Emin Piri - Əsədin Cahangirliyi
24.06.15

Onunla tanışlığımın tarixi elə də çox deyil, bir-birimizin salamını alandan bəri 3 il ötür. Azərbaycan Yazıçılar Birliyinin koridorunda rastlaşmışdıq. Mənim kimi cansız-cürəfəsiz birisiyçün belə bir adamın AYB-də görünməsi mənə qəribə gəlmişdi o vaxt. Bu boyda ədəbiyyat adamı olar?! - deyə düşünmüşdüm. Mənim nəzərimcə yazıçı arıq, incə, sanki üfürsən yıxılacaq kimi biri kimi olmalıydı. Yəqin ağır atletizmlə məşğul olan kimsə idman zalını AYB ilə səhv salıb qənaətinə gəlmişdim. Sonra gördüm ki, fikrimdə mahiyyətcə yanılmamışam - o ədəbiyyatın məhz ağır atletidir, sözün ən ağır yükünü qaldırmağa çalışan bir fədakardır. Məhz belə atlet, məhz belə fədakar sözün "Kim yatmış, kim oyaq?" kimi div sualını, divanə sualını verə bilərdi.

Haqqında bəhs edərkən az qala kimdən danışdığımı sizə deməyi unudacaqdım. Söhbət, əlbəttə ki, Əsəd Cahangirdən gedir. Hər gün bir yeni ilhamla, ideya ilə qaynayan-daşan, həmişə narahat, həmişə axtarışda olan, amma heç bir problemin ruhdan sala bilmədiyi, həmişə optimist Əsəd Cahangirdən!!!

Təsadüfdənmi, yoxsa zərurətdənmi, “Kim yatmış, kim oyaq” kitabının ilk nüsxəsini mənə hədiyyə etmişdi. 2012-ci ilin qarlı bir qış günü, dekabrın 31-də. Yeni ili birlikdə qeyd edirdik. Yəqin elə mənim Pirimin kəramətindən oldu, heç üç ay keçmədi ki, kitab iki nüfuzlu mükafata layiq görüldü. Biri Azərbaycan Yazıçılar Birliyinin Yaşar Qarayev, digəri isə Mədəniyyət və Turizm nazirliyinin "Qızıl Kəlmə" mükafatı.
Bu, Yaşar Qarayev mükafatı alan ilk kitab idi.
Kəlməsi qızıla bərabər tutulan ilk tənqidçi də Əsəd Cahangirdir. O, ümumən çox şeylərin ilkinə imza atıb:
müstəqillik dövrünün ilk tənqidçisidir;
bizdə postmodernizmdən yazan, bu yad, qəliz anlayışı milliləşdirən, doğmalaşdıran ilk tənqidçidir;
həqiqi şairlik istedadı, şairlik təbi olan ilk tənqidçimizdir; onun "Namaz" poeması müstəqillik dövrü şeirimizin incilərindəndir;
bəstəçilik edən ilk tənqidçidir;
şairlərə, yazıçılara öz ideyalarını, hazır roman, hekayə sxemlərini həvəslə bəxş edən ilk tənqidçidir;
Sabah desələr ki, Əsəd Cahangir roman yazıb, buna da təəccüblənmərəm. Deyəsən yazır da. Adı da “Heyvani komediya”dır. Hə, bax, Əsəd belə cahangirdir. "İlahi komediya"nı yazan Danteylə, "Bəşəri komediya"nı yazan Balzakla fikir cənginə girən bir cahangir.
“Azərbaycan” jurnalında baş redaktorun müavini kimi fəaliyyəti də göz qabağındadır. Onun keçirdiyi debatların hər biri özüylə birgə polemikalar, səs-küy gətirir, gündəm yaradır. O dəyirmi masaların bir çoxunda bəndəniz də iştirak edib və polemikaya qoşulub. Onun olduğu hər yer maraqlıdır, dinamikdir, canlıdır, polemikdir.
Əsəd müəlllimin bir insan kimi də ilkinləri var. Adətən görmüşük ki, şair, yazıçılar tənqidçilərə qonaqlıq verir ki, bəlkə onun haqqında nəsə yaza, onu tərifləyə. Əsəd Cahangir isə əksinə edir. Yaxın çevrədə az şair-yazıçı tapmaq olar ki, onun süfrəsinin qonağı olmasın.
O, ümumiyyətlə çox şeyi əksinə edir.
AYB-də işləyə-işləyə “AYB-nin düşmənlərin”dən yazılar yazır.
Qərbçilərin əleyhinə gedir ki, niyə Şərqi unudursunuz? Şərqçilərin əleyhinə gedir ki, niyə Qərbi bilmirsiniz?
Qarabağlı ola-ola qarabağçılıq etmir. Məsələn, cəlilabadlı yazarlardan daha çox yazır, nəinki qarabağlılardan. Belinskinin Puşkindən yazdığından daha çox o, Salama yazılar həsr edib. Ümumən onun üçün meyar bölgə mənsubiyyəti yox, istedaddır. Onun həmyerliləıri yox, həmistedadları var.
O, ədəbi mühitdə kifayət qədər gündəm yaradan “Kim yatmış, kim oyaq” kitabı ilə sözün yeni sualını müəyyənləşdirdi.
Əsərlərində qeyd etdiyi kimi dünya üç fəlsəfi məhfumdan ibarətdir: Söz, Səs və Rəng. O "Söz essesində sözünü deyib, “Səs” essesi ilə səsini ucaldıb. İnanrıam ki, bu silsilədən yazacağı “Rəng” essesində fırçasının da qüdrətini görəcəyik.

Bu günlərdə Əsəd Cahangir Nəsimi yaşına çatır. Bu yaxınlarda Nəsimiyə həsr olunmuş “Şəxsiyyət vəsiqəsi” verilişindəkı çıxışının doğurduğu geniş rezonans özü də bu haqda nəsə deyir. Bu məntiqlə gərək Əsəd Cahangirin dərisini soyalar. Burda da o, əksinə gedir. Ən özündən deyən şair-yazıçıların dərsini soyur.

Ədəbiyyata div sualı verən Əsəd Cahangirin canının nədə olduğunu bilmirəm. Bir onu bilirəm ki, şüşədə deyil.  Amma harda olmasından asılı olmayaraq, ona can sağlığı, yeni-yeni uğurlar arzulayıram.
Nəsimi yaşına xoş gəldin, Ustad!

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.