böyüklərlə gizlənpaç...

Kimsə divar dalında
Məni məndən gizlədir.
Atılıram odlara
Mən nə, əsirlik nədir?

Bu nağıldı, ya yuxu?
Zülmətdi, yoxsa, işıq?
Rəbbim, bir cavab göndər – 
çox cavabsız qalmışıq...

/Ədəbiyyat qəzeti/

 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.