Ülkər Piriyeva - Doktor Cavad Heyət Bilik Fondunda anıldı
27.05.15

May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Beynəlxalq Komitəsi və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq dərgisinin təsisçisi və baş redaktoru olmuş, Türkologiyaya aid 7 cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif Universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin “altın doktoru” adını almış professor, doktor Cavad Heyətin 90 illiyi ərəfəsində  anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Doktor Cavad Heyətin həyatına həsr olunmuş sənədli filmə baxdılar.

Tədbirə giriş Bilik Fondunun icraçı direktoru Oktay Səmədov anım tədbirini açıq elan edərək Cavad Heyətin səhiyyədəki, ədəbiyyatdakı rolundan danışmasıyla başlandı. Bu şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan icraçı direktor onun irsinin qorunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayaraq, sözü Cavad Heyəti daha yaxından tanıyan onun tələbələri, ailə dostları və onun yolunun davamçılarına verdi.

Akademik Tofiq Hacıyev Cavad Heyətlə bağlı xatirələrini bölüşüb. Doktor Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” dərgisindən, dərginin İran türklərinin milli şüurunun oyanmasında oynadığı roldan danışdı.

Daha sonra, Doktor Cavad Heyətin xatirələrini Azərbaycan türkcəsinə çevirən AMEA-nın Əlyazmalar İnstitutunun elmi işçisi Əkrəm Bağırov deyib ki, onun xatirələrini tərcümə etdikcə alimi daha çox tanıyıb, yaxından ünsiyyətdə olub, doğmalaşıb. Sanki, həmin xatirələr onun gözünün önündə baş verib. Sadəcə, təəssüf hissi keçirdibki, kaşki, sağlığında onunla görüşmüş olaydı.

Doktorun ailə dostu Zülfi Baxışəli Cavad Heyətin şəxsi məziyyətlərindən söhbət açıb. Onun Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, eləcə də İstanbul Universitetinin fəxri doktoru olduğunu xatırladıb.

Tədbirdə həmçinin Bakı Slavyan Universitetinin dekan müavini Manaf Kərimov, tələbə, dinləyicilərdən Ülkər Piriyeva,  Günay Həsənli, Şəfa Piriyeva, Taleh, Vəli Efe, Əfsanə xanım və digərləri iştirak edirdilər.

Həmçinin AMEA-nın üzvləri olan gənc türkoloqlar və eləcə də, Cavad Heyəti sağlığında daha yaxından tanıyan və onun tələbələri olmuş gənc alimlər çıxış edərək, xoş xatirələrinin tədbir iştirakçılarıyla bölüşdülər. Tədbirin sonunda Doktor Cavad Heyətin müxtəlif vaxtlarda çəkilmiş ən maraqlı fotoları slayd şəklində nümayiş etdirildi. Bilik Fondunun icraçı direktoru sonda Kamal Abdulla dından gələn iştirakçılara təşəkkürünü bildirərərək tədbiri sona yetirdi.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.