Oğuz Ayvaz - Qara "Niva"
14.05.15

Artpress.az gənc yazar Qğuz Ayvazın Qara" Niva" hekayəsini təqdim edir.

Qara, banında dörd fara olan, qorxulu Amerika filmlərini xatırladan  “Niva” dayanacağa yaxınlaşdı. Kinolarda belə maşını adətən manyaklar, ya da şər-şıltaq işlərlə məşğul olanlar sürür. Ona görə də “Niva”nı  gözüm almadı. Həm də içimə nəsə xoş olmayan bir his doldu.

Dayanacaqda dörd nəfərdik. Avtobus-filan gözləmirdik. Eləcə dayanıb mırt döyür, gəlib keçənlərə baxırdıq. “Niva” yanımızda dayandı. Sükanın arxasındakı bizim məhlədə qalan Xəlil idi. Onu uzaqdan tanısam da heç bir yaxınlığım yoxdu.Yanımdakı üç nəfərinsə onunla arası saz idi. Uşaqlar daim yaşlarından böyük görünmək üçün həmişə ona yarınır, Xəlilin böyür-başında hərlənirdilər. O iki il həbsxanada yatdığına görə uşaqlar az qala ona igid bir adam kimi baxır, onun gözünə girməyə çalışırdılar. Amma məhəlləmizin arvad qarışıq kişilərinin Xəlildən zəhləsi getdiyini bilirdim. Ondan söz düşəndə analarımız üz-gözünü büzüşdürər, onu içki düşgünü, nəşəxor, avara adlandırardılar. Xəlili tay-tuşu ilə oturan görməmişdik, həmişə cavan uşaqları başına yığar, nəsə danışar, onlar da kişinin ağzından çıxanı başlarının tərpənişi ilə təsdiq edərdilər.

Xəlil həmişə üzündə saqqal saxlayır, üzdən zəhimli görsənməyə çalışırdı. Arvadı, üç də   oğlu  vardı. Arvadından söz düşəndə məhəllə arvadları üz-gözünü çimçəşdirər, öz aralarında biz eşitməyək deyə astadan pıçıldaşardılar. Xəlil sükanın arxasında durub yanımdakı uşaqlarla ordan-burdan danışandan sonra,  “gəlin kafeyə gedək” –dedi.
Oruc  o saat “yaxşı, əmi, gəlirik”- dedi. Uşaqların sevinci üz-gözlərinə vururdu. Xüsusən gülümsünən Turalın küt sifəti adamın gözünə girirdi. Atası onu anası ilə evdə qoyub Rusiyaya iş dalınca getmiş, bir daha qayıtmamışdı. Onun hər axşam işdən dönən anası yanımızdan keçəndə tərs-tərs bizə baxır, oğlunu qabağına qatıb danlaya-danlaya evlərinə aparırdı. Bu arvadın nədənsə bizi görməyə gözü yoxdu. Hamımızı avara, axmaq sayır, oğlunun bizimlə oturub-durmasından aşkar acığı gəlirdi.

Onlar maşına doluşanda Oruc mənim kürəyimdən yüngülcə itələyərək “gəl, sən də gedirsən” – dedi. Tanmadığım, bilmədiyim bir adamla nə işim? Özü də Xəlil dura-dura Orucun məni dəvət eləməsi bir az düz çıxmırdı. Yalandan bəhanə gətirib dedim ki, işim-gücüm var, sağ olun.

“Nə sağ ol, ə.Atdan görək!” - Xəlil saqqalını sığallayıb ərklə mənə göz vurdu. Bir az ürəkləndim. Nə vaxta qədər bir yana getmək istəyəndə bəbə kimi anamdan icazə almalıyam? Buna görə həmişə uşaqların qınağına tuş gəlirəm. Onlar durmadan məni ələ salıb gülürlər.

Maşına minib uşaqların arasına pərçimləndim. Tərpəndik. İlk dəfə idi ki, belə sərbəst, öz başının ağası olan dəstəyə qoşulurdum. Məmnun idim.

Oruc irəlidə Xəlilin yanında oturmuşdu. Onlar dünənki “razborka”dan danışırdılar. Yanımda oturmuş Taleh yekə-yekə:
- Əmi maşını bərk sürür ha!! – dedi. - “Niva” sağ-sol hərəkətlər də edir. Elə bilirsən bunu çoxları bacarır?Bu vaxta qədər onun maşınını saxlaya bilməyib.Əmi o saat qaza basıb aradan çıxıb!

Xəlil Orucla söhbət eləsə də qulağı bizdə idi, Talehin onu tərifləməsindən xoşu gəldiyini heç gizlətmir, məmnun-məmnun qımışırdı.

-Birdən qorxub edərsən ha. -Taleh mənə deyirdi. - Bizi biabır eliyərsən.

-Yox, qorxub eləmərəm, əşi. - Alçaqdan cavab verdim.

Onların bir dəstəsi var idi.Bütün gün həmin oğlanlardan danışırdılar, deyirdilər, onlar kimisi şəhərdə yoxdu, belə vuran-tutan ciyər oğlanlardı. Daha ağzından süd iyi gələn “mama uşaqları”nın tayı deyillər.

Biz də ağzımızı açıb heyranlıqla onlara qulaq asardıq. Nə isə, Orucla və Taleh idmançı, “türemşik”, avara, oğru dostlarından danışmaqdan yorulmazdılar. Həmişə özlərini onlara oxşatmağa çalışardılar. Hələliksə özləri demiş Xəlilin yanında lövbər salmışdılar.Başçıları, məsləhət verənləri də Xəlil idi. Ona “əmi” deyər, onu öyüb dağın başına qoyardılar. İndi mən də bu igidin maşınında arxada oturub Talehin danışdıqlarına qulaq asırdım.

Qara “Niva” kafelərin birinin qabağında saxladı. Həyət səliqə-sahmanla süpürülmüş, döşəməyə su səpilmişdi. Həyətdəki stollar tutulmuşdu.Yeyib-içən də vardı, çay horuldadan da. İçəri keçdik. İrəlidə Xəlil, ortada Taleh, Oruc, Tural, axırda da mən. İçərisi dumanlı və sıxıcı idi.Televizorda isə meyxana göstərirdilər. İçərdəkilərin hamısını gözü ekranda idi. Elə hey meyxanaçıları tərifləyir, onlara azarkeşlik edirdilər.

Xəlil ev sahibi kimi üzünü bizə tutub: - Keçin əyləşin. - dedi.

Oturduq. Bir az keçməmiş ofsiant qız bizə yaxınlaşdı. Solğun üzü vardı. Amma gözü qaynayır, Xəlilə baxırdı. Qız nə sifariş edəcəyimizi soruşdu. Xəlil: -Çay, bir də araq gətir. - dedi.

Mən isə bu vaxta qədər bir kimsəyə göstərməyə cəsarət etmədiyim siqaret qutusunu cibimdən çıxarıb şəstlə stolun üstünə qoydum ki, qoy Xəlil görsün ki, mən onun güman elədiyi kimi uşaq-muşaq deyiləm.

Xəlil siqaret qutusunu götürüb ora-burasına baxıb: - Niyə belə ağır siqaretdən çəkirsən? – dedi. - Dərdin zadın var, qaqaş?
-Yox, heç nə yoxdu, elə-belə çəkirəm da.- dedim.

Oruc: - Xəlilə “əmi” de, eşitdin, ə? - deyə üstümə şeşələndi. Bir az özümü itirdim. Xəlil dedi ki, məndən balaca uşaqlar, yəni, sizin yaşda olanlar mənə “əmi” deyirlər. Sən də elə desən yaxşı olar, qaqaş. Oldu?

-Oldu, əmi.

Mən isə qorxaqlığımdan, çarəsizliyimdən ona “əmi” dedim.

-Sənin dərdin deyəsən sevgidi hə? Qız istəyirsən deyəsən hə?

-Hə, istəyirəm, əmi.

- Kimi?

Mən  kirimişcə durdum. Oruc və  Taleh:- Biz bilirik kimi sevdiyini...- deyə xorla səsləndilər. Biri Günayı, biri isə Gülarənin adını çəkdi. Mən  gülümsündüm ki, Günay mənim əvvəllər sevdiyim qız idi. İndi çoxdan o məsələ bağlanıb.
Taleh isə Gülarəni demişdi. O bunu düz tapmışdı. Orucun balaca qardaşı: - Onda mən tez tapdım hə? - deyə Taleh həvəslə dilləndi.

-    Hə, haradan bilirsən? – soruşdum.
-    Sənə nə var ilk baxışdan tapdım da.
Mən çox pis olmuşdum. Gülarəni balacalıqdan sevirdim. Onunla yaşanılan eşq macərasını bir iki yaxın dostlarım bilirdi.
Xəlil:

- Danış görək nə məsələdi? – deyə mənə sarı çevrildi.

- Əmi, mən o qızı uşaqlıqdan istəyirəm, əvvəl o məni sevirdi. İndi isə yox. Qız bizim məhlədə qalır. Hə, qonşumuzdu.

- Qıza neyləmisən ki, səni daha sevmir? - Xəlil deyəsən məndən əl çəkmək istəmirdi.

- Nə bilim ee, keçmişdə qardaşını döymüşdüm. Ondan sonra küsmüşdü, üzümə baxmırdı. İndi də elə yəqin ki, sevmir.

     Beləcə bu eşq macəramı ordan-burdan qısa olaraq Xəlil və onun can qardaşlarına danışdım.

Xəlil dedi:
- İndi səni başa düşürəm ki, həm dərdlisən, həm də ağır siqaret çəkirsən.

Xəlildən heç də sıxılmırdım, həm də onun bir ayağı topal idi. Maşın qəzasında olan bir şey idi.

Oruc mənə səsləndi:

- Ayə, sənin sevgin lap “Leyli və Məcnun”dan da betərdi.

Çaylar artıq gəlmişdi. Mən stəkanda süzülmüş çayımı dilimə vurmadan elə hey siqaret çəkirdim. Xəlil “sən öl qaqa, kefini pozma istəyirsən, qızı bu saat “Niva”mla qaçırdaq?

- Yox, yox... – deyə mən əndişəli vəziyyətdə dilləndim.

     Mən əmiyə dedim ki, Orucnan Taleh mənə çox sataşırlar ee, lap bezdiriblər bunlar. Bu iki qardaşdan mən və bəzi məhəllə uşaqlarının zindeyi zəhlələri gedərdi. Mənim məhlədə ən çox istədiyim və qardaşyana hörmət elədiyim uşaqlar da var idi.
Artıq saat on iki idi.Biz qara “Niva” ilə məhəlləyə sarı sürdük. Əmi dedi ki, sən yaxşı oğlansan.Bunlar səni başa düşmürlər. Kim sənə bizim məhəllədə və ya başqa səmtdə sataşsa mənə gəl de.

“Yaxşı əmi, oldu” – deyə mən sakit mızıldandım. Qara “Niva” artıq yataxanamıza, yəni, məhləmizə çatmışdı. Mən maşından düşüb uşaqlarla və Xəlilə sağollaşdım. Binanın içərisinə daxil oldum dar pilləkənləri çıxa-çıxa Gülarənin gözlərini düşünürdüm.

Yenililklər
03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
13.12.23
Yun Fossenin Nobel mühazirəsi
11.12.23
2024-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb
11.12.23
Moskvada Əsgər Məmmədovun “Nar dastanı” adlı rəsm sərgisi açılı
11.12.23
Mixail Lermontov - Vəsiyyət    
11.12.23
Tutu Ağayeva - "Gözəgörünməzlər"in görünən və görünməyən tərəfləri
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.