Nicat Həşimzadə - Öz nəğməsini oxuyanlar
01.06.15

Stefan Sveyqin “Dünənin dünyası” kitabı haqqında məqalə yazmışdım. Maraqlananlar "Google"də Nicat Həşimzadə "Sveyq vicdanın özüdür" yazıb axtarışa versələr rahatlıqla tapıb oxuya bilərlər. Bu dəfə “Kazanova” əsəri haqqında yazıram. 

Sveyqin  gəncliyi haqqında o qədər də çox məlumat yoxdur. Kazanovanı oxuyanda müəyyən mənada Sveyqin gənclik dönəmini təsəvvür etmək olar. "Kazanova" adlı bioqrafik hekayəsi onun "Öz nəğməsini oxuyanlar" kitabındakı üç hekayədən biridir. Kazanova obrazı dünya ədəbiyyatında Don Juan, Jan Valjan, Raskolnikov qədər məşhur olan obrazdır. Əsərdə Don Juanla Kazanova arasındakı fərqlər göstərilib. Don Juan qadınları aldadır, öz məqsədləri naminə istifadə edirdisə, Kazanova onlara istədiklərini verirdi. Qadınlar onunla sevişmək, dost olmaq istəyirlər. Həyya Kazanovanın unutduğu qadınlar da onun haqqında müsbət fikirlər danışırlar. O, həm də şeirlər, memuarlar yazır. Fəlsəfədən danışdığı zaman insanlar əsnəməmək üçün xeyli zəhmət çəkməli olurlar. Həssas insandır, lakin şeir həssaslığından, poetik duyğusallıqdan uzaqdır. Zövq almaq üçün əxlaqsızlıq edə bilər, onun üçün əxlaq çərçivəsi yoxdur. Kazanova düşüncəsinə görə Əxlaq bir heçdir. Çox qəribədir ki, insanların yaddaşında ciddi şairlər, intelektual filosoflar, tarixçilər yox, Kazanova özünə yer tapıb. Bəs  uğurunun sirri nədir?

O, həyatını sadə formaya sala bilir, kiçicik bir zövq üçün istənilən qurbanı verməyə hazırdır. Ölümsüzlüyə inanmır, bilir ki, həyat tükənir, yaşam əbədi deyil. Əgər Kazanovanın xarakterini bir cümlə ilə izah etməli olsaq deyə bilərik ki, Kazanova zövq naminə hərəkət edən qüvvədir. Yaraşıqlı kişidir, qadınların diqqətini tez cəlb edir. Zövq hətta əxlaqdan kənar olsa belə öz nəşə qüdrətini itimir, yenə də zövq olaraq qalır.  Onun xarakterində inancsızlıq, əxlaqsızlıqla bərabər yüksək əxlaqi dəyərlər, nəzakətli davranış qaydaları da var. Kazanovanı axmaq adlandırmaq doğru olmaz. Demək olar ki, bütün qohumları şərəfli peşələrlə məşğul olurlar. O, sənətə yüksək qiymət verən burjua nəslinin nümayəndəsidir. İnsan faciələrindən xəbərdardır, hər hansısa problemdən söhbət etsəniz anlayarsız ki, Kazanova insan hisslərinə qarşı biganə deyil. Bu faciələr ona yad deyil. Çox cəsarətlidir, cəsarət təbiət tərəfindən ona verilən ən ali duyğudur. Ona bəxş edilmiş ən yüksək istedad budur. Cəsarəti sayəsində yaşamaqdan həzz ala bilir. O, elə bir həyat yaşayır ki, 100 ildə yalnız bir insan bu cür yaşaya bilər. Buna baxmayaraq Kazanovanın xarakterində bir heçlik, natamamlıq hiss olunur. Təhlükələrdən qorxmur, hər hərəkəti zövq üçün edir. Tale onu sevir, həyatla oynamaq onun adətinə çevrilib. Filosof olduğunu zənn edir. Şəhvət duyğusuna sahibdir, fəqət ruh anlayışını ona aid etmək olmaz. O  yalnız arzularının ovçusudur. Kazanova axmaqların istismar edilməsini qəbul edir, bunu həyatın zərurəti hesab edir.

Sveyq təfəkkürünə görə  zövq fəlsəfəsi eqoistlik olmadan düşünülə bilməz. Kazanova qayğısız həyat yaşayır. Onun təbiətində, həyat tərzində heç bir ciddilik yoxdur. Əksər əxlaqsızlıqlarını qadınlar vasitəsi ilə həyata keçirir. Qadınlar məsələsində çox həssasdır. Qadınlar özlərini bütünlüksə ona təslim edirlər, ona təslim olmaqdan həzz alırlar. Yalnız seksual hisslərdən ibarət olan münasibət eşq sayıla bilərmi ?  Kazanova eşq münasbətlərdə qələbə qazanan uğurlu obrazdır. O, qadınlarla münasibətdə olur, qadınlar razı qalırlar. Hətta Kazanovanın onları sevmədiklərini bilsələr də yenə də yatmaqdan imtina etmirlər. Don Juan xarakterində iblisi görən qadınlar Kazanovanı mələk sayırlar. Sveyq Don Juan obrazına qarşı Kazanovanı yaradıb. Qadınlar Kazanova ilə yatandan sonra qadın olurlar. Sveyq Kazanova ilə yatmayan qadınları yarımqadın adlandırır. Kazanova qadınları müqəddəs varlıq kimi düşünmür, onların ehtiras düşkünü, günah mənbəyi olduğunu da düşünmür. Sadəcə Tanrı tərəfindən ona verilmiş gücü qadınlar üzərində sübut edir.

Russo fransızlar üçün sevgidə sentimentallığı, Verterin almanlar üçün ehtiraslı melanxoliyanı icad etdiyi zamanda Kazanova qadınlarla sevişir və dünya yükündən belə xilas olur. Sveyq bu əsərində əksər dünya dahilərinə meydan oxuyur. Kantın doqmatizmi, Şoppenhauerin cansıxıcı fəlsəfəsi ilə məzələnir. Höte, Tolstyoy və Stendal sevgi münasibətlərini gözəl təsvir etsələr də fiziki təmasdan bəhs edən zaman yanaqları qızarıb. Kazanova isə bütün dahilərlə məzələnə biləcək obrazdır. Ən azından Sveyq belə düşünür.

Tam səmimi deyirəm, Kazanova əsərini oxumayanlar ali duyğulardan, eşq tərənnümündən, cinsəl münasibətlərin zövqvericiliyindən , qadınla davranış qaydalarından danışmasınlar.

Avanqard.net
                                                                                              

Yenililklər
09.12.23
Səlim Babullaoğlu TÜRKSOY tərəfindən təltif olundu
09.12.23
Səlim Babullaoğlu - Allah və vətən aşiqi, böyük şair
09.12.23
Bakıda “Məhmət Akif Ərsoy. Seçmə şeirlər” kitabının təqdimatı olub
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.