Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatıyla əməkdaşlıq görüşü keçirib
12.05.15

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatıyla əməkdaşlıq görüşü keçirib.

“Pen” Yazıçılar Təşkilatının rəhbəri Yirji Dyedyecek qonaqları salamlayaraq, ədəbi əməkdaşlıq haqqında danışıb: “Pen” Təşkilatının əsas işi, dünya yazıçılarının kitablarını nəşr edərək, onlara kömək göstərmək, həmçinin Praqada keçirilən ədəbiyyat festivallarını təşkil etməkdir. Azərbaycanda Tərcümə Mərkəzi kimi, ölkəsinin ədəbiyyatının dünya dillərinə tərcüməsi və təbliği ilə məşğul olan belə bir böyük təşkilatın olması, hər iki ölkə arasında ədəbi əlaqələrin qurulması işinə geniş imkanlar yaradır. Azərbaycan ədəbiyyatının seçmə nümunələrinin çex dilinə, eləcə də bizim ədəbi nümunələrin sizin dilinizə çevrilməsini, hər iki xalqın bir-birini yaxından tanıması istiqamətində atılacaq əhəmiyyətli addım hesab edirəm. Biz istərdik ki, hər iki ölkənin məlum-məşhur müəllifləri deyil, yeni dövr ədəbiyyatının aparıcı nümayəndələrinin əsərləri Azərbaycan dilinə çevrilsin. Eləcə də Azərbaycan ədəbiyyatının müasir nümayəndələrini çex oxucularına təqdim etmək istərdik. Biz ən qısa vaxtda Azərbaycan dilinə əsərləri çevriləcək müəlliflərin tam siyahısını və kitablarını Mərkəzə təqdim edəcəyik”.

Daha sonra Mərkəzin direktoru Afaq Məsud fikirlərini bölüşüb: “Mərkəzin dil və tərcümə sahəsi üzrə fəaliyyəti çoxşaxəlidir. Sizinlə görüşümüzün məqsədi, ölkələrimiz arasında ədəbi əlaqələrin qurulmasını təşkil etmək, hər iki ölkənin ədəbiyyatını bir-birinə yaxından tanıtmaqdır. Biz, indicə sizin Milli Kitabxanada olduq. Təəssüflər olsun ki, orada Nizami Gəncəvidən savayı, Azərbaycan ədəbiyyatına dair heç bir kitab yoxdur. Lakin Azərbaycan, həqiqətən, zəngin ədəbi xəzinəyə malikdir və biz istərdik ki, bu xəzinədən çex oxucusu da xəbər tutsun”.

Görüşdə Çexiya Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Helena Provaznikova, “Azərbaijan Student Network” təşkilatının Praqa ofisinin direktoru Eldar Vəliyev, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktor müavini Zakir Fəxri, çex şair və yazıçıları iştirak ediblər.

Xatırladaq ki, bu il Çexiyada keçirilən Praqa Kitab Sərgisində ölkəmizi Tərcümə Mərkəzi təmsil edir.

Artpress.az

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.