Zakir Fəxri orta məktəb şagirdləri ilə görüşüb - FOTOLAR
23.05.15

Nərimanov rayonundakı 39 saylı orta məktəbin şagirdləri tanınmış şair Zakir Fəxri ilə görüş keçirib. Görüşdə Millət vəkili, yazıçı Aqil Abbas, yazıçı-tərcüməçi Etimad Başkeçid də iştirak ediblər.

Məktəbin Akt zalında baş tutan tədbirdə şagirdlər, müəllim korpusu, içtimaiyyət nümayəndələri, ziyalıların iştirakı ilə, Zakir Fəxrinin Qarabağ döyüşlərində igidliklə şəhid olan, Azərbaycanın milli qəhrəmanı Şahlar Şükürovun xatirəsinə həsr etdiyi “Yaza və yoza bilmədiyim yuxu” əsərinin içtimai müazkirəsi keçirilib.

Mərasim Azərbaycan Respublikasının dövlət himni ilə başlayıb. Sonra tədbirin aparıcısı Zakir Fəxri haqqında görüş iştirakçılarına məlumat verib, onun yaradıcılığı haqqında danışıb.

Məktəbin şagirdləri Zakir Fəxrinin Milli Qəhrəmana həsr etdiyi əsərdən parçalar səsləndirib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, vətənpərvərlik mövzusunda təsirli səhnəciklər göstəriblər.

Millət vəkili, yazıçı Aqil Abbas Şahlar Şükürov haqqında xatirələrini danışıb, onun xalqını, vətənini sevən igid olduğunu deyib. Zakir Fəxri yaradıcılığınadn söz açan Aqil Abbas şairin şeirlərinin poetik gücünü önə çəkərək vurğulayıb ki, onun şeirlərində səmimiyət, sadəlik və metafizik təfəkkür əsas yer tutur. Millət vəkili şairlə keçirilən göürüşü əlamətdar bir hadisə kimi dəyərləndirərək şagirdlərin yaddaşında iz buraxacagını qeyd edib.

Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi isə çıxışında orta məktəblərdə şair və yazıçılarla belə göürşlərin keçirilməsinin olduqca əhəmiyyətli olduğunu bildirib. O belə görüşlərin keçirilməsinin Təhsil nazirinin göstərişi olduğuna diqqət çəkərək bu cür görüşlərin şagirdlərin təlim-tərbiyyəsində rol oynadığını, onları gələcək həyata hazırladığını deyib.

Sonra söz Zakir Fəxriyə verilib. Şair əvvəlcə belə bir tədbiri təşkil etdiyinə, onu şagirdlərələ görüşə dəvət etdiyinə görə məktəbin direktoru Tahirə Şükürovaya təşəkkür edib. Milli qəhrəman Şahlar Şükürovla dostluğundan danışan şair onu hər zaman xatırladığını bildirib: “Şahlar Şükürovla ilk tanışlığımız 1984-cü ildə Ucardan başlayıb. O vaxtı dostumuz Adil Minbaşı Ucarda hakim işləyirdi. Yolumuzu ucardan salmışdıq. Adil Minbaşı dedi ki, Zərdana getməliydik, dostumuz orda prokuror təyin olunub. Zərdab-Ağcabəsi yolunun üsündə restoranda görüşümüz oldu. Məclisə aşıq da dəvət olunmuşdu. Məclisin məndən təkidlə xahiş etdilər ki, şeir oxuyum. Sazın müşayəti ilə “Qalmaz belə, qalmaz dünya” və “Qaytar ana, qaytar məni beşiyə” şeirini dedim. Bu günki kimi yadımdadı, məclisdə ən çox təsirlənən Şahlar idi, çox kövrək adam idi, doluxsunmuşdu. O gündən başladı bizim dostluğumuz. Fələkdən oğurladığımız o gün bizi qardaşlaşdırdı, doğmalaşdırdı. Tez-tez görüşüb dərdləşirdik ”.
Daha sonra Zakir Fəxri şagirdlərin suallarını cavablandlrıb, onlara öz tövsiyyələrini verib. Yaradıcılığına verilən qiymətə görə tədbir iştirakçılarına minnətdarlıq edib.

Tədbirin sonunda şairinin sözlərinə yazılmış dillər əzbəri olan “Qalmaz belə, qalmaz dünya” mahnısı səsləndirilib.







































































































































































































































































Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.