Rauf Qərib - Mən yağışı ağladım, yağış məni ağladı...
04.05.15

APOKALİPSİS

Bu gecə gecədən daha gecədi,
Elə bil dünyanın son həddindəyik.
Xəyalmı? Gerçəkmi? Çözə bilmirik...
Ölümlə yaşamın sərhəddindəyik.

Nə Ulduz görünür, nə də ki, Ay var,
O geniş asiman bizə olub dar.
Solumda istidir, sağa yağır qar,
Xoşbəxtlik var ikən qəm səddindəyik.

Oyanıb gördüm ki, yuxudayam mən,
Bir daha oyandım... bir də yenidən.
Min illər ötübmüş indiyənəcən,
Gördüm ki, şeirin son bəndindəyik.


AYRILIQ NƏĞMƏSİ

Ürəyimin yarası,
Ürəyimi dağladı.
Mən yağışı ağladım,
Yağış məni ağladı.

Yağıb töküldük yerə,
Torpaq ilə qarışdıq.
Palçıq olub, bərabər
Qayalara yapışdıq.

Quruduqca quruduq,
Sərtləşdikcə şərtləşdik.
Kədəri mövzü edib,
Ürəyimdə dərdləşdik.

Sonra da selə dönüb,
Axdıq dolu gözlərdən.
Demə hər şey bitərmiş,
Ürək qıran sözlərdən.


SƏN FƏRQLİSƏN

Sənin əsəbin də fərqlidir, fərqli,
Yanında dərdimin yuxusu gəlir.
Mənə qışqırdıqca nəfəsin ilə
Ağzından xoşbəxtlik qoxusu gəlir.

Əsəbdən titrəyən dodaqlarından,
İnan ki, qəlbimə sevinc süzülür.
Səni sevə-sevə qurtarammıram,
Sevdikcə sıraya sevgi düzülür.

Nə gözəl parlayır odlu gözlərin,
Bir xoşbəxt həyatdan bəhs eləyirlər.
Hirsindən göylərdə uçan əllərin,
Musiqi olmadan rəqs eləyirlər.

Sənin əsəbin də fərqlidir, fərqli,
Əsəbləş, yetər ki, susmasın dilin.
Bir alıq əsəbin xəbərçisidir,
Xoşbəxtlik yaşadan bir neçə ilin.



YALAN DANIŞ


Yalanların çox gözəldi,
Danışdıqca inanardım.
Elə gözəl danışardın,
Gerçəyimi mən danardım.

Yalan sənə çox yaraşır,
Yalan sənin bəzəyindir.
Yalan sənin sütunundur,
Yalan sənin özəyindir.

Yalan danış, düz danışma,
Gerçəyinin dadı yoxdur.
Yalanına vurulmuşdum,
Bunun başqa adı yoxdur.

Yalanınla dünya qurub,
Yalanınla yaşayardıq.
Qaysaxlanmış gerçəkləri,
Üzdən-üzdən qaşıyardıq.

Yalan danış mənə yalan!
Yalanına qurban olum.
Bilirəm ki, düz danışsan,
Ayrılacaq səndən yolum.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.