Zahid Sarıtorpağın irfan şeirləri
10.05.15

Bu gün şair Zahid Sarıtorpağın doğum günüdür! Bu münasibətlə Artprtess.az onun irfan şeirlərinin bir neçəsini təqdim edir.


GÜL  TİKMƏSİNDƏ  İLMƏ  ÇÖZÜMÜ


1. yaranış ilmələri

hücrədə alatoranlıq
hücrədə  kölgə kimi yıxıq vücud  
səcdədə sidr qoxulu yeddi təmasın cezbi
beş ləçəkli Gül duası - vaxtın sirli ovuntusu
hicranlarda bir Gül yeri Gül yerinin istisi
heç vaxt ilməyə gəlməyən yalqızlığın heyva rəngi
ağrının qətliyamına zorlanan ruhun məkanı
tikmədə can canda boşluq boşluğun gömgöy soyuğu
sözə cidarlanıb qalmış miskin sonun boş fürsəti
nəfsin vurulmuş boynundan asılmış ölü ehtiras
tikmədə Gül  
Gülə heyrət
heyrətdən tutulmuş dilin
mübarək «ol!» kəlməsinə tükənməyən titrəyişi



2. ölüm ilmələri

havada boş öpücüklər havada quş tükü yalqız
ağrıları götürən su ölümdən öncəki dilək
gözəl qiyafətlər cadulanmış vücudlarda soluq-soluq
dikəlməz yaş kəfənlərdən yulğunların qoxusu artıq
sınıq bir gül budağında iki quş qanad-qanada
boynu bükük afətlərin şəklini soldurur zaman

ağrılar can uçağında ölüm çəkisizliyə varmada
gözün qulağın ürəyin sorğuları başlanmada
sınıq gül budağındakı iki quşdan biri uçmuş
havada heç nə heç nə
havada  quş tükünün boş yeri
boynu bükük afətlərin şəkli kimi zaman soluq
bircə  salxım yasəmənlə qurumuş bir insan nəfsi  
boş qalmış can məkanında sonun məhrəm rütubəti


3. yaddaş ilmələri

canda yaddaş
yaddaşda toz basmış güzgü
güzgünün tozuna yazılmış boynu bükük bir kəlmə söz
yaddaşda gənc bir ana bəxtinin ləçəklərinə  
beşikdə ağlayan çocuğun şeh  kimi çilənən səsi
canda fələyin qara sevdalarla ölçdüyü
qəflət yuxularının sonu bilinməz uzunluğu
yaddaşda doğmuş ayın aydınlığına dartınan suların canı kimi
canı əzablara dartınan bir aşiqin haqdan gələn yalqızlığı
yaddaşda xoşbəxtliyin fani görkəmindəki çamur sıyıqlığına
«gəl, keç» işarəsiylə başlanan ölüm yürüşü



4. eşq ilmələri

canda bütün ilmələr Gülün nəfəsiylə çözülür
bir hal sorğusundan bağrının içi uçuqlayır qafilin
ilməsindən göz yaşı damır çözüm anı gəldiyində
canda aşiqin halı bir  başqa
tikmədə ilməsi bir ayrı
sona varınca hər ilmə bir çıraq olur gorunda aşiqin
canın saleh diləyinə eşqin işığı gordan da gəlir  
Gülün nəfəsindən o yana yolu olmur səsin canda
sonda eşq varsa gedər-gəlməz qapanmış demək
səs də söz də ruhun yükündə Gülün nəfəsinə dəyib qayıdır
əzablardan oyadır aşiqi ölümsüzlük yağmuruna
olmuşlardan qaldırır olacaqlara qafili
səs də söz də qayıdıb qonunca dodaqlara
eşqi Gül qoxulu şükranlar sarır tikmədə
canda bütün ilmələr Gülün kərəminə bağlıdı çünki
Gülün kərəmindən yağır ölümsüzlüyün yağmuru
ölümsüzlüyün yağmuru dirildir aşiqi eşqə


5. halallıq ilmələri

sona varan durdurulmur üzünə baxmırsa qədər
havada yalqız quş tükünün yerində gömgöy sükut
canda haqqın sorğusuna ilməsi qaçmış cavab
canda yaşanmış bir fani günə verilmiş halallıq kimi
bir çocuğun ilməyə gəlməz çiliklənmiş gülüşü
gülüşdə qeybə aparan canın rəhmət dolu işığı
tikmədə son ilmə
tikmədə gecikmiş zühurun ağappaq yolu
yolda can
canda Gül
sönmüş nəfsin bomboz külü


6. inam ilmələri  

canın küləktutanında sözün qapısı taybatay
mizanda  gül ləçəyinin mislinin çəkisizliyi
keçən günün kətan boyu axan ölgün boyaları
açıq qalmıış bir cüt gözdə göllənən nurun imdadı
divarlara mismarlanan sükutun çarəsizliyi
aşiqliyin məqamında əzablara asilərin  
dərgahlarda bükük boynu sökük bağrı boş əlləri


7. qiyamət ilmələri

qırxillik gurşad kəsilib
sur dinir sonuncu kərən
suları yıxan alovun üstündə atlı kölgəsi
müjdələnmiş aşiqlərin başlanan ilk ziyafəti
burulğandan düşüb gedən minillik gor sakinləri
sağ əldə əməl dəftəri baqi ömrün yiyələri
şair sözü söz şairi ana balanı tanımır
batil bir ömrün yiyəsi su deyə-deyə yürüyür
cırılmış əməl dəftəri sol əlində  parça-parça
çırpır kəfənin tozunu həşirin sonsuzluğuna

tikmədə qum dənələri hər zərrədə boş bir fəza
hər ilmənin çözümündə çırpınan qanad səsləri
sonuncu qırıq ilmədə sonsuz üzgün bir uğultu
hərdən görünüb yox olan o Tək İşığın haləsi

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.