AYB-də 10 yaşlı Alsunun “Quş yuxusu” kitabının təqdimatı keçirilib
11.06.15

Təqdimat mərasimində AYB-nin katibi, xalq şairi Fikrət Qoca, birliyin gənclər üzrə katibi Rəşad Məcid, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları iştirak edib.
 
Tədbirdə çıxış edən Rəşad Məcid on yaşlı Alsunun ədəbiyyata, mütaliəyə olan marağından, yaşının azlığına baxmayaraq, müəllifin məsələlərə münasibətindəki özünəməxsusluğundan danışıb. R.Məcid qeyd edib ki, on yaşında kitab çıxarmaq Alsunun ədəbiyyata olan daxili tələbatından irəli gəlir: “Mən Alsunu lap uşaq vaxtlarından tanıyıram. O, iti ağlı, hazırcavablığı ilə mənim yadımda qalıb. Alsu hələ balacadır, gələcəkdə peşəsini, sənətini özü müəyyən edəcək. İnanıram ki, gələcəkdə onun kitab və ədəbiyyat sevgisi bu cür tükənməz olacaq”.
 
Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov müəllifin hekayələrindəki səmimiyyəti üslub kimi dəyərləndirib: “Bu kitab Alsunun ürək çırpıntılarıdır. On yaşlı uşağın bu cür kitabla oxucuların görüşünə gəlməsi böyük cəsarətdir və biz bu cəsarəti alqışlayırıq. Buna ancaq sevinmək lazımdır. İnanıram ki, Alsu gələcəkdə gözəl hekayələri ilə bizi yenə sevindirəcək”.
 
Xalq şairi Fikrət Qoca, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, AYB-nin katibi İlqar  Fəhmi, şair  Oqtay Rza və başqaları müəllifə uğurlar arzu edib, onun gələcəkdə Azərbaycan ədəbi və mədəni həyatında özünəməxsus yer tutacağına inandıqlarını bildiriblər.
 
Tədbirdə çıxış edən müəllif kitablara və ədəbiyyata olan marağından danışıb, təqdimat mərasiminə toplaşanlara təşəkkürünü bildirib.
 
Qeyd edək ki, Alsu şair Qulu Ağsəs və jurnalist-publisist Laura Cəbrayılının övladıdır.
 
“Təhsil” nəşriyyatında işıq üzü görən kitabda Alsunun hekayələri və esseləri və gülməcələri yer alıb. /APA/

Yenililklər
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.