Hüseyn Vahidi - Divarlar mələrkən
23.06.15

Avanqard.net cənublu yazar Hüseyn Vahidinin "Divarlar mələrkən" hekayəsini tqədim edir. Hekayə  2014/03/12-də Urmiyənın birinci ədəbiyyat mükafatında, üstün əsərlərdən biri (üçüncü) olub.



Mənə elə gəlir zaman dayanıb, günəş isə çıxandan hələdə öz çıxədığı yerindədir. Saat tik-tak, tik-tak edir, amma qabağa getmir. Yanımda oturan hər kimsə yerində donub, durğun qalıb.
-"Nömərə 127, xanım Gülnaz Allahverdi, buyurun içəri" kargüzar haray çəkərək dedi.
Ayağa qalxıram. Elə bil hamı yerində quruyub, Dəlicə qapını döyəmədən içəri keçirəm. Salamsız-nəsiz oturacaqda otururam. Həkim bəy qələm əlində quruyub masasına batıb. Başımı çevirib otağına göz atıram. Akvariumda balıqları yatıb, eləbil onlarda zamansızlayıblar. Kitablar qəfəsədə səssizcə huyuxublar. Sol əlimdə pisxologiya xəstəliyi ilə ilgisi olan lövhələr divara asılıblar. Onlarda hürüt- hürüt mənə baxıb sanki qaş-qabaq sallayıblar.
Bir an divarlardan mələmə səsi qulağımı kar eləyir. Əllərimi qulaqlarıma aparıram, amma səsə mane ola bilməyirlər. Aman Allahım, Bilmirəm nə edəm. "Mən nə üçün gəlmişdim bura?"-Özümdən soruşuram. Dilim susur. Başım yerində quruyur. Həkim tərpənmədən danışmağa başlayır:
-xanım dərdinizi buyurun...
-Mən gəlmişəm deyəm... Deyəm ki...
Dilim susur, qoymur danışam.
Saatın əqrəbləri sürətlə arxaya işələyirlər. Otaqdan çıxıram, Qayıdıram iki il bundan öncəyə.
Əhməd anası ilə mətbəxdə danışır, məndə mətbəxdən biraz qabaqda tozsoranla evi təmizləyirəm. Qızlarım isə cizgi filmə baxırlar.
Əhməd anasına üçüncü dəfə olaraq ata olmasının xəbərini verir:
-ana, Gülnaz dörd aydır boyludur.
Qayınanam dodaqlarıni büzərək başını tovlayıb, qaş-qabağın sallayıb deyir:
-başını yesin, hətəmən yenə qızdı...
-Bəli, qızdı...
Yazıq Əhməd anasının ürəyin ələ gətirsin deyə əzilə-əzilə artırır:
-Bu dəfə adın siz qoyun...
-Oğul bu sənin ocağını kor elədi, min dəfə dedim bunu boşa getsin, saymadın ki saymadın...dədənin qol-qanadı oğuldu... sənində ki yuxundu...
-Ana nə fərqi var ki, oğlan ya...
Qayınanam icazə vermir Əhməd danışa, mətbəxdəki oturacaqda oturub, dalın mənə çevirib yenə davam edir:
-apar saldırsın bu uşağı, sonrada boşa getsin, sən hələ cavansan, qızlar yalvarar sənə gəlsin, uşaqlarında 3-4 yaşları var, bu ocağı koruda tez unudarlar...
-Ana nə deyirsən, nə boşaması, elə həyat bu sadəlikdə?...
-Səndən adam çıxmaz oğul, qardaşın arvadına bax, iki dənə gül təkin oğlan verib qardaşına, səndə... yazıq oldun getədin...!
Sonrada üz-gözün büzüb, başını tovlayır.
Səsimi çıxarda bilmirəm. Bütün kədərimi, hayqırtmı, sinirlərimi, ürəyimdə qalan sözəlrimi, yavaşca içimdə boğuram.
Qayınanam, səsini azaldıb, oğlunu qurmağa çalışır. Tozsoranı söndürürəm. Əlimə dəsmal götürüb, masalarla mebelləri silməyə başlayıram. Nə qədər çalışıram nə dediklərini heç eşitmirəm. Bir az bundan öncə, tozsoran işələyə- işələyə uca danışırdı məndə eşidəm, amma indi tozsoranın səsi kəsilib, qayinanam isə çox yavaş pıçıldayır.
Mətbəxdən çıxıb, çadırasını asqıdan götürüb, mən lə qızlardan sağollaşmadan, gözlərindən, acıq, nifərt, yaman- yovuz yerə yağa- yağa qapını çırpıb gedir.
O gedərkən, gözlərim islanıb, yağışla dolu olan bulud kimi yağmaya başlayır.
Əhməd yanıma gəlir. Qəzəbli səslə uşaqların üstünə çığırıb deyir:
-Durun cəhənnəm olun otağınıza, elə bu nənədən sizin kimi yetiməçələr olar.
Uşaqlar tələsik televiziyanı söndürüb otaqlarına getdilər.
Əhməd mebel üstündə oturur. Gözlərindən qan yağır. Hirs kəlləsindən dırmaşıb göyə çıxır. Tez-tez sol ayağını oynadır. Sürətlə ayağa qalxır. Mənə sarı baxıb necə ağlamağıma baxmayıb deyir:
-köpəyin qızı, daha bu dəfə mən qız-mız istəmirəm, sabah apar saldır...
Heç inanmırdım eşitədikəlrimə. Əhməd  heçvaxt belə danışmamışdı. Yerimdə dayanıb qaldım. İçimdəki bütün arzular bir-bir yerə tökülüb sındılar. Dil- dodağımda su qalmadı. İslanmış gözəlrim isə quru gölə döndü. Zaman içinə düşdüm. Hər nə başıma dolanır. Saat sürətlə çalışırdı.
Həkim bir daha soruşdu:
-xanım nə üçün gəlibsiz?
Divarlardan qan axırdı, mələmə səsi qulaqlarımı sökürdü. Gözəlrim yumuldu. Boğazımdan fəqət kələmələr eşiyə atıldılar:
-həkim bəy, mən qatiləm, iki ildi qatiləm, düz iki il, öz əlimlə qızımı öldürmüşəm, abort eləmişəm, mən... mən öldürmüşəm... eşidirsən həkim... daha dözə bilmirəm... həkim mən qatiləm...
Kəlməlrim sona çatan an, akvarium partlayıb balıqları yerə töküldü, kitablar qəfəsədən yerə səpələndilər, həkim get-gedə məndən uzaqlaşdı, divarlardan mələmə səsi əzabverici olub qulaqlarımı darma-dağın etdi, lövhələr divardan qopub yerə gəldilər, pəncərədən görünən ağacların yarpaqları, sanki payız yayın yerini aldı deyə, saralıb tökülməyə başladılar, lampa söndü, zaman itdi, saatda bütün ədədlər sıfır oldu, hər yerdən uşaq ağlaması gəlirdi.
Mən isə zamanlar içində boğuldum.


Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.