Vasif Əlihüseyn - Rəqqasəyə rüşvət verən məmurlar
06.05.15

Bu yaxınlarda Corc Oruellin “Paris və Londonda qara qəpiksiz” romanı əlimə düşdü, daha doğrusu Nəzakət verdi. Kitabda iki gəncin ofisiant işləməsi, iş axtarmaları, ev kirayəsini verə bilməməsi, məni bir anlıq keçmişə qaytardı. Elə bil  Allah bilib bu kitabı mənə yollayıb. Onu da deyim ki, mənim  Nəzakətdən də öncə öz içimdə danışdığım bir şəxs var. O, da Allahdı.

2009 – cu ildə Moskvadan Bakıya gələndə, başladım iş axtarmağa. Elə oldu ki, restoranda ofisiant (qarson) işləməyə başladım. İlk iş yerim isə Biləcəridəki “Xəzri” kafesindən başladı. Sonra isə, şəhərin bir çox prestijli restoranlarında işləməyə başladım. İşə təzə başladığım vaxtlarda bir çox xoşagəlməz hadisələr də oldu və belə bir vaxtda mən çox imkansız idim. Çünki, günü 5 manata işləyirdim. Bizdən köhnə ofisiantlar isə, sözün əsl mənasında 5 manata bizi eşşək kimi işlədirdilər.

Yasamal bazarının yanında kirayə qalırdım. Aya 50 manat kirayə pulunu düzəltmək üçün dəridən – qabıqdan çıxırdım. Ev yiyəsi “həci” olduğundan, heç bir dəfə deməzdi ki, ev pulun niyə gecikdirirsən? Doğrudan da, həci başqa idi...
Anam əməliyyat olundu, qolumu sallaya – sallaya getdim. Anamın otağına gəlib – gedən tibb bacısına da 5 manat verdim. Ağzın büzdü...

Vaxt geçdi, iş yerimi dəyişdim. Başqa bir restoranda günü 10 manata işləməli oldum. Bura isə, bir çox sənətçilərin və məmurların bir gecədə neçə min pulu havaya sovurduqları məkan idi.  Gecə saat  2-ə və bəzən 3-ə qədər bu adamların ad günü banketlərində işləyirdik.  Bəziləri necə əziyyət çəkdiyimizi görüb əlini cibinə salırdı. Bəziləri isə, hələ bir təhqir də edirdi. İçkili olduğundan yola verirdik, çünki bundan başqa çarəmiz də yox idi.

Restoranın musiqili proqramının içində rəqqasə şousu da vardı. Bir çoxu həmin vaxtı səbirsizliklə gözləyirdi. Şamlar yandırılır, işıqlar söndürülürdü və rəqsdən anlayışı belə olmayan qız, rəqqasə paltarında meydana atılırdı. Elə bayaqdan üstümüzə xoxlanan, bizi təhqir edən “kişilər” hamısı bir nəfər kimi 10, 20, 50, 100 manat çıxardım onları hombasıyla dümsükləyən rəqqasənin zərli “lifçik”inə, yəni “məmədan”ına salırdılar. Bu da onlara elə zöq verirdi ki, elə bil dünyanı onlara bağışlamısan. Bir neçəsi isə, rəqqasə gələnə qədər telefon nömrəsini verəcəyi pulun üstünə yazırdı. Rəqqasə pulun məbləğinə baxmaqla, həmin şəxslə görüşməyin nə qədər maraqlı olduğunu anlayardı.

O, vaxtdan baş götürüb qaçdım səsli-küylü restoranlardan.

Artpress.az

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.