Rövşən Yerfi - Badbaxtlar...
15.05.15

Neçə aylar idi qəsəbəyə yeni icra başçısı təyin olunmuşdu. Özünü qəsəbənin xanı hiss edən başçını yerli əhali öz aralarında “ehtiram” əlaməti olaraq Yekəxan müəllim adlandırırdılar. Yəni yekə, böyük xan. Həqiqətdə ölkədə ondan da böyük  xanlar mövcud olduğundan BÖYÜKLƏR-in xətirlərinə dəyməməsi üçün böyük sözünü yekə ilə əvəzləmişdilər.

Yekəxan müəllim əvvəllər kiçik qəsəbələrdə də icra başçısı işləyəndə aktiv, fəal məmur kimi ad çıxarmışdı. O, təkcə pul yığmaq yox, pulun yerini axtarıb tapmağı da bacarırdı. Odur ki, bu qəsəbəyə başçı təyin ediləndə pulyığmaq qabiliyyətinin nəticəsi olaraq heç nəsiz post tutmasına ürəyində xeyli sevinmişdi. Bu elə bir zamanda baş vermişdi ki, “korrupsiyaya qarşı geniş mübarizə” kampaniyası  başlanmışdı. Amma, heyf ki, Yekəxan müəllimin sevinci uzun çəkməmişdi. Təyin edilən gündən bir həftə sonra BÖYÜKLƏR-dən biri kabinetinə çağırıb ona haqq-hesabı xatırladıbmış. Necə deyərlər: ”slujba” öz yerində, “drujba” öz yerində”...Haqq-hesab da nə qədər olsa yaxşıdı – təzə maaşın on ili həcmində!.. Deyilən pulu Yekəxan müəllimin birdəfəyə vermək imkanı çatmadığından möhlət istəmişdi...

O, korruusiya – filan söhbətlərinə baxmayaraq işin gec-tez belə olacağını uzun illərin məmuru kimi gözəl bilirdi. Başqalarından əvvəlcədən alındlğı halda, ondan təyinatdan sonra haqq istənilməsini, ona qarşı BÖYÜKLƏR tərəfindən edilən jest, hörmət hesab edirdi. Məlum idi ki, az müddətə, necə var, etimadı dqğrultmalıydı. Təcrübəsindən bilirdi nələri etmək lazımdır. İdarəsinin baş mühasibinə göstəriş verdi ki, onun icazəsi olmadan dövlətdən ayrılan büdcədən bir manat belə işlədilməsin. “Guya” ötən başçıdan qalan itkilər aradan qaldırılanadək bütün maddi ayırmalar – güzəştlər, yardımlar, mükafatlar, mənasız ictimai tədbirlər dayandırılsın, daha çox məhəllə başçılarının daxili imkanlarından istifadə edilsin! Sonra, abadlaşma adı altında qəsəbədən keçən yolların, mərkəzi küçələrin ətrafındakı mağaza və ticarət köşklərini sökdürdü. Küçələri sağdan və soldan yarım metr böyüdəndən sonra . yenidən yol kənarlarını əvvəlki obyekt sahiblərinə təzə qiymətlə satdı. O, “aylıq pulun” artırılmasından narazılıq edən, qəsəbənin “ziyalıları, elitası” sayılan obyekt sahiblərinin hamısına müavini vasitəsilə ismarıc göndərdi: “Ağlınızı itirməyin, ağıllı olun. Birdəfəlik anlayın, başınızı aşağı salıb sakit çörəyinizi qazanmaq istəyirsinizsə hər ay başçını lazımi qaydada “görmək” vacibdir !.. Necə deyərlər: “slujba” öz yerində, “drujba” öz yerində...”

Elə bu ismarıcın ardınca qəsəbədə ədalətsizlik başlamışdı “at oynatmağa”. Baş verən “hərki – hərkilikdən” Yekəxan müəllimin xəbəri vardı, heç vecinə də deyildi. Nə də özünü günahkar  saymırdı. Çünki, “yuxarı” ondan ədalətdən öncə “haqq” tələb edirdi. Təkcə ehtiyatlandığı, çox da ağ eləyib BÖYÜKLƏR-in qınağına tuş gəlməsiydi.

Əsas məsələlərdən biri də BÖYÜKLƏR keçən küçələrin tez-tez rənglədilməsiydi. Xüsusilə, kasıblar məhəlləsindəki yoxsulluğu, səfaləti onların görməməsi üçün, “daxili imkanlar hesabına” küçələr boyu üstü bəzəkli, hündür divarlar tikdirmişdi.

İllər keçdikcə camaat da yaranmış haqsızlıqlara artıq alışmış, vərdişini almışdılar. Alışmayıb neyləyəsiydilər ki... Əvvəlki başçının dövründə səsini qaldıranlar olmuşdu. Nə dəyişilmişdi? O zaman etirazçıların hərəsini bir yolla  yerində otuzdurdular. Narazılar yuxarıların diqqətini çəkmək üçün piket, mitinq eləmək istədilər. Başçı polis dəyənəyi ilə iştirakçıları döydürüb meydanlardan qovmuşdu. Bir növ başa salmışdı ki, sərbəst toplaşmaq azadlığı yalnız onun icazəsi ilə mümkündür, vəssalam. Əks halda anarxiyaya imkan verməyəcək.

Əslində isə anarxiyanı özü yaratmışdı. Sakinlərin dərdi-səri, kasıb-küsubu ilə maraqlanmaqdansa, qəsəbənin ən gəlirli işlərini öz adamları arasında ata malı kimi bölüşüb pul toplamaqla  məşğul idi. Piket, mitinqdən bir iş çıxmayacağını anlayanda camaat BÖYÜKLƏR-ə şikayət məktubu yazıb yüzlərlə, hətta minlərlə imza topladılar. Vəziyyət o dərəcəyə gətirilmişdi ki, köhnə başçı daha artıqlaması ilə ziyanını çıxarmış, yuxarıdakılar da ondan gələn şikayətlərdən yorulmuşdular. Belə olduğu üçün BÖYÜKLƏR vətəndaşların tələbinə uyğun problemin həllini tapdılar: başçıların yerlərini dəyişdilər. Yekəxan müəllimi bu qəsəbəyə, köhnəni isə onun yerinə təyin edilməklə məsələ yoluna qoyuldu. Bir başçını, daha doğrusu bir pul “sağıcısı”nı digəri əvəzlədi...    

Yekəxan müəllim ilyarım işləyəndən sonra camaat yağışdan çıxıb, yağmura düşdüyünü dərk etdi. Özbaşınalıq azalmaqdansa artmışdı. Keçmiş başçı rüşvəti qazancı olanlardan istəyirdisə, yeni gələn ucdantutma bütün obyektləri “nəzir-niyaz” verməyə məcbur edirdi.

Şübhəsiz, Yekəxan müəllim başçılıq etdiyi qəsəbəyə bütövlüklə icarəyə götürdüyü öz obyekti, “müəssisəsi” kimi baxır, özünü baş icarədar duyurdu. Onun ən ümdə vəzifələrindən biri vaxtlı-vaxtında yuxarılara icarə haqqını ödəmək idi. O, da əvvəlki yerli başçının yolu ilə gedərək kənarda yaşayan qohum-əqrəbasını başına yığıb “komandasını” düzəltmişdi. Aşkar idi ki, o, buralı deyildi. Deyilənə görə Yekəxan müəllim Məmmədhəsən əminin eşşəyini əlindən alan Xudayar bəyin nəslindən imiş. Xudayar bəyin nəvə-nəticələri isə ölkədə o qədər törəyib artmışdılar ki, onlarla nəinki, hər qəsəbədə, az qala hər məhəllədə rastlaşmaq olardı.

Narazı olsa da camaatın yenidən etiraz aksiyalarına başlamağına tamam həvəsi sönmüşdü. Başçının dərəbəyliyinə dözmək istəməyən, özlərini ziyalı hesab edənlər təzədən BÖYÜKLƏR-ə müraciət üçün  imza toplamaq çağırışı etdilər. Gəl ki, hər təzə gələn başçının əvvəlkindən də insafsız olduğunu görən camaatın  “HALAL”  başçının mümkünlüyünə inamları tamam  itmişdi. Bir yolu vardı, onu özləri seçmək. O halda da BÖYÜKLƏR-i qəzəbləndirərdilər ki, siz başçı seçənsinizsə, onda biz nəyə gərəyik?!

Bir çoxlarını da başçı dolanışıqla, işlə, ev növbəsi ilə, imtiyazla əl-qollarını bərk-bərk bağlamışdı , səslərini çıxara bilmirdilər. Ona görə də Yekəxan müəllimin “radikal müxalifət”  adlandırdığı ziyalılar deyilən dəstənin təşəbbüsü ilə yazılan məktuba gücbəla ilə cəmi vur-tut, qırxdan bir az çox imza toplanmışdı. O da aydın olmuşdu ki, həmin adamların  xeylisinin pasport qeydiyyatları qəsəbəyə aid olsa da, həqiqətdə şəhərdə yaşayanlardır. İmzaların ötən dəfəkindən min dəfələrlə az yığıldığını görən etirazçııların öndə gedən lideri aksiyanın təxirə salınmasını məqsədə uyğun saydı:
-Nəticədən belə çıxır ki. vətəndaşlar öz başçısının özbaşınalığından hələ  yetərincə narazı deyillər və çoxluq başçının dəyişilməsini istəmir. Nahaqdan onu “yekə” adlandırmırlar. Demək, belə çıxır ki, xalq özünə layiq “sevimli başçısını” tapıb...

Məsələdən hali olanda Yekəxan müəllim qıçlarını özünəməxsus qaydada bir-birinin üstünə aşıraraq başçı kreslosuna yayxanıb piyli qarnını qaşıya-qaşıya, niyyətləri baş tutmayan etirazçılara doyunca gülmüş, uğunduğundan amanı olmayıb bircə kəlmə söz deyə bilibmiş:
-Badbaxtlar...
Başçı haqlı idi: heç demə bu boyda xoşbəxt qəsəbənin ən bədbəxtləri bu zavallılar imiş... Çünki, “yekə həqiqət” onlara hamıdan gec çatmışdı... 

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.