Nicat Həşimzadə -  “ Kor qatil”i oxuyarkən

04.05.15

Margaret Atwood  haqqında danışacağımız “Kor qatil ” romanına görə 2000 – ci ildə Booker mükafatının qalibi olub. Həmin zamana qədər adı 5 dəfə mükafatçılar siyahısında düşsə də yalnız bir dəfə qalib oldu. Dünyada daha çox feminist yazar kimi tanınan Margaret Atwood roman və hekayə kitablarından başqa 15 ədəd şeir kitablarının da müəllifidir. Qeyri – adi yazı üslubu olan müəllif oxucunu düşünməyə, hadisələrin gedişini yazarla birlikdə müəyyən etməyə məcbur edir. Metafizika sahəsini, mifoloji faktları dərindən bildiyi əsasən “Kor qatil ” romanından hiss olunur.

Təsadüfi qəza, yoxsa düşünülmüş qətl? Luranın ölüm səbəbləri nədir? Şahidlər intihar etdiyini söyləyirlər? Bəs həqiqət nədir? Roman İris Çeysin hadisələri nəql etməsiylə başlayır. Onunla bacısı arasında əksər hallarda qısqanclıq duyğuları yaşanıb. İki bacı uşaqlıqları dönəmində tərbiyəçiləri Renniyə çox bağlanıblar. İntihar edən obraz Laura olsa da İrislə müqayisədə o, öz məqsədlərini həyata keçirmək uğrunda daha çox mübarizə aparır. İris ağır sosial şəraitin sərt qaydalarına boyun əyən cəsarətsiz insandır. Atasının hökmü əsasında Riçard adlı  zəngin biriylə izdivac qurur. Müflis olma təhlükəsi ilə üz – üzə qalan ata qızını Riçardla nigaha məcbur edir. Lakin həyata keçirilən, gerçəkləşən bu qərar Çeysin ailəsini böhrandan xilas edə biləcəkmi? Romanda idealist düşüncəylə materialist təfəkkürün, nasizmlə kommunizmin toqquşmasından danışılır. Müəllif obrazların diliylə öz təfəkkürünü məntiqli fikirlərlə əsaslandırır. Həmçinin əsərdə dövlət hakimiyyətinin təşkil olunmasındakı çatışmazlıqlardan bəhs olunur.  Əsərin adı çox maraqlıdır. Nə üçün məhz Kor qatil? Romanda azyaşlı uşaqlara qarşı amansız rəftar, kor uşaqların, oğlan və yaz qız olmasından aslı olmayaraq gecə həyatına, fahişəliyə məcbur edilməsi, ən yaxşı haldasa həmin kor uşaqların fahişəxanadan xilas olsalar da gecə həyatından qurtula bilməmələri , oğru , cani, qatil olmaları haqqında fikirlər var. Həmin insanların kədərli taleyindən söhbət açılır.

Romanda diqqətimi ən çox çəkən məsələlərdən biri də budur :
“Böhrandan xilas olmaq üçün bəzən müharibələrə də ehtiyac olur” Konkret olaraq bir  fikir söyləmək çətindir. Bəlkə də bu düşüncə aclıqdan bezən insanın ölüm arzulamasından doğulur. Müharibədən qayıdan ata ateistdir. Bəlkə də  savaşda gördüyü fəlakətlər Tanrı sevgisini məhv edib. Lakin qızı Laura Tanrıya inanır. İnsanları Tanrıya ibadət etməyə çağırır, lakin əsərin sonlarına yaxın görürük ki, Lauranı monastıra qəbul etmirlər. Bəs Lauranın monastıra qəbul edilməməsinin səbəbləri nədir? Margaret həm də eşq mövzusuna toxunub. Yazıçı hesab edir ki, eşq günahdır, amma vazkeçilməz günahdır. Gerçəyi o zaman yazmaq olar ki, yazdıqlarının oxunulmayacağından əmin olasan. Romanın bəzi hissələri olduqca anlaşılmazdır. Sanki əsəri bir neçə nəfər yazıb.

Margaret materialist ideologasiyasına sahib olsa da yaratdığı obrazlar da idealist təfəkkürə hədsiz maraq var. Romanın sonunda Laura sanki illər boyu inandığı Tanrı tərəfindən tərk edilir. Çeysinlər ailəsində dini təfəkkürlər tamamilə fərqlidir. Valideynlərdin biri metodist, digəri anqlikan təriqət nümayəndəsidir. Bəlkə Atwood insanları dini birliyə səsləyir? Romanı Çeynis ailəsinin faciəsi də adlandırmaq olar. Renni obrazı bu ailəyə sədaqəti ilə diqqəti cəlb edir.

Laura fotoşəkilləri rəngləyir, bu, onun psixoloji durumundakı çətinlikləri göstərir. Normal şüura sahib olan insan fotoşəkilləri rəngləyərmi? Romanın ən gərgin anlarından biri iki bacının eyni kişini – Aleksi sevməsidir. Aleks canidirmi? Əgər canidirsə onu hansı cinayətlərə görə günahlandırmaq olar? Laura onu nə üçün gizlədir? Romanı bütövlükdə məntiq oyunu hesab etmək olar. Ay ərzində 17 kitab oxudum. Amma heç biri beynimi bu şəkildə lərzəyə salmadı. Beynim son dəfə belə çaxnaşmanı Kamyunun “Yad” əsərini oxuduğum zaman yaşamışdı. Laura, İris və Aleksin birgə çəkdirdikləri foto var, həmin foto Aleks Çeynislərdən ayrıldıqdan sonra Laura fotodan İris olan hissəni kəsir, İris də həmçinin Laura olan hissəni kəsir. İnsan hisslərinin əməli olaraq bu formada təsvir edilməsi ağılagəlməzdir.

Yazıçı “Kor qatil” romanında burjua inancını batil hesab etdiyini deyir. Bacılardan biri atalarına qatı kapitalist olmasına etiraz edirlər. Məncə romanın ən bədbəxt obrazı İrisdir. Çünki anasını, atasını, bacısını itirir, əri Riçardla xoşbəxt ola bilmir. Doğmalarının ölümü onu sarsıdır. Lauranın qeydləri insanı şok vəziyyətinə salır. Onun müqəddəs kitabdan sevmədiyi hissələri kəsməsi bacısı İrisdə hədsiz heyrət yaradır.

Evliliyin ilk günü, zifaf gecəsi İris Riçardla cinsi münasibətindən həzz almır. Əksər hallarda düşünülür ki, qadın zövq almırsa cinsi zövqü başqa kişilərdə axtaracaq. Atwood isə zənn edir ki, qadın əriylə cinsi münasibətdən həzz alırsa başqa kişilərdə müxtəlif həzlər axtaracaq.

Romanda ən çox sevdiyim fikirlər :
“Gənclərdə şəhvəti eşqlə qarışdırma halları var , hər cür məsələdə idealistdirlər ”
“Planet bir zaman inkişaf etmiş ancaq indi ölmüş olan yüksək sivilizasiyadan xatirə qalmış bir çox maraqlı qalıqlara sahibdir . Hər cür ağıllı həyat tərzinin yox olmasına yol açan fəlakətin nə olduğunu bilmirik ”

“Bəzən insan əslində gerçəkləşməyəcəyini bildikləri bir şeyə ümidsizcə inanırlar. İnsanlar xoşbəxt sonluğa necə ağlayırsa, toy sevincinə də eyni səbəblə ağlayır ”

Qatil öz qurbanına aşiq ola bilərmi? Aşiq olsa onu necə xilas edə bilər ?

Bütün bu suallara cavab tapmaq üçün Margaret Atwoodun “Kor qatil” romanını oxumaq lazımdır. Romanı daha dərindən dərk etmək üçün təkrar yenə oxuyacam. Çox ciddi fəlsəfi- psixoloji əsərdir.

Yenililklər
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
01.09.19
Esmira Fuad - Faniliyin poetik tarixi
01.09.19
Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
19.08.19
Fərid Hüseynin kitabı Serbiyada nəşr edilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.